28
21
Erkən Uşaqlıq Dövründə İnkişaf (eudi.az) onlayn resurs portalının Təlim Bölməsinə yeni modullar əlavə edilmişdir.
Ev ziyarətçiləri üçün “Bəsləyici qayğı üzrə ailələrə dəstək” modullar paketi daim artan treninq modulları dəstidir. Bu paket ev ziyarətçilərinin qayğı və tərbiyənin əsas komponentləri haqqında biliklərinin və uşaqları üçün ən yaxşı başlanğıcı təmin etməsi üçün ailələrə imkan və səlahiyyət vermək məqsədilə bacarıqlarının artırılmasına istiqamətləndirilmişdir.
Körpələr və kiçik yaşlı uşaqların həyatda qalması, inkişaf etməsi və özünün inkişaf potensialını tam reallaşdırması üçün “Bəsləyici qayğı” dairəsinin 5 komponentinin (yaxşı sağlamlıq, adekvat qidalanma, həssas qayğı, mühafizə və təhlükəsizlik, erkən öyrənmə) hamısı lazımdır. Ailələrin bu istiqamətlərdə etibarlı və sübut olunmuş məlumat və tövsiyələrlə təmin edilməsi, habelə, əlavə ehtiyacları olan ailələrin müəyyən edilməsi həqiqi və dəstəkləyici tərəfdaşlığın qurulması üçün cəmiyyətin bütün təbəqələrindən olan ailələrlə işə dair bilik və xüsusi bacarıqlar tələb edir.
EUDİ-də mövcud Təlim Modullarının hər biri Bəsləyici qayğının bir və ya bir neçə komponentinə uyğun olub, dəstəkləyici xidmətlərinin göstərilməsi üçün ev ziyarətçilərinə lazım olan potensialı və bacarıqları inkişaf etdirir. Bundan əlavə, hər bir modul, peşə imkanları haqqında düşünmək, başqalarından fərqlənən və müxtəlif ehtiyaclar, problemlərlə qarşı-qarşıya qalmış ailələrlə ətraflı və hörmətlə əlaqə qurmaq üçün ev ziyarətçisinin təcrübəsini artırmaqda yardım etməyə istiqamətləndirilmişdir.
“Ev Ziyarətçiləri üçün Resurs Modulları”nın 2-ci hissəsi 5 moduldan ibarətdir.
Modul 1. Həssas (ehtiyaclara görə) qidalanma
Modul 2. Uşaqların zorakılıq, istismar və baxımsızlıq hallarından müdafiəsi
Modul 3. Fərqli inkişaf edən uşaqlar - əlillik və ya inkişaf çətinliyi
Modul 4. Azyaşlı uşaqların peyvəndlə qarşısı alına bilən xəstəliklərdən qorunması
Modul 5. Stiqma və ayrı-seçkilik əleyhinə bərabərlik, inklüzivlik və müxtəlifliyə hörməti təşviq etmək.
Ev ziyarətçilərinə istiqamətləndirilməsinə baxmayaraq, bu modulların bir çoxu hamilə qadınlar və kiçik uşaqların olduğu ailələrlə qarşılıqlı əlaqədə olan digər tibb və qeyri-tibb mütəxəssisləri üçün də uyğundur. Modullar məşhur ekspertlər tərəfindən hazırlanmışdır.
Təlim Modullarını müvəffəqiyyətlə bitirən hər bir şəxsə sonda elektron formada sertifikat təqdim olunur.