Şüvəlan UADM
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Bakı şəhəri, Xəzər rayonu üzrə həssas ailələrin, qadın və uşaqların müəyyən edilməsi, onlarla sosial və psixoloji işin aparılmasını təşkil edir.
Mərkəz tərəfindən həssas ailələrin problemləri öyrənilir, həlli istiqamətində yerli qurumlarla birgə fəaliyyətlər icra edilir, müxtəlif sosial layihələr hazırlanır, eləcə də sağlam həyat tərzinin təbliği, məişət zorakılığı və erkən nikah halları ilə mübarizə mövzularında maarifləndirmə tədbirləri təşkil edilir.
Həmçinin əlilliyi olan 18 yaşadək uşaqlar və onların valideynləri üçün təlimlər keçirilir, autizm sindromlu uşaqlara xüsusi məşğələlər təşkil olunur, onların cəmiyyətə inteqrasiyası, asudə vaxtın təşkili istiqamətində tədbirlər həyata keçirilir.
Mərkəzin həyata keçirdiyi tədbir və təlimlərə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı könüllülər, ekspertlər cəlb edilir və əhalinin müxtəlif qrupları ilə mütəmadi müzakirələr təşkil edilir.
Mərkəzin telefon nömrəsi: 012 454 95 52, 012 454 89 60
Ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İldırım küç., dalan 1, döngə 1
Mail: [email protected]
Facebook adress: https://www.facebook.com/profile.php?id=100064669479771