Narahat ana

Çox vaxt uşaq qayğısının arxasında ananın narahatlığı gizlənir, bəzən bu narahatlıq böyük miqyaslara çatır və uşağın inkişafını təhdid edir. Narahatlıq hissi qadında hamiləlik dövründən başlayır, bəzən hətta övlad yetkinlik yaşına çatdıqda belə davam edir və patoloji formalara çatır. Narahatlıqla mübarizə aparmaq üçün ondan qaçmamaq və bu narahatlığın nə ilə əlaqəli olduğunu təhlil etmək lazımdır. Bəs narahatlığı necə tanıya və aradan qaldıra bilərik?

 

Dövrlər üzrə narahatlığın təzahürləri və həlli

Hamiləlik dövrü. Narahatlıq artıq hamiləliyin ilk günlərindən başlayır. Əgər hamiləlik planlaşdırılmamışdırsa, narahatlıq başa düşüləndir və bir çox suallarla – "Bu uşağa ehtiyac varmı?", "Onu necə böyüdəciyik?", "Atası mənə kömək edecekmi?" ilə əlaqəlidir. Bir hamiləlik planlaşdırılırsa və bütün bu suallar həll olunarsa, onda doğuş qorxusu ön plana çıxır. Çox vaxt analar, qarşıdakı ağrı hissinə görə böyük bir narahatlıq keçirirlər.

Həlli: Əgər uşaq planlaşdırılmırsa, ancaq onu dünyaya gətirməyə qərar verirsinizsə, o zaman sizi gələcəkdə rastlaşa biləcəyiniz maddi çətinliklər narahat edə bilər. Ancaq bunu bilməlisiniz ki, övladınızı böyütmək üçün nəzərinizdə böyütdüyünüz qədər çox pula ehtiyac yoxdur. Birincisi, dövlət müəyyən vəsait ayırır. İkincisi, körpəniz çox kiçik olduğu halda belə, heç olmasa kiçik həcmdə əlavə gəlir əldə etmək mümkündür. 

Analıq kursları da hamiləlik dövründə narahatlığı və doğuş qorxusunu minimuma endirməyə kömək edə bilər. Burada valideynlərə hamiləliyin necə getdiyi və doğuşun necə baş verdiyi barədə bütün məlumatlar verilir. 

Doğuşdan sonrakı ilk aylar. Körpə doğulanda böyük bir yük kimi görünür. Bir yaşa qədər olan körpə anadan xüsusi diqqət tələb edir. Ata ona qarşı azalan diqqətsizlikdən şikayətlənir. Belə olduqda isə anaya ikitərəfli təzyiq hiss edir, beləliklə narahatlıq artır. 

Bir çox analar qəfil ölüm sindromundan narahat olur, ona görə tez-tez sakit yatmış körpəyə qorxu içində yaxınlaşır, onun nəfəsini yoxlayır, qəfil ölüm sindromundan qorxurlar. 

Həlli: Üzərinizə çox məsuliyyət götürməyin. Çünki ana kimi sizin əsas işiniz  körpəyə qayğı göstərməkdir. Ev işləri üçün digər ailə üzvlərindən yaxud yaxın insanlardan kömək istəyin. Uşaq baxımı ilə əlaqəli məsələlərə gəlincə isə, bunun üçün internet vasitəsilə çoxsaylı mənbələrə baxa, yaxud pediatra müraciət edə bilərsiz. Körpənin fiziki sağlamlığından daha az narahat olmaq üçün uşağın bu dünyaya öz vəzifələri ilə gəldiyini başa düşmək vacibdir. 

Körpənin qəfil ölüm sindromu qorxusundan yaxa qurtarmaq üçün isə köpənizlə birlikdə yatmağa çalışın. Birgə yatmaqla körpəniz sizi hiss edəcək və dərin yuxuya gedəcək.

