Bu bir prosedurdur. Bu zaman&nbs...
Fiziki mədəniyyət məşğələsinin yüksək səmərə verməsi üçün ona bir sıra tələblər verilir. Bu tələblər aşağıdakılardan ibarətdir:
Zalın və meydançanın hazırlanması. Zalın və ya meydançanın məşğələ keçirilməsi üçün hazırlanmasından ötrü meydança və ya zal səliqə ilə təmizlənməlidir. Zalın havası dəyişdirilməli, döşəmə nəm əsgi ilə silinməlidir. Meydança süpürülüb, sulanmalıdır. Məşğələdə istifadə olunan avadanlıqlar, xırda vəsaitlər əvvəlcədən əl altında elə qoyulmalıdır ki, onlardan rahat və düzgün istifadə edilsin.
Plan və ya meydançan Tan və ya meydançanın məşğələ keçirilməsi üçün hazırlanmasından ötrü meydança və ya zal səliqə ilə təmizlənməlidir. Zalın hatəsdiq edilməlidir.
Tərbiyəçinin məşğələyə hazırlığı. Tərbiyəçi məşğələdən bir gün əvvəl məşğələdə lazım olacaq avadanlıq və vəsaitləri hazırlamalıdır. Məşğələdə istifadə olunacaq fiziki hərəkətlərin bir-birlərinə uyğunluğuna, ardıcıl olmalarına, məşğələnin hissələri arasında əlaqəyə diqqətini yönətməlidir.
Məşğələnin təşkili. Məşğələ vaxtında başlanıb, vaxtında qurtarmalıdır. Məşğələnin hissələri arasında vaxt bölgüsünə əməl edilməlidir. Fiziki hərəkətlərin yerinə yetirilməsi üçün uşaqları təşkil etmə yollarından istifadə etməlidir.
Məşğələnin keçirilmə metodikası. Məşğələnin quruluşuna düzgün əməl edilməlidir. Uşaqların yaş xüsusiyyətlərinə uyğun və müvafiq olaraq təlimin üsul və yollarından istifadə edərək fiziki hərəkətlərin yerinə yetirilməsini həyata keçirmək lazımdır. Məşğələnin hər bir hissəsinin vaxtı, qədəri, tempi gözlənilməlidir. Məşğələ prosesində əqli, əxlaq, əmək, estetik tərbiyə həyata keçirilməlidir.
Məşğələ:
Standart:
Mövzu:
Məqsəd:
İnteqrasiya:
İş forması:
Üsullar: Resurslar:
Məşğələnin gedişi
Hazırlıq:
Əsas:
Tamamlayıcı:
Nümunə:
Standartlar: 1.3.1; 1.3.2.
Mövzu: Hərəkətlərin koordinasiyası və sərrastlığın inkişaf etdirilməsi.
Məqsəd:
Hədəfə atma hərəkətlərində sərrastlıq nümayiş etdirir.
Sərbəst hərəkətləri yerinə yetirərkən hərəkətlərin koordinasiyasını nümayiş etdirir.
Hərəkətli oyunlar zamanı məkanda cəldlik və istiqamətləndirmə bacarıqları nümayiş etdirir.
İnteqrasiya: 2.3.1; 4.3.1.
İş formaları: qruplarla iş, kollektiv.
Metodlar və priyomlar: suallar, hərəkətli oyunlar.
Resurslar: qum kisəcikləri, gimnastika halqaları, konuslar, taxta lövhə (və ya məhdudlaşdırılməş sahədə bərkidilmiş kiçik körpü), halqalar, toplar.
Məşğələnin gedişi
I. Giriş hissə (1–2 dəq.)
Adi yeriş. Pəncələr üzərində yeriş, əllər yuxarıda. Dabanlar üzərində yeriş, əllər arxada. Ayaqların üstünə növbə ilə ağırlığını salaraq yerimək. Dizləri hündürə qaldırmaqla yeriş. İki ayağı üstündə tullanmalar. Yana («dördayaqlı») qaçış. Adi qaçış. Siqnalla istiqaməti dəyişməklə qaçış. Adi yeriş. Burunla nəfəs almaq, əlləri yanlardan yuxarı qaldırmaq, nəfəsi ağızdan buraxmaq, əlləri aşağı salmaq. Yerişin sonunda uşaqlar 2 sıraya düzlənir.
Motivasiya və ya aktuallaşdırma. – Uşaqlar, biz bu gün yenə kovboylara qonaq gedəcəyik və məşq edəcəyik ki, onlar kimi güclü və çevik olaq.
