Regional inkişaf üzrə maarifləndirmə ictimai birliyi haqqında məlumat

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi qeyri hökumət təşkilatı olaraq, onun əsas məqsədi Regionların sosial və iqtisadi inkişafına yardım etməkdən, sosial və iqtisadi məsələlər ilə bağlı araşdırmaların aparılmasına və təşəbbüslərə dəstək verməkvə digər sahələrdə sahələrdə maarifləndirmənin təşkilinə kömək etməkdən ibarətdir.

İctimai birliyin əsas fəaliyyət istiqaməti uşaqlar, gənclər, tənha analar və təqaüdə çıxan insanlardır ki, təşkilat onların, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiya olunması üçün geniş tədbirlər həyata keçirir.

İctimai birliyin nəzdində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin”  Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Reabilitasiya Mərkəzinin fəaliyyətinə nəinki  Gəncə şəhərindən, eyni zamanda ətraf rayonlardan əqli və fiziki inkişafında qüsuru olan uşaq və yeniyetmələr cəlb olunmuşdur. Reabilitasiya Mərkəzinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına yardım etməkdir. Bu günə qədər Reabilitasiya Mərkəzinin fəaliyyətindən 1000-dən çox uşaq və yeniyetmə faydalanmışdır. Həmin uşaqların valideynlərinə hüquqi və psixoloji yardım göstərilmişdir.

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi bir sıra dövlət, bələdiyyə və QHT-lərlə əməkdaşlıq edir.

İctimai birlik tərəfindən bir sıra layihələr uğurla icra olunmuşdur.

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Avropa Şurasının “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu 4-cü işçi qrupunun və “Hasilat sənayesində şəffaflığın artırılması” Koalisiyasının üzvüdür.

http://ganjanews.az/2021/04/02/qht/regional-inki%C5%9Faf-%C3%BCzr%C9%99-maarifl%C9%99ndirm%C9%99-ictimai-birliyi-yeni-layih%C9%99nin-icras%C4%B1na-ba%C5%9Flay%C4%B1r.html