Erkən uşaqlıq və məktəbəqədər yaş. Uşaq fəal hərəkət etməyə başlayanda ananın körpənin fiziki təhlükəsizliyi ilə bağlı narahatlığı artır: birdən yıxılar, dəyər və ya yeyər, xəstələnir və s. Məktəbəqədər bir uşağın anasının narahatlığı, tez-tez onunla ayrılmaqla əlaqələndirilir, məsələn, uşaq bağçasına və ya bir inkişaf mərkəzindəki dərslərə gedərkən: körpə xəstələnəcək, onunla pis rəftar ediləcək və s.

Həlli: Körpənizinlə bağlı narahatlığı yüngülləşdirmək üçün, vaxtında onu sığortalamaq üçün, hər zaman onun yanında olun,lakin biliklərinə,şəxsi təcrübə almağına müdaxilə etmədən. Bu yanaşma ilə körpə qısa müddətdə nəyin edilə biləcəyini və təhlükə yaradan amilləri anlamağı öyrənəcəkdir. Körpənin siz olmadan pis hiss edəcəyindən qorxsanız, kollektiv haqqında daha çox məlumat əldə edin, müəllimlə danışın, körpəylə vidalaşanda, ona söz verin: "Mən mütləq səni gəlib götürəcəm." Uşağın kollektivə uyğunlaşması barədə məlumat axtarın və tövsiyələr üçün psixoloqa müraciət edin.

Məktəb yaş dövrü. Bu dövrdə valideynlərin bir o qədər də haqlı olmayan gözləntiləri onları narahat edir. Məsələn, qəfildən məlum olur ki, uşaq kifayət qədər yaxşı oxumur, səhv dostlar seçib, yanlış məqsədləri var və s. 

Həlli: Uşaq sizin gözləntilərinizi yerinə yetirməyə bilər, onu olduğu kimi qəbul edin və sevin. Yüksək gözləntiləriniz yoxdursa, məyusluq qorxusu da olmayacaq. Övladınızı sevərək onunla mənəvi yaxınlıq qura bilsəniz, onun pis vəziyyətlərə, yaxud yanlış insanların çevrəsinə düşmək riski əhəmiyyətli dərəcədə azalacaq.

Narahatlıq niyə təhlükəlidir?

Hamiləlik dövründə həddindən artıq narahatlıq erkən doğuş təhlükəsi yarada bilər. Hədsiz narahatlıq onsuz da çətin olan doğuş prosesini daha da çətinləşdirə bilər. Bundan başqa, narahat ananın uşağı həyatın ilk ilində çox ərköyün olur, daim qucağa istəyər.

Məktəbəqədər yaşda olan uşaq narahat anaya sıx bağlı olur. Başqaları ünsiyyət onun üçün çətinləşir. Əgər ana daim uşağın başına pis hadisə gələcəyindən narahat olur və bunu öz uşağına da hiss etdirirsə, o zaman uşaq öz imkan və bacarıqlarını aşkara çıxara bilməyəcək, özünü sərbət idarə edə bilməyəcək. Narahat anaların uşaqları tez-tez qorxulu yuxular görür. Psixoloqların müşahidəsinə görə, bir ana uşağının xəstələnəcəyindən çox qorxursa, bu, uşağın xəstələnməsinə səbəb ola bilər. Ana uşağın dərslərinə görə hədsiz narahatlıq keçirirsə, uşaq ağır stres altında daha çox çalışmalı olur ki, bu da onun həm fiziki, həm də psixi sağlamlığına ziyan ola bilər.

 

Narahatlığı necə aradan qaldırmaq olar?

Əvvəlcə narahatlığınızı və onun səbəblərini müəyənləşdirin. Bunun üçün sizi narahat edən problem haqqında müxtəlif vasitələrlə – internetdə araşdırmaq, mütəxəssisə müraciət etmək, başqa valideynlərin təcrübəsindən faydalanmaqla məlumat toplamağa başlayın. Məlumatlanmaq sizə narahatlıqdan yaxa qurtarmağa imkan yaradacaq. Ancaq gördüyünüz tədbirlərdən sonra hələ də izaholunmaz narahatlıq və təşviş keçirirsinizsə, o zaman bir psixoloqa müraciət etməlisiniz.