Birgə və Sağlam İctimai Birliyi

Missiyamız:

  • Xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək, psixi sağlamlıqlarının qorunmasına kömək etmək, onların hüquqlarını qorumaq, sosial bərabərlik və inkluziya təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyəti maarifləndirmək.
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial mühitdə sərbəst özünü idarə etmək bacarığını yiyələndirmək.
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mütəxəssislərin bacarıqlarını artırmaq.
  • Ölkədəki ASP-nın dəyərləndirilməsi və diaqnostikası ilə əlaqəli statistikanın dünya standartlarına gətirmək.
  • ASP olan uşaqların erkən diaqnostikası və sıx reabilitasiya almaları üçün maarifləndirmələrin işlərini aparmaq.
  • ASP olan uşaqlara Tətbiqi Davranış Analizinə əsaslanan tədris metodu ilə xüsusi təhsil vermək.
  • Ölkədə xüsusi təhsil və tədris metodlari ilə əlaqəli ədəbiyyati artırmaq.
  • Xüsusi qayğıya ehtiyacı olan hər bir uşağı elmi əsaslı, nəzəri və praktik biliklərə əsaslanan fərdiləşdirilmiş tədris planı tətbiq edərək etibarlı, və şəffaf təhsil mühit ilə təmin etmək.

Gələcəyə baxışımız:

Azərbaycanda autizm spektr pozuntusu olan uşaqların erkən yaşda müəyyənləşdirilərək təhsil qiymətləndirilmələrinin edilməsi, diaqnoz almış uşaqların xüsusi təhsil, məktəbəqədər təhsil, ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi ehtiyaclarına uyğun tədrisin təmin olunmasıdır. Autizm spektr pozuntusu olan uşaqlara verilən xüsusi təhsillə birlikdə, uşaqların valideynlərinə dəstək programlarının verilməsi, onların psixolojik sağlamlıqlarının qorunması və uşaq psixologiyası, xüsusi təhsillə əlaqəli maarifləndirmə işlərinin aparılmasıdır. Tətbiqi Davranış Analizinə əsaslanan elmi əsaslı tədris metodlarının tətbiq edilməsi.

 

Birgə və Sağlam İB-nin rəsmi səhifəsi: https://birgesaglam.az/ 

Birgə və Sağlam İB-nin Facebook səhifəsi: https://www.facebook.com/birge.saglam/ 

Birgə və Sağlam İB-nin Instagram səhifəsi: https://www.instagram.com/birgevesaglam/