Sosial işin etik prinsiplərinin əsaslandığı nəzəriyyələr

Klassik nəzəriyyələr. Etik qaydaların məqsədi hər yerdə eynidir: etik qaydalar yaxşı həyat təmin etməyə yönəliblər. Yaxşı həyat hər bir insanın arzuladığı bir həyatdır, lakin yaxşı anlayışı cəmiyyətdə mövcud olan dəyərlərdən və sosial dərk etmədən asılı olaraq dəyişir. Hər birimizin həyatda qeyri-müəyyən bir məqsədi var. Hələ Sokrat, Platon və Aristotelin vaxtından tutmuş Roma filosoflarının dövrünə qədər qədim yunanlar bu məqsədi eudaemonia kimi ifadə edirdilər. Eudomania adətən xoşbəxtlik və inkişaf kimi izah edilir. Bu bütün insan təqiblərinin məqsədidir, başqa sözlə, insanın nail ola biləcəyi ən ali məqsəddir. Bu gün eudaemonism qədim yunan fəlsəfəsinin öyrənilməsində istifadə olunan və xoşbəxtlik və rifahın ali etik məqsədlər olması haqda nəzəriyyəni təyin edən anlayışdır.

Kimin yaxşı anlayışı dedikdə nəyi nəzərdə tutduğu olduqca fərdi və subyektiv bir məsələdir. Bu kimlər üçünsə mülkün, əmlakın əldə edilməsi, digəri üçün mənəvi zövqün əldə edilməsi ola bilər. Aristotel yaxşının nə olduğu və necə əldə edilməsi haqda suallar qaldırır. Əgər xoşbəxtlik bilik formasıdırsa onda bu öyrənmə vasitəsi ilə əldə edilirmi? Yoxsa bu təlim nəticəsinə əldə edilir? Aristotelin Eudemian Ethics (Aristotel, 1992) kitabında qeyd olunur ki, müdriklik, virtue (güc, güvvə, təsir, yaxşılıq) və zövq/məmnuniyyət müxtəlif həyat tərzi/nümunəsi ilə əlaqəlidir. Beləliklə fəlsəfi həyat tərzi müdrikliklə əlaqəlidir, siyasi həyat tərzi virtue ilə əlaqəlidir və əyləncəli həyat tərzi isə həzz, məmnuniyyət ilə əlaqəlidir. Bu həyat tərzləri insanlar arasında tam bərabər bölünməyib, bəzi insanlar hər üçünə can atır, bəziləri ikisi ilə qane olur, bəziləri isə biri ilə qane olub bütün həyatları boyu bunu təqib edirlər. Aristotelə əsasən etikanın məqsədi sözün əsl mənasında xoşbəxtlik dolu həyata nail olmaqdan ibarətdir. Xoşbəxtlik isə özündə həm güc, yaxşı cəhətləri  həm də realizə olunmuş həyatı cəmləşdirir. Aristotel qeyd edir ki, etikanın diqqət mərkəzində olan ədəbli ləyaqətli davranışın məqsədi məhz qəti hallardan (extremes) uzaq duraraq “qızıl ortaya” nail olmaqdır.

Etika onun prinsiplərinə və qaydalarına sadiq qalanların qərarlarını istiqamətləndirir. Etik qaydalar sistemi fəaliyyətdə olan bir sistemdir və buna görə də etik qaydalar sistemi sadəcə seyr etmə ilə deyil məhz fəaliyyətdə mühakimə/ tənbeh edilə bilər. Beləliklə, etik qaydalar təbiətcə tətbiqidirlər.

Qandinin etik yanaşması. Mahatma Qandinin bütün həyatı daim həqiqət axtarışı üzərində qurulmuşdur. Qandinin etikaya və etik məsələlərə yanaşması Qərbdə formalaşmış (Yunan teleologiya anlayışında yaranan (təbiətdə hər şeyin müəyyən məqsədlə yaranmış olduğunu və hər bir inkişafda qabaqcadan müəyyən olunmuş məqsədin həyata keçirildiyini iddia edən idealist nəzəriyyə)) yanaşmalardan fərqlidir. Qandi ədalət uğrunda mübarizə apararaq o, ilk öncə zəif müdafiə olunmuş təbəqələr üçün ədalətin bərpa olunmasını və bütün əzilmişlər üçün azadlıq və rifah istəyirdi. Qandi üstünlüyü məntiq üzərində deyil hisslər üzərində qurulmuş fəaliyyətə verir. Qandinin fəlsəfəsində əksini tapmış anlayışlardan çoxu Amerika Sosial İşçilərinin Etik Kodeksinə daxil edilib. Həqiqət anlayışı Qandinin konseptual sistemində mərkəzi yer tutur. Qandi insan məxluqlarının arasında sadiq/truthful münasibətlərin qurulmasını müdafiə edirdi. Belə münasibətlər sevgi həmçinin bədən, nitq və fikirlərin müsbət rəftarı/hərəkəti əsasında qurulmalıdır. O, insanları daxili resurslara malik olan mərhəmətli/xehirxah məxluqlar kimi görürdü. Bu səbəbdən də insanlar bir birini başa düşə bilərlər və bir birinə zərər/ziyan vurmaqdan çəkinər bilərlər. Belə sadiq münasibətlərdə insanlar özləri ilə və digər insanlar ilə səmimi olmalıdırlar. Sadiq  münasibətlər manipulyasiya və aldatmanın əksi olan şərtsiz/əvəzində heçnə tələb etməyən sevginin ifadəsidir. Buna əsasən, məsələn, həkim xəstəyə vəziyyətinin necə olduğunu və sağalma imkanının olub olmadığını söyləməlidir baxmayaraq ki, bu həqiqət bəzi hallarda xəstəyə zərər vura bilər. Qandi hətta rəqiblər/düşmənlər arasında səmimi münasibətlərin olmasını qeyd edirdi, o hesab edirdi ki qarşı tərəflər bir birinin niyyətlərini və gələcək fəaliyyətlərini bilmək haqları var, və bu onlar arasında dialoqun qurulmasına kömək edəcək.

 

Qandinin fəlsəfi fikirləri öz əksini filosof, 20–ci əsrin dini liderlərindən olan Martin Luter Kingin həyat təızində, işlərində və sosial missiyasında tapdı. King irqi ədalət uğrunda mübarizə apardı. King qeyd edirdi ki, 20-ci əsrin ən böyük problemi “rəng xəttinin” olmasıdır, qara dərililəri bərabər hüquqlara malik olmaları yolunda görünməyən baryer, maneə. King bilirdi ki, bu dəri rənginə əsaslanmış ədalətsizlik milli və beynəlxalq iqtisadiyyata köklənir. Bu ədalətsizliklə mübarizəni King iqtisadi boykotlarda görürdü. Həmçinin King hesab edirdi ki, sivil (vətəndaş) itaətsizlik ədalətsizliklə mübarizədə ən yaxşı üsuldur, bu həm mənəvi həmdə praktiki bir üsuldur.

Hippokrat. Qeyd etmək lazımdır ki, sosial işdə bioetikanın (the study of ethical problems arising from biological research and its applications in such fields as organ transplantation, genetic engineering, or artificial insemination) 4 prinsipi Hippokrat andından başlanğıc götürür. Bu 4 prinsip aşağıdakılardır:

  1. Xeyriyyəçilik: Bu prinsipə əsasən sosizil işçi kliyentə/ xidmət istifadəçisinə yararlı/ faydalı olanı etməlidir.
  2. Zərər vurmama: Bu prinsipə əsasən sosial işçi kliyentə/ xidmət istifadəçisi nəzərər vurmamalıdır.
  3. Ədalət: Bu prinsipə əsasən sosial işçi ədalətli olanın tərəfində olmalıdır və ədalətə hörmətlə yanaşmalıdır.
  4. Muxtariyyət: Bu prinsipə əsasən sosial işçi kliyentin/ xidmət istifadəçisinin həyatı və sağlamlığı ilə bağlı öz müqəddəratını təyin etmə (self–determination) hüququna hörmətlə yanaşmalıdır.

Qeyd etmək lazımdır ki, hansı davranışın etik davranış kimi qəbul olunması müxtəlif cəmiyyətlərdə, mədəniyyətlərdə, müxtəlif sosial-iqtisadi statusa malik olan təbəqələrdə və s. müxtəlif ola bilər. Hətta müxtəlif yardım sahələrinin (helpin professions) qəbul etdiyi etik davranışları arasında ziddiyyətlər mövcuddur. Hər bir peşənin öz sahəsində hansı davranışın etik və hansının qeyri-etik sayılmasına da qaydaları mövcuddur.

İlahiyyat yanaşması. Bu yanaşmaya əsasən etik qaydalar Allah tərəfindən gələn komanda/ əmr kimi qəbul edilməlidirlər. Bu yanaşmadan çıxış edənlər inanır ki, yaxşı və pis kimi anlayışlar Allah tərəfindən təyin edilib və yaxşı əməllər edənlər mükafatlanır, pis əməllər edənlər isə cəzalandırılırlar bu da öz növbəsində insanları yaxşı qəbul olunmuş əməllər etməyə məcbur edir. İlahiyyat yanaşmalarının əsasını müxtəlif dini baxışlar təşkil edir. Dini baxışlar isə öz növbələrində mənəviyyatı izah etməyə çalışırlar, lakin onlar cəmiyyətdə müxtəlif tarixi dövrlərdə üstünlük təşkil edən/ yayılmış reallığa və yaxud sosial proseslərə istinad etmədən mənəviyyatı izah etməyə çalışırlar. Həmçinin bu yanaşmadan çıxış edənlər ziyankar qüvvələrin, ədalətsizliyin və zorakılığın niyə mövcud olduğunun ağlabatan izahını vermirlər.

İntuitiv/hedonistik yanaşma. İntuitiv yanaşmaya əsasən adi insanlar düşünmədən belə sadəcə intuisiyaya əsaslanaraq mənəvi cəhətdən hansı hərəkətlərin yaxşı və hansıların pis olduğunu təyin edə bilirlər (tanıya bilirlər). Lakin bu yanaşmanı hər hansı bir məntiqlə və yaxud nəzəriyyə ilə əsaslandırmaq mümkün deyil. Hərəkətin niyə yaxşı və yaxud niyə pis olduğunu izah etmək mümkün deyil.

Dörd yüz il bundan əvvəl qədim Yunanıstanda yeni etik yanaşma yaranır. Bu yanaşmaya əsasən mənəvi cəhətdən düzgün olan əməl sevinc və həzz hisslərinin yaranmasına gətirib çıxarır. Bu etikaya hedonistik yanaşmadır. Bu yanaşmanı qəbul edən filosof Epikurus yazırdı ki, insan sevinc və həzz almaq istəsə belə o, bədənlə bağlı olan extremal zövqlərdən özunu saxlamalıdır (nəfsini saxlamalıdır). Epikurusa əsasən mənəvi zövqlər duyulan/ hiss edilən zövqlərdən daha yaxşıdır, həmçinin mənəvi zövq uzun müddət ərzində qalır.

İ.Kant və deontoloji yanaşma. Deontologiya sözü iki yunan sözü olan deomos və logos-dan əmələ gəlib. Deontos tərcümədə borc, vəzifə, logos isə bilik, elm mənasını verir. Deontologiya mənəvi öhdəliklər haqda nəzəriyyədir. Kantın deontologiyasına əsasən yalnız obyektiv. univeısal qaydalarla mühakimə oluna bilən əməllər yaxşı və yaxud pis kimi sayıla bilər. Kant insan varlığının ağıllı məxluq olduğunu müdafiə edirdi. Kanta görə hər bir kəs etik davranış üzrə öz normalarını yaratmaq iqtidarındadır. Beləliklə, Kantın deontologiyasını qəbul edən həkim inanır ki, ana bətnində olan öldürmək şəraitdən asılı olmayaraq (hətta bu hərəkət ananın həyatına held təhlükə yaradarsa da) əxlaqsız bir hərəkətdir.

Həmin qayda sosial işçi və həkimin kliyentə/xəstəyə həqiqəti demələrinə tətbiq edilir. Kantın fəlsəfəsinə əsasən həqiqətin deyilməsi/söylənilməsi həmişə düzgün sayılır. Eyni qayda ilə, Kantın fəlsəfəsinə əsasən, kliyentə/xidmət istifadəçisinə/xəstəyə verilən söz tutulmalıdır; kliyentlə, xəstə ilə, həmkarlar və təşkilatlarla olan müqaviləyə riayət edilməlidir. Deontologiya məqsədin vasitələrə bəraət/haqq qazandırması  yanaşmasını inkar edir, xüsusilə də vasitələr qanunu və yaxud insan hüquqlarını pozursa.

Deontologiya ilə bağlı bir çox problemlər də mövcuddur. Problemlərdən biri istifadə etdiyimiz düzgün və yaxud yanlış anlayışlarla bağlıdır. Çox hallarda çözülməsi/ həlli çətin olan etik konfliktlər ortaya çıxır. Məsələn, həkim deontologiya yanaşmasına sadiq qalaraq ananın həyatını xilas etmək üçün yeganə yolun rüşeym/ embrionun öldürülməsi olduğu halda bunu etməkdən imtina edirsə bu davranış öz növbəsində xəstənin öz müqəddəratını təyin etmə  hüququnun nəzərə alınmamasını göstərir.

Digər tərəfdən Kantın təqdim etdiyi verilən sözün tutulması üçün səbəblərdə hər zaman ağlabatan olmurlar. Bəzi hallarda verilən sözün tutulması sosial işçi və yaxud həkim tərəfindən kliyentə lazımi köməyin göstərilməsinin qarşısını ala bilər. Məsələn, həkim xəstəyə onun səhhəti haqda həqiqəti deməyə söz verir lakin həqiqətin xəstəni intihar etməyə vadar etməyindən ehtiyat edir.

Teleoloji və yaxud müəyyən bir məqsədə yönəldilmiş nəzəriyyə. Bu gün deontologiyadan daha çox yayılmış yanaşma teleoloji yanaşmadır (digər sözlərlə, utilitar- ancaq fayda və mənfəət güdən, etikada: eqoizmə, fərdiyyətçiliyə əsaslanan burjua cərəyanı) ki, özündə bir çox etik nəzəriyyələri cəmləşdirir. Bu nəzəriyyələr qrupu başlanğıcını qədim Yunan anlayışı olan telos–dan götürür. Telos–un mənası isə nə isə sona çatdırmaq, yekunlaşdırmaq deməkdir. Beləliklə, utilitar və yaxud teleoloji nəzəriyyə nəticəyə yönəlmiş nəzəriyyədir.

Etikaya gəldikdə isə, utilitar yanaşmaya əsasən cəmiyyətin iqtisadi resursları ele paylanmalıdırlar ki onlar daha çox insana daha yaxşı fayda versinlər. Bu yanaşma deontologiyanın bəzi çatışmayan cəhətlərini tamamlağa yönəlib. Bu yanaşma faydanın tək bir fərdə deyil digərlərinə də olmasını arzulayır.

Bu yanaşmanın iki variantı mövcuddur: hərəkətlərin faydası və qanuni fayda. Birinciyə əsasən, hər hansı bir hərəkət daha yaxşı nəticənin əldə edilməsinə söz verirsə o zaman bu hərəkət hətta sosial qanunu pozsa belə düzgün hərəkət sayılır. ikinciyə əsasən, hər hansı bir hərəkətin düzgün olub olmaması meyar sayılan sosial qanuna uyğunluğu ilə təyin edilir. Bu zaman hərəkətin etik məqsədi tək bir fərdə deyil bütün cəmiyyətə fayda verməkdən ibarətdir.

Beləliklə, cəmiyyətin nöqteyi–nəzərindən daha çox insana fayda gətirən hərəkət yaxşı/ düzgün hərəkət sayılır. Buna görə də, sosial işçi və yaxud həkim hansı hərəkətin daha çox insana fayda gətirəcəyini təyin etməlidir. Bu yanaşma yaxşı səslənir, lakin bu yanaşmadan istifadə zamanı da təhlükələr mövcuddur. Məsələn, daha çox insan üçün nəyin daha faydalı olması haqda kim qərar verir?

Və yaxud hansı hərəkət daha çox fayda verəcək? Belə qərar vermək mümkündürmü? Azlıqların rifahı necə nəzərə alınır?

Sosial işdə mənəvi öhdəliklər. Deontologiya və teleologiya qeyri–mükəmməl və adekvat olmayan nəzəriyyələrdir ki onlar nəyin yaxşı və nəyin pis olduğunu sadəcə subyektiv anlayışlar əsasında təyin edirlər. Etikada mənəvi öhdəliklər nəzəriyyəsi utilitar nəzəriyyənin tənqidi zamanı ortaya çıxır. Bu nəzəriyyənin əsası 1970-ci illərdə Franken tərəfindən qoyulub. Bu nəzəriyyə məhz deontologiya ilə teleologiyanın birləşməsidir. Frankenə əsasən bizim nə isə etməyə mənəvi öhdəliyimiz yoxdur. Frankenin nəzəriyyəsinin mərkəzində ədalət və xeyriyyəçilik prinsipi dayanır. Ədələt faydanın təminatçısıdır, lakin hansısa bir konkret hərəkətin ədalətli olub olmamasına dair resept yoxdur. Bu iki prinsip (ədalət və xeyriyyəçilik) bir yerdə yardım peşələrinin öhdəliklərini təyin edir. Franken bu iki prinsip arasında konfliktlərin yaranmasının mümkünlüyünü bilir və qeyd edir ki, bu zaman qənaətbəxş həll yolu tapmaq bir o qgədərdə asan olmur. Bu iki prinsip bir biri ilə həm fərd səviyyəsində həmdə sosial siyasət səviyyəsində konfliktə girməyə meyillidirlər.

“Qızıl Qayda" (golden rule) yanaşması. 1975–ci ildə lsveç həkimi Piter Hammerli 10 ahıl xəstəsi ilə evtanaziya həyata keçirdiyi görə ittiham olundu. Həkim özünü müdafiə edərək qeyd etdi ki, o, tibdə həkimlər arasında geniş yayılmış “qızıl qaydaya” əsasən hərəkət edib. O dedi ki, heç vaxt səhv heç nə etməyib, xəstələrindən heç bir maddiyyət ummayıb və heç vaxt öz ata və anası eyni vəziyyətdə olarsa onlara rəva bilmədiyini xəstələrinə etməyib. Həkim həmçinin əlavə etdi ki, o özü oxşar vəziyyətdə olsaydı arzulayardı ki, onu müalicə edən həkimdə eyni qaydada hərəkət etsin ona qarşı.

“Qızıl qaydanın” əsas prinsipi Rabbi Hillelin məşhur aforizminə/ kəlamına əsaslanır: “Özünün nifrət etdiyin bir şeyi dostuna rəva bilmə”. 1960-ci illərin sonunda Fletçer situasiyadan irəli gələn nəzəriyyə inkişaf etdirir. Fletçerin mənəvi qərar vermənin əsas prinsipi ondan ibarət idi ki, insanlar sadəcə qaydalara tabe olmaqdansa sevgi ilə hərəkət etməlidirlər. Fletçerin nəzəriyyəsinə əsasən prinsiplər deyil məhz insanlar əsas götürülməlidirlər. Onun nəzəriyyəsi keçmişi inkar etmir, lakin tamamilə keçmişlə də məhdudlaşmır. Fletçerin situasiyaya əsaslanmış yanaşması sevgi/məhəbbət anlayışına əsaslanmış 6 fundamental prinsipdən ibarətdir:

  1. Yalnız məhəbbət/sevgi hər zaman yaxşıdır.
  2. Məhəbbət/sevgi yeganə normadır.
  3. Məhəbbət/sevgi və ədalət eyni anlayışlardır.
  4. Məhəbbət/sevgi xoşa gəlmək demək deyil.
  5. Məhəbbət/sevgi vasitələrə haqq/bəraət qazandırı.
  6. Orada və onda məhəbbət/sevgi qərar verir.

Qanuna o zaman tabe olmaq lazımdır ki, qanun məhəbbət/sevginin maraqlarına qulluq edir; qanuna heç vaxt sadəcə qanun xətrinə tabe olunmamalıdır. Bu yanaşma praktiki müdriklik nümayiş etdirsə də insan münasibətlərində bu yanaşma qənaətbəxş deyil. Blasszauer (1995) izah edir ki, belə bir prinsip sosial mənəviyyatı rədd edir, hər bir insan özü üçün nəyin əxlaqi və nəyin qeyri-əxlaqi olduğu haqda özü qərar verir. Yalnız qərar verən şəxs ilə qərarın nəticəsini yaşayacaq şəxs arasında razılıq olan halda “qızıl qayda” yanaşması insanlar tərəfindən qəbul oluna bilər.

Situasiyadan irəli gələn etika. Bu yanaşma bir çox həkimlər tərəfindən “klinik etika” adlandırılır. Onların fikrincə bu yanaşma real təcrübədə yeganə etibarlı yanaşmadır ki, buna əsasən qeyd olunur ki, hər bir etik qərar spesifik situasiyadan asılı olmalıdır. Bu yanaşmaya əsasən qərar verən şəxsə heç bir prinsip və yaxud tövsiyələr istiqamət verrnəməlidirlər. Hər bir şey bilavasitə situasiyadan və mövcud olan şəraitdən asılıdır. Beləliklə, bu yanaşmadan çıxış edən mütəxəssislər, məsələn, abortun edilib edilməməsi haqda prinsipləri nə tamamilə rədd etməyəcəklər nə də tamamilə qəbul etməyəcəklər, onlar qərarı məhz real situasiya ilə rastlaşarkən verəcəklər.

Lakin bu nəzəriyyə ifrat dərəcədən çıxış edir, çünki bu nəzəriyyə hər bir situasiyanı özünəməxsus, təkrarolunmaz bir situasiya kimi qəbul edir və heç bir davranış normalarını tanımırdı. Blasszauer (1995) qeyd edir ki, hər bir situasiyanı özünəməxsus və təkrarolunmaz kimi qəbul edib işləmək çətindir. Bu yanaşma peşəkar qaydaları qəbul etmədiyinə görə və universal mənəviyyata məhəl qoymadığına görə tənqidlərə məruz qaldı. Bu yanaşmanın digər problemi ondan ibarətdir ki, hərəkətin uzun müddətli nəticələrini əvvəlcədən görmək mümkün deyil. Əksər vaxtı qərar sadəcə peşəkarın subyektiv yanaşması əsasında verilir və ümumi qəbul olunmuş mənəvi normalara əsaslanmır.

Tərcümə edilən ədəbiyyat

D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294. (s.13-53)