Bu bir prosedurdur. Bu zaman&nbs...
Müxtəlif səbəblərdən nitq inkişafında ləngiməsi olan uşaqların sayı daha da çoxalır. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılarsa, bu o qədər ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür; onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və onun üçün ən yaxşı həkimləri seçməlidirlər. Nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmaq onun üçün son dərəcə çətin olacaq.
Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası on qat artmışdır. Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur (psixi-nitq inkişafın ləngiməsi yaranır) və əksinə anadangəlmə zehni və nevroloji xəstəliklər nitqin inkişaf etməməsinə səbəb olur. Psixi-nitq inkişafın ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox qoyulur, lakin orta hesabla onların 20%-də bu xəstəlik olur. Bu vəziyyət başa düşüləndir, çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmadığa başlayırlar.
Ancaq 5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Əgər 6 yaşından əvvəl uşaq ümumiyyətlə danışmırdısa, deməli onun sağalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir. Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müalicəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideynlər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sağalma ümidi var.
Gecikmiş psixo-nitq inkişaf ləngiməsinin əlamətləri
Gecikmiş psixo-nitq inkişaf ləngiməsinin (PNİL) anadangəlmə amillərdən qaynaqlanırsa, uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. PNİL-in əlamətləri:
4 ay: uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermir, gülümsəmir (bunlar həm də autizm əlamətidir);
8-9 ay: uşaq qığıldamır (eyni hecaların təkrarlanması);
1 yaş: uşaq çox sakitdir, demək olar ki, səs çıxarmır;
1.5 yaş: sadə sözlər demir ("ana", "ver") və onları anlamır, onu adı ilə çağırdıqda başa düşmür. Uşağın çeynəməsi də olmaya bilər;
2 yaş: çox məhdud sözlər toplusunu bilir və istifadə edir, başqalarının ardınca yeni sözləri təkrarlamır;
2.5 yaş: 20-dən çox söz tətbiq etmir, iki və ya üç sözdən ibarət cümlə qura bilmir, bədən hissələrinin, əşyaların adlarını başa düşmür;
3 yaş: özü sərbəst cümlə qura bilmir, böyüklərin danışdığı sadə hekayələri başa düşmür;
Çox sürətli danışır, sözün sonunu "yeyir" və ya çox yavaş danışır, sözləri uzadır. Valideyinin ona müraciətinə cavab olaraq, deyilənləri sanki təkrarlayır.
PNİL olan bir uşaqda hər yaşda tüpürcək ifrazatının artması müşahidə olunur, həmişə ağzı açıq qalır. Belə uşaqlar hiperaktivlik, artan aqressivlik, diqqətsizlik, yorğunluq, zəif yaddaş ilə xarakterizə olunur. Uşaq çox ləng düşünür, inkişaf etməmiş bir təsəvvürə və dar bir emosional təzahürə malikdir, həmyaşıdları ilə ünsiyyətdə böyük çətinliklər yaşayır və buna görə də onlardan çəkinir. Fiziki olaraq, belə uşaqlar da zəif inkişaf etmiş olurlar, hətta serebral iflicə də ola bilərlər.
Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafı bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu, PNİL müalicəsini mümkün qədər erkən başlamaq üçün başqa bir səbəbdir.
Psixi inkişaf ləngiməsinin əsas səbəbləri
Psixi-nitq inkişafının ləngiməsi müstəqil xəstəliklər deyil, bu beynin və mərkəzi sinir sisteminin inkişafındakı dəyişikliklərin nəticəsidir.
PNİL-in səbəbləri
Hamiləlik dövründə ananın xəstəlikləri, dölün inkişafının pozulmasına kömək edən infeksiya, zəhərlənmə və travmalar
Bətndəki dölün oksigen çatışmazlığı (hipoksiya)
Çətin doğuş (sürətli yaxud vaxtından əvvəl doğuş, göbək ciyəsinin boyuna dolanması), doğuş zamanı uşaq travması
Erkən yaşda beyin xəstəliyinə səbəb olan ağır infeksiya və travmalar
Beyin strukturasını pozan genetik və xromosom xəstəlikləri
Erkən yaşda ağır psixotravma
Qeyri-düzgün tərbiyə; uşağın çox güclü valideyn qayğısı altında olması yaxud qayğıdan məhrum olması. Bu səbəbdən PNİL olan uşaqlar əsasən asosial ailələrdən çıxır.
PNİL-ə səbəb ola biləcək xəstəliklər
Mərkəzi sinir sisteminin (MSS) anadangəlmə anomaliyaları və metabolik pozuntuları
Epilepsiya və digər ruhi xəstəliklər
Serebral işemiya
Hidrosefaliya
Kəllədaxili təzyiqin artması
Uşaq serebral iflici
Baş beyin şişi
Beyin damarlarının patologiyası
Leykodistrofiya
Likvor dinamikasının pozulması
Bir daha vurğulayaq ki, nitq və zehni inkişafın ləngiməsi beyin funksiyasının pozulmasına (doğuş travması, infeksiyaların təsiri), bəzi irsi xəstəliklərin mövcudluğuna (PNİL hər sonrakı nəsildə ağırlaşır) və uşağın böyüdüyü əlverişsiz psixoloji iqlimə görə baş verir. Buna görə yalnız PNİL-i deyil, ilk növbədə səbəblərini də müalicə etmək lazımdır.
Autizm elementləri və PNİL
Mərkəzi sinir sistemin pozulması və ya ağır infeksiyaların uşağın bədəninə təsiri nəticəsində nəinki danışma və zehni inkişafda geriləmə yarana bilir, hətta bəzi hallarda xəstəlik autizm əlamətləri ilə də müşayiət olunur.
PNİL-in müalicəsi
PNİL-in müalicəsi mümkün qədər erkən yaşdan, eyni zamanda kompleks şəkildə başlamalıdır. Terapiyaya valideynlər, nevroloq, loqoped, psixoloq, refleksoloq daxildir. İnkişaf ləngiməsinin dərəcəsi azdırsa erkən müalicə yaxşı nəticə verə bilər. Müalicə nə qədər gec başlasa, uşağın normal ünsiyyət qura bilməsi və həmyaşıdları ilə birgə ümumtəhsil məktəbində təhsil ala bilməsi ehtimalı azalır.
Mütəxəssislərlə iş
Xüsusi pedaqoq iki və ya daha çox yaşı olan uşaqlar ilə məşğul olur, onun işi yaddaş, incə motor bacarıqları, düşüncə inkişafına yönəlir. Loqoped isə nitq inkişafını dəstəkləmək üçün əlavə tədbirlər, məsələn, səs və səs birləşmələrinin tələffüzünü asanlaşdıran loqopedik masaj edir.
Nitq inkişafında geriləmənin psixoloji travma ilə əlaqəli olduğu hallarda, eləc də ailədə qeyr-istabil vəziyyət olduqda, uşaq həmyaşıdları ilə ünsiyyətdən çəkindikdə uşaq psixoloqu ilə işləmək lazım gəlir.
Fikriniz
0
0