"Erkən Uşaqlıq Dövründə İnkişaf” üzrə Milli Kampaniya

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən Uşaqlıq Dövründə İnkişaf” üzrə Milli Kampaniya çərçivəsində Abşeron, Ağcabədi rayonları və Gəncə, Şirvan şəhərlərində yerləşən doğum evlərində hamilə qadınlar və analara erkən uşaqlıq dövründə ilk 1000 günün əhəmiyyəti, bu dövrdə uşaqların düzgün qidalanması, ana südünün vacibliyi, peyvəndlərin əhəmiyyəti və s. mövzuları əhatə edən maarifləndirici təlim-seminarlar təşkil edilib. Pediatr Rübabə Quliyeva tərəfindən keçilən təlimdə qeyd edilən mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda hamilə qadınlara və gənc analara uşaqlar üçün gigiyenik vasitələrdən ibarət hədiyyə paketləri təqdim olunub.

 

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbayan Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdiyi "Erkən Uşaqlıq Dövründə İnkişaf” layihəsi çərçivəsində Abşeron və Ağcabədi rayonları və Şirvan, Gəncə şəhərlərində aidiyyəti qurumların nümayəndələri və valideynlər üçün erkən uşaqlıq dövründə uşaqların düzgün qidalanması, təlim-tərbiyəsi, onlara təhlükəsiz mühitin yaradılması, pozitiv valideynlik və digər mövzuları əhatə edən təlim-seminarlar keçirilib.

Həmçinin açıq havada uşaqlar üçün müxtəlif öyrədici və iknişafetdirici məşğələlər, oyunlar təşkil edilib.