II. Hazırlıq hissəsi (5 dəq.)
Ümuminkişafetdirici hərəkətlər (əşyalarsız). «Kovboy idmanı» (Uşaq kantri musiqisinin sədaları altında yerinə yetirmək olar.)
1. “Əlləri qaldır” (5–6 dəfə təkrar etmək.)
H.ç.v.: ayaqlar çiyin bərabəri aralı, əllər yanlarda
1 – sağ əl beldə
2 – sol əl beldə
3 – sağ əl çiyində
4 – sol əl çiyində
5– sağ əli yuxarı qaldırmaq
6 – sol əli yuxarı qaldırmaq
7-8 – iki dəfə əl çalmaq
Sonra hər şeyi əks ardıcıllıqla yerinə yetrimək, 7–8 sayında yanlarda iki dəfə əl çalmaq.
2. “Yana dönmələr” (hər tərəfə 5-6 dəfə təkrar etmək)
H.ç.v.: Ayaqlar çiyin bərabəri aralı, əllər beldə.
1 – əlləri yana açaraq sağa dönmək;
2 – H.ç.v.
3 – əlləri yana açaraq sola dönmək;
4 – H.ç.v.
3. «Önə əyilmə» (6 dəfə).
H.ç.v.: ayaqlar çiyin bərabəri aralı, əllər bədənin yanında.
1 –2 – döşəməyə paralel olaraq önə əyilmək, .
3 – 4 – aşağı əyilib, əlləri döşəməyə toxundurmaq;
5 – 6 – əllər qıfılda irəli uzadılmaş vəziyyətdə döşəməyə paralel olaraq, qalxmaq;
7 – 8 – H.ç.v.
Əllərin «qıfılında» barmaqların çarpazlarını dəyişmək.
4. «Oturmalar» (6 dəfə).
H.ç.v. : Ə.D., əllər yanlarda.
1 – 2 – kürəyi düz saxlayaraq, dizləri yanlara açaraq oturma hərəkətləri, baş üzərində bir dəfə əl çalmaq;
3 – 4 – H.ç.v.
5. «Dizin altında əl çalmaq». (6 dəfə)
H.ç.v.: arxası üstə uzanmaq, əllər bədənin yanında.
1 – 2 – sağ ayağı qaldırıb qatlamaq, ona tərəf uzanıb dizin altında bir dəfə əl çalmaq.
3 – 4 – H.ç.v.
Həmin hərəkəti sol ayaqla təkrar etmək.
6. «Dağ qartalı» (5–6 dəfə).
H.ç.v.: Qarnı üstə uzanmaq, əllər irəli uzadılıb.
1 – əlləri irəli uzatmaq, bədənin yuxarı hissəsini qanırmaq;
2 – qolları dirsəkdən büküb, onları çiyinə qaldırmaq, kürək sümüklərini birləşdirmək;
3 – əlləri irəli uzatmaq;
4 – H.ç.v.
7. «Balaca nasoslar» (6 dəfə)
H.ç.v.: ayaq üstə, ayaqlar çiyin bərabəri aralı, əllər bədənnin yanında;
1 – 8 – barmaqları sıxıb-açaraq düz irəli uzadılmış əllərlə asta-asta dairəvi hərəkətlər etmək.
7. «Gəlin hoppanaq». Hər dəfə 10 dəfə olaraq yerişlə növbələşdirərək hoppanmaq, 3 dəfə təkrar etmək.
H.ç.v.– ayaqlar bir yerdə tullanmalar; ayaqlar aralı, əlləri yana açaraq tullanmalar, yerişlə növbələşdirmək.
III. Əsas hissə (10–15 dəq.)
Hazırlıq hərəkətləri.
1.«Cəld kovboylar» (ziqzaqla qaçış). 2–3 dəfə təkrar etmək. İdman zalının iki tərəfində nişan üçün enli hissəsi yuxarı olmaqla ziqzaq şəklində qalpaqlar qoyulur (fincan kimi) (kiçik halqalardan da istifadə etmək olar). Bir tərəfdəki qalpaqların içinə kiçik toplar (stolüsütü tennis topları və ya quru hovuzdan toplar). Siqnal verilən kimi birinci uşaq qaçaraq bir top götürür və onu digər tərəfdəki qalpağın içinə qoyur, əks tərəfə qaçır, yenə top götürür və əks tərəfdəki boş qalpağın içinə qoyur. Növbəti uşaq topları əks tərəfə qoyur. Müəllim nəzarət edir ki, uşaqlar sonuncu topu birinci qalpağa qaytarsınlar.
