Təhlükəsizlik təhlükənin olmaması dey...
0 – 6 ay: hərəkət azlığı, ətraf mühitə biganə olması, xarici stimullara qarşı reaksiyanın olmaması və ya zəif olması, 3-6 aylığında – nadir hallarda gülümsəmə.
6ay -1,5 yaş: valideynlərindən qorxma, böyüklərlə fiziki kontaktdan qorxma, böyüklər onu qucağına götürmək istədikdə qorxu, daimi səbəbsiz narahatlılıq, ağlağanlıq, sızıldama, özünəqapanma, kədərli olmaq.
1,5 - 3 yaş – böyüklərdən qorxma, sevincinin nadir hallarda ifadə etməsi, ağlağanlıq, başqa uşaqların ağlamasından qorxma, davranışda ifratçılıq- aqressivlikdən etinasızlığa qədər.
3-6 yaş: ağrıya passiv reaksiya, ümumiyyətlə müqavimət göstərməməsi, bütün baş verənlərlə barışması, yaltaqlıq, hər şeydə güzəştə getmək, gecələr qarabasmalar, qorxular, reqressiv davranış (daha azyaşlı uşaqlara xas olan hərəkətlər etmək) - tənqidə kəskin münasibət; aqressivlik, yalançılıq, özündən kiçik uşaqlara, heyvanlara qarşı zalım olmaq; oğurluq etməyə meyllilik, yanğın törətməyə meyllilik; - cinsi davranış haqqında yaşına uyğun olmayan məlumatlılıq, özü-özüylə, həmyaşıdlarıyla və ya oyuncaqlarla seksual oyunlar oynaması, onanizm,puhi-əsəb pozuntular və s.
Kiçik məktəb yaşında – zədələnmələrinin, travmalarının səbəbini gizlətmək, tənhalıq, özünəqapanılıq, təklikdə qalmağa çalışmaq, dostlarının olmaması və ya həmyaşıdlarıyla münasibətin pisləşməsi, dərsdən sonra evə getmək qorxusu, dərslərində müvəffəqiyyətlərinin olmaması; - yaşına uyğun olmayan seksual
Yeniyetmə yaşında - depressiya, özünü mənfi qiymətləndirmə, evdən qaçma, kriminal və ya cəmiyyətə zidd davranış, spirtli içki və ya narkotiklərdən istifadə, suiqəsdə cəhd, seksual davranış, qarın nahiyyəsində ağrılar və s.;
Bütün yaşlarda – fiziki və əqli inkişafın ləngiməsi, motor və nitq bacarıqların inkişafının ləngiməsi, dərslərində müvəffəqiyyətsizlik, əsəb tikləri, enurez (gecələr sidiyin saxlamaması), yuxu pozğunluqları, həyəcanlılıq, müxtəlif somatik xəstəliklər (həddindən artıq kökəlmə və ya çəkinin azalması, mədə xorası, dəri xəstəlikləri, müxtəlif allergiyalar və s.), uzunsürən ruh düşgünlüyü, qəmli və yorğun görünüş, göz qapaqlarının şişkinliyi, iştahın pozulması, daimi aclıq və ya susuzluq hissetmə, sanitar-gigiyenik baxımsızlıq, pedikulyoz (bitlərin olması), müxtəlif vasitələrlə, hətta özünə xəsarət yetirməklə ətrafdakıların diqqətini özünə çəkməyə səy göstərmək və s.
Fikriniz
0
0
Arifə Məsimova
Her zaman valdeyin ve məsul sexslerin nezareti olmalidir