İsmayıllı UADM

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərdiyi rayon üzrə həssas ailələrin, qadın və uşaqların müəyyən edilməsi, onlarla sosial və psixoloji işin aparılmasını təşkil edir.

Mərkəz tərəfindən həssas ailələrin problemləri öyrənilir və həlli istiqamətində yerli qurumlarla birgə fəaliyyətlər icra edilir, müxtəlif sosial layihələr hazırlanır, eləcə də sağlam həyat tərzinin təbliği, məişət zorakılığı və erkən nikah halları ilə mübarizə mövzularında maarifləndirmə tədbirləri təşkil edilir.

Həmçinin əlilliyi olan 18 yaşadək uşaqlar və onların valideynləri üçün təlimlər keçirilir, autizm sindromlu uşaqlara xüsusi məşğələlər təşkil olunur, onların cəmiyyətə inteqrasiyası, asudə vaxtının təşkili istiqamətində tədbirlər həyata keçirilir.

Mərkəzin həyata keçirdiyi tədbir və təlimlərə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı könüllülər, ekspertlər cəlb edilir və əhalinin müxtəlif qrupları ilə mütəmadi müzakirələr təşkil edilir.

Mərkəzin telefon nömrəsi: 020 285 10 46, 020 285 14 46

Ünvanı: İsmayıllı rayonu, Ağahüseyn Aslanov küç.

Mail: [email protected]

Facebook adress: https://www.facebook.com/profile.php?id=100082673505879