Uşaq və empatiya

 

UŞAĞINIZA EMPATİYA QURMAĞI (ÖZÜNÜ BAŞQASININ YERİNƏ QOYMAĞI) NECƏ ÖYRƏDƏ BİLƏRSİNİZ?

Empatiya - insanın özünü müvəqqəti olaraq başqasının yerinə qoymasıdır. Özünü başqasının yerinə qoymaq, onun yerinə hiss etmək bacarığına sahib olan bir uşaq asanlıqla səhv etməz, başqasının hüquqlarına təcavüz etməz. Çünki "Özünə məsini istəmədiyin bir hərəkəti başqasına etməl" həqiqətindən qarşı edil yola çıxaraq, özünə qarşı edilməsini istəmədiyi bir hərəkəti başqasına etməz.

  • Ailə daxilində qarşılıqlı empatiya qurmaq ailədə sevgi, hör mət və xoşbəxtlik meydana gətirər.
  • Uşaqlığını xatırlayan və özünü övladının yerinə qoya bilən. ana-ata, əlbəttə ki, uşağına müsbət yanaşar.
  • Müsbət yanaşma sağlam və daimi ünsiyyətin ilk addımıdır. Özünü ana-atasının yerinə qoya bilən bir uşaq da asanlıqla onların istəmədiyi davranışlara və hərəkətlərə yol verməz.
  • Empatiya ilə ana-ata və uşaq arasındakı anlaşılmazlıqlar asanlıqla aradan qaldırılır.
  • Empatiya edilməyən hallarda ziddiyyətlər qaçılmaz olur. Çünki hər kəs məsələyə öz nöqteyi-nəzərindən baxar, özünün haqlı olduğunu düşünər və bunun nəticəsində də məsələnin həll olunması qeyri-mümkün olar.
  • Yeri gələndə uşağınıza "Sən olsan nə edərdin?", "Mənim yerimdə olsaydın necə hərəkət edərdin?" kimi suallar verərək həm fikrini öyrənə bilər, həm də empatiya qurmasını təmin edə bilərsiniz.
  • Özünü başqasının yerinə qoyarkən, sadəcə, yazığı gəlmə və mənfəət hissi ilə davranılmamalıdır. Burada əsas qaydalara tabe olma (bəşəri dəyərlər, ailə, əxlaq, cəmiyyət, sosial mühit, qanunlar...) olmalıdır.
  • Yazığı gəlmə və mənfəət hissi ilə edilən empatiya fayda əvəzinə zərər verər.
  • Harada, nə vaxt, necə, nə qədər empatiya etməyin lazım olduğu dəqiq bilinməlidir.
  • Özünü başqasının yerinə qoya bilməyən bir uşaq (verəcəyi zərəri düşünə bilmədiyi üçün) eqoist, qəddar, qısqanc olar, onda hörmət və sevgidən əsər-əlamət görünməz.
  • Uşağınıza: "Qarşındakı insanın özün olduğunu fikirləş, müvafiq sözlər seç, onunla belə düşünərək rəftar et!" - deyə bilərsiniz. Beləliklə də, uşağınızın fikirləşərək danışmasına və davranmasına kömək etmiş olarsınız.
  • Empatiyanın "bağışlamaq” mənasına gəlmədiyinin fərqinə varın.

 

Özünü  başqasının yerinə qoya bilməyən (empatiya qura bilməyən) bir uşağın xüsusiyyətləri

 

  • Ruhi baxımdan gərgindir.
  • Ətrafı ilə yolagetməzdir
  • Başqaları ilə yola getmir
  • Daim ziddiyyətlidir
  • Tənhalıqdadır
  • Eqoistdir
  • Qısqancdır
  • Mənfəətpərəstdir
  • Sevgi və hörmətdən kasaddır
  • Qəddardır
  • Başqasına zərər verir
  • Davakardır
  • Xoşbəxt deyil

 

Özünü başqasının yerinə qoya bilən (empatiya qura bilən) bir uşağın xüsusiyyətləri

 

  • Sevgi və hörmətdə qüsur etmir
  • Xoşgörülüdür (güzəştə gedən, tolerantlı)
  • Anlayışlıdır
  • Ruhi baxımdan, mənən xoşbəxtdir
  • Ətrafı ilə yolagedəndir
  • Bölüşməyi sevir
  • Hadisələrə müsbət baxır
  • Asanlıqla yoldaş əldə edir
  • Həyatdan zövq alır
  • Söz və hərəkətlərinə diqqət edir.

 

Ana və atasının yalan danışdığını görən uşaq düzgünlüyün nə olduğunu bilməz.

Ana və atasından qəzəb  və dava-dalaş görən a uşaq təvazökarlığın nə olduğunu bilməz.

Ana və atasından pis söz və söyüş eşidən uşaq, xoş sözün nə olduğunu bilməz.

Ana və atası tərəfindən döyülən və caza görən bir uşaq, mərhəmətin nə olduğunu bilməz.

Ana və atasının eqoistliklərini görən uşaq yaxşılığın nə olduğunu bilməz.

Ana və atası qeyri-sabit, qeyri-normal davranan bir uşaq sağlam şəxsiyyətin nə olduğunu bilməz.

Ana və atasında ciddilik görməyən uşaq yüksək xarakterin nə olduğunu bilməz.