Bu bir prosedurdur. Bu zaman&nbs...
İnkişaf etmək üçün fiziki cəhətdən böyümək və yetkinləşməkləbərabər öyrənməyə də ehtiyac duyulur. Öyrənmə sadəcə hər hansı bilikləri mənimsəmək deyil (məsələn:rəngləri, formaları və s.) eyni zamanda davranışlar, adətlər, bacarıqlar, fərqindəlik və s. kimi məsələləri də əhatə edir. Öyrənmə təkrar etmək və ya təcrübədən keçirmək nəticəsində qazandığımız və qalıcı olan davranış dəyişiklikləridir. Bəzən uşaqlara nəyisə öyrətdikdə onlar soruşulansuala cavab verməyi bacardıqda bunu öyrənmə hesab edib, artıq öyrəndi deyə düşünürük və növbəti pilləyə keçirik. Amma zaman keçdikdən sonra uşağın öyrəndiyini unutduğunun şahidi oluruq. Bəs bu niyə baş verir?! Gəlin analiz edək:
• Öyrənmə nəticəsində davranışda hər hansı dəyişikliyin meydana çıxması gərəkdir.
• Öyrənmə uzun müddətli və qalıcıdır.
• Davranışda meydana gələn qısa sürəli dəyişikliklər öyrənmə deyildir.
Öyrənmə uşağın şəraitdən, yerdən, ətraf mühit təsirlərindən asılı olmayaraq öyrənmiş olduğu bacarığı nümayiş etdirə bilməsidir. Əgər uşaq nə barədə isə bizə danışır, amma o danışdığını gündəlik həyatda istifadə edə bilmirsə, bu halda biz bunu öyrənmə adlandırmırıq.
Bəs uşaqlar necə öyrənirlər?
Əgər siz oturub eyni fəaliyyətdə iştirak edən bir qrup uşağı sadəcə müşahidə etsəniz onların eyni fəaliyyəti müxtəlif yolla edərək,müxtəlif yanaşmalar sərgilədiyinin şahidi olacaqsınız. Bu ona görədirki, uşaqlar müxtəlif yollarla öyrənirlər. Bir uşağa tətbiq etdiyimiz öyrətmə üsulu digər uşaqlarımız üçün faydalı olmaya bilər. Buna görə də uşağımızı, onun bacarıq və imkanlarını tanımamızmütləqdir.
Bəs bu öyrənmə prosesində valideynlərin rolu nədən ibarətdir?
Müəyyən bir inkişaf səviyyəsinə çatmış uşağın yeni bir davranış qazana bilməsi üçün ətraf mühitdən aldığı stimullara və dəstəyə ehtiyacı vardır. Məsələn uşağın düymələmək bacarığını öyrənə bilməsi üçün sadəcə əl əzələlərinin gücünün və sairin kifayət dərəcədə olması yetərli deyil. Uşağın bu bacarığı yerinə yetrmək üçün uyğun yaşda olması, fiziki bacarıqlarının müəyyən inkişaf səviyyəsində olması ilə yanaşı düymənin necə bağlandığını görməsi, həmçinin düymə bağlamaq üçün ona imkan yaradılması da eyni zamanda önəmlidir. Ona bu fəaliyyəti yerinə yetirmək, səhv etmək, yenidən etmək imkanı verilməlidir.
Yadda saxlayın ki, uşaqlar müşahidə edib, aşkar edib və təcrübədən keçirməklə və ən önəmlisi sual verməklə öyrənirlər.
Bu sahədə valideynlərin üzərinə böyük yük düşür. Əgər valideyn uşağın sualına cavab vermirsə, nə çox suallar verirsən deyib onu qınayırsa, onsuz da kritik bir period yaşayan və yaşadığı psixoloji dönəmdən dolayı uşaq hər şeyi daha sensitive qəbul edir, yəni özünü günahkar hiss edir və artıq suallar verməməyə çalışır. Sual soruşmağın yaxşı bir şey olmadığını ətrafdakılarda aqressivik yaratdığı kimi düşüncəyə sahib olur. Yəni gördüyündən nəticə çıxarır. Bu onun əlbəttə ki, bu dövrdəki inkişafına zərbə vurmaqla bərabər, yetkin insan kimi xarakterində də mənfi yöndə izlər qoyur.
Övladınızı dinləmək üçün mütləq vaxt ayırın. Soruşduğu,maraqlandığı məsələləri müzakirə edərək ona başa salmağa çalışın.Yaşına aid olmayan sualları belə cavabsız qoymayın. Uyğun bir dillə ona hər şeyi başa salