Körpənin çimizdirilməsi

Yenidoğulan körpəni həftədə ən çox 2-3 dəfə çimizdirmək olar. Tez-tez çimmək körpənin dərisinin qurumasına və atopiyanın (allergik bədən) artmasına səbəb olur. Yenidoğulmuşu çimizdirərkən heç bir şampun və ya sabun istifadə edilməməlidir.

İstifadəsi tələb olunarsa neytral pH boyasız və ətirsiz sabun və şampun mümkün qədər az istifadə edilməlidir . Sabun vəya şampun istifadə olunarsa durulamağa diqqət yetirilməlidir.

Sabun qalığı qalırsa körpənin dərisini qiciqlandıra bilər .

Unudulmamalıdır ki yenidoğulmuşun dərisindən kimyəvi maddələr asanlıqla əmilir.

Vannada çimizdirmə

Hamam suyunun temperaturu əksər körpələr üçün ən yaxşı 37 -38 dərəcə arasında ( bədən istiliyindən biraz yüksək temperaturda ) .Bu temperatur həm də onları daha sakit hiss etməyə və rahatlamağa kömək edir . Bəlkə onlara bətndə üzməyi xatırladır . Körpə yanmaların qarşısını almaq üçün suya qoyulmadan əvvəl suyun istiliyini termometr ilə ölçərək və ya biləyin daxili səthinə və ya dirsək vasitəsilə yoxlanmalıdır.

Ən önəmli şey körpənin dərisini  təmiz və nəmli saxlamaqdır.

Göbək güdülü düşənə qədər körpənin dərisini təmiz saxlamaq üçün hər gün ilıq su ilə və yumşaq pambıq parça ilə göbəyi qoruyaraq silmək olar . Göbək qalığının nəmlənməsi güdülün düşməsini gecikdirəcək və infeksiyanın ( omfalit ) inkişafını asanlaşdıracağı üçün ilk hamam göbək quruyandan və düşdükdən bir gün sonra edilməlidir .