Xroniki və təkrarlayan qarın&nbs...
Xroniki və təkrarlayan qarın ağrısına uşaqlarda çox tez-tez rastgəlinir. Bu proses ən azı bir neçə ay boyunca mövcud olan (xroniki) və yaxud bənzər ağrılar şəklində geri qayıdan (təkrarlayıcı) ağrılarşəklində ola bilər.
Xroniki qarın ağrısının səbəbləri
Bağırsaq-beyin qarşılıqlı əlaqəsinin pozulmaları — Bağırsaqvə beyinin hər iki istiqamətdə, (bağırsaqdan beyinə və beynidənbağırsağa) düzgün şəkildə əlaqəsinin qurulmaması nəticəsindəsimptomların ortaya çıxdığı bir qrup xəstəlikdir; bağırsaqda hansısabir patologiya olmaya da bilər. Simptomlar o qədər ciddi olur ki, uşaqtez-tez məktəbdən qalır və aktivliklərdə iştirak edə bilmir. Bu tip qarınağrısı adətən stress və ya gərginlikdən sonra artır. Bəzən ailədə yeni körpənin doğulması, yeni ünvana köçmək, ailə içi münaqişələr, stressli dönəmlərdə meydana gələ bilər. Uşaq dəstək və diqqətəehtiyac duyan zaman simptomlar arta bilir. Stress və qayğıfaktorlarının ağrını artıra biləcəyi doğrudur, ancaq bu uşağın ağrısınınolmadığı və “tamamilə beynində” qurduğu mənasına gəlmir. Bu ağrılar bir çox hallarda beyinlə gastrointestinal sistem arasındakıqarşılıqlı əlaqə nəticəsində yaranır. Bəzi uşaqlar ağrıya daha həssasolur. Bəzən bağırsaqdakı sinir ucları normal gedən həzm prosesizamanı beyinə ağrı siqnalları göndərə bilir, məsələn, mədəyə yeməkdaxil olan zaman genişlənir və yaxud rektumda bir əzələnin yığılmasızamanı beyinə müvafiq olaraq siqnallar ötürülür. Bəzən isə ağrı mədəbağırsağın virus infeksiyası, grip kimi infeksiyaları sağaldıqdan sonrahəftələr, hətta aylar boyunca davam edə bilər. Təəssüf ki, davamlıağrının bağırsaq-beyin qarşılıqlı əlaqəsi ilə bağlı olduğunu göstərənhər hansı bir test yoxdur.
Belə ağrılar simptomlarına görə 4 kateqoriyaya bölünür:
Funksional dispepsiya – Dispepsiya, üst orta qarında ağrı və yanarahatlıqdır. Bu şəkildə hiss edilir:
• Bağırsaq hərəkətləri ilə əlaqəli olmayan ümumi ağrı və yaxudyanma hissi.
• Az miqdarda yeyilsə belə, mədədə dolğunluq və ya şişkinlikhissiyyatı.
Qıcıqlanmış bağırsaq sindromu (QBS) – Xronik qarın ağrısı vəbağırsaq alışqanlıqlarında dəyişiklik (ishal, qəbzlik və ya hər ikisi) kimi simptomlara səbəb olur. Bu kateqoriya adətən kiçik uşaqlardançox yeniyetmə və yetkin insanlar üçün xasdır.
Qarın migreni – Qarın migrenləri, bir saat və ya daha uzun müddətdavam edən, daha çox qarının ortasında olan ağrı ataklarına səbəbolur. Uşaqda eyni zamanda iştahsızlıq, mədə bulantısı, qusma, başağrısı, işığa qarşı həssaslıq ola bilər. Ataklar arasında uşaqlarhəftələrlə, aylarla tamamilə yaxşı vəziyyətdə olurlar. Qarın migreniolan uşaqların çoxunda, (hamısında yox) ailədə migren baş ağrısıtarixçəsi olur.
Funksional qarın ağrısı – Bu kategoriya, bilinən bir səbəbi olmayanvə yuxarıda açıqlanan digər qarın ağrısı növlərindən birinə uyğungəlməyən qarın ağrısını ifadə edir. Ən çox yayılmış xüsusiyyətləribunlardır:
• Ağrının tərif edilməsi və yerinin təyin edilməsi çətindir.
• Adətən yeməklə, aktivliklə, adət dönəmi və ya bağırsaqhərəkətləri ilə əlaqəsi olmur.
• Ağrı, mədə bulantısı, baş dönməsi, baş ağrısı və yorğunlukkimi digər simptomlarla birlikdə meydana gələ bilər.
• Çox vaxt bir saatdan az davam edir.
• Çox uşaqda çəki itkisi, qanlı ishal, temperatur, səpgi və s. kimiəlamətlər görülmür.
• Ailədə bəzən həzm problemləri və ya miqren tarixçəsi olur.
Digər mümkün ola biləcək diaqnozlar bədənin fərqlibölgələrindən qaynaqlana bilər:
• Yemək borusu və mədə – Yemək borusunun asit və yaallergiya səbəbindən yaranan iltihabı (ezofagit, qastrit, xora).
• Bağırsaq – Çölyak xəstəliyi, inflammatuar bağırsaqxəstəlikləri (Crohn xəstəliyi və ya xoralı kolit).
• Uşaqlıq və yumurtalıqlar – Adət ağrısı, infeksiyalar və digərsəbəblər.
• Əzələlər – Qarın əzələsinin gərginliyi.
• Sidik kisəsi və böyrəklər – Sidik yolu infeksiyası.
Diqqət!!! Sadalanan vəziyyətlərin xaricində aşağıdakı simptom vəəlamətlər varsa həkimə müraciət edin:
• Uşağı yuxudan oyandıran ağrı
• Önəmli qusma, qəbzlik, ishal, şişkinlik, qaz şikayəti
• Qusuntu kütləsində və ya nəcisdə qan
• Qusuntu kütləsində öd (yaşıl və ya parlaq sarı)
• Çəki itkisi və ya böyümənin yavaşlaması
• Sidiyə çıxarkən ağrı və ya qanama
• Qarın həssaslığı (basarkən ağrı hissi)
• Səbəbi bilinməyən temperatur.
Poluxova Şəlalə
Pediatr
Fikriniz
0
0