Əsas hərəkətlər
2. «Halqalardan qüllə tik» oyunu. Uşaqlar 3–4 komandaya bölünürlər. Start xətti qeyd olunur. 5–6 məsafədə halqa qoyulur. Uşaqlarla halqa arasında taxta lövhə ( və ya məhdudlaşdırılməş sahədə bərkidilmiş kiçik körpü, ox işarələri) qoyulur. Hər uşağa kiçik dairə (serso, massaj üçün yumşaq halqalar) verilir. Siqnal veriləndən sonra uşaq dairəni başının üzərinə qoyub «körpüdən» keçir və dairəni halqanın üzərinə qoyur. Növbəti oyunçu artıq öz apardığı dairəni əvvəlkinin üzərinə qoyur. Müəllim nəzarət etməlidir ki, növbəti oyunçu tapşırığı ancaq estafet ona veriləndən sonra yerinə yetirməyə başlasın.
3. «Sərrast atıcılar» oyunu. Uşaqlar sırada düzülürlər. Start xətti qeyd olunur. Məsafədə hədəf qoyulur. Hər uşağa kiçik qum kisəciyi verilir. Uşaqlarla hədəf arasında 2 maneə qoyulur: birinin üstündən tullanmaq, digərinin altından sürünüb keçmək və kisəciyi hədəfə doğru atmaq lazımdır. Tapşırığı yerinə yetirən uşaq sıranın axırına keçir. Tapşırıq hər əllə iki dəfə yerinə yetirilir.
4. «Verdin – otur!» azhərəkətli oyunu. (Kovboylar boş vaxtlarında cəldlik üçün məşqlər edirlər). Uşaqlar bir neçə komanda təşkil edirlər, hər komanda öz kapitanını seçir. Komandalar start xəttinin arxasında düzülürlər. Hər komandanın kapitanı öz komandasının önündə əlində top, onlardan 2–3 m məsafədə dayanır. Müəllimin siqnalı ilə kapitan əlindəki topu birinci oyunçuya verir. Oyunçu topu kapitana geri qaytarır və aşağı oturur. Beləliklə, kapitan topu birinci, ikinci və s. bütün oyunçulara verir. Hər oyunçu topu kapitana qaytarandan sonra aşağı oturur. Axırıncı oyunçu topu kapitana verəndə kapitan topu başı üzərində qaldırır və bütün komanda tez ayağa qalxır. Tapşırığı birinci yerinə yetirən komanda qalib sayılır. Əgər oyunçu topu tuta bilmirsə, o, topun dalınca qaçıb yerinə qayıtmalı, topy kapitana verməlidir.
IV. Yekun hissə. (3 dəq.)
Bərpaedici tapşırıqlar
– Biz sizinlə bu səyahətdə çox yorulduq. Gəlin dincələk. Döşəməyə uzanırıq, gözlərimizi yumuruq, əzələlərimizi boşaldırıq və dincəlirik. Əllərimiz yanlardadır. Gəlin yoxlayaq, gücümüz bərpa olundumu? Əllərimizi yumruq kimi sıxırıq və yoxlayırıq: əllərimiz gücləndimi? Əllərimizi boşalqırıq. İndi isə var qüvvəmizlə ayaqlarımızı gərginləşdiririk. Ayaqlarımız güclü oldumu? Ayaq əzələlərimizi boşaldırıq.
İndi isə qarın əzələlərimizi gərginləşdiririk. Qarın əzələlərimiz gücləndimi? Qarın əzələlərimizi boşaldırıq. İndi isə üz əzələlərimizi burnumuza qədər gərginləşdiririk. Nə hiss edirsiniz? İndi isə əzələlərimizi boşaldırıq.
“Meymunlar kimi dartınaq”
1. növbə ilə hər iki ayağa tərəf əyilmək
2. bədəni irəli verərək dartınmaq
3. əllərlə və ayaqlarla müxtəlif istiqamətlərə dartınmaq
4. ayaqları yuxarı qaldırmaq və onları silkələmək
5. yeriş və tənəffüs hərəkətləri
V. Refleksiya
Müəllim uşaqlardan soruşur:
– Ən çox hansı oyun xoşunuza gəldi?
– Hansı oyunda çətinlik çəkdiniz?
Mənbə
X.Həmidova və b. Təlim-tərbiyə və inkişaf prosesinin həyata keçirilməsi (m. Hnsı oyu və b. Təlim-tərbiüçün ), Dərs vəsaiti, ARTN, ARTiti, b. Tə- 2020
Fikriniz
0
0