Uşaqlarda adətən 1-3 yaş və 6-9 yaş arasında tr...
Afaziya beyin qanaması və ya infarkt kimi pozulmalar nəticəsində beynin nitq hissəsinin zədələnməsidir. Beyinin nitq bölgüsünə bu zərər bir çox ünsiyyət problemləri, o cümlədən, danışmaqda çətinlik yaradır. Beyinin nitq bölgəsinin zədələnməsi nəticəsində aşağıdakı əlamətləri görmək olar:
➢ danışmaqda çətinlik;
➢ ad çəkmək və ya yadda saxlamaqda çətinlik;
➢ anlamaqda çətinlik;
➢ oxumaq və yazmaqda çətinlik;
➢ danışıqda qəribə və yersiz sözlərdən istifadə.
Xəstəliyin beyində yerləşməsinə və yayılma nöqtələrinə görə müxtəlif növləri var. Afaziya xəstəliyinin ən geniş yayılmış növləri aşağıdakılardır;
➢ Brokanın Afaziyası: xəstəlikdən əziyyət çəkən şəxs danışmaq üçün müvafiq sözü seçə bilmir və düzgün cavab verə bilmir, eyni zamanda anlamaqda heç bir problem yoxdur.
➢ Qlobal Afaziya: bu tip afaziyada beyin ünsiyyət üçün lazım olan bütün funksiyaları itirir, bütün bacarıq sahələri zədələnir.
➢ Venike Afaziya: görmə və eşitmə bacarığının zədələnməsi nitqdə problemlər yaradır. Nəticədə, nitqin zəifləməsi baş verir.
➢ Anomik Afaziya: ünsiyyətdə heç bir problem yoxdur. Qavrayış aydın və nitq rəvan ola bilər. Lakin obyektlərin adlarını çəkmək və sözləri yadda saxlamaqda çətinlik var. Yazılı və şifahi ünsiyyətdə çətinlik yarana bilər.
➢ Transkortikal Afaziya: bu cür dərketmədə ciddi problemlər yaranır. Xəstələr onlara deyilənləri başa düşə bilmirlər.
Bəhram Ələkbərov
Defektoloq-loqoped
Fikriniz
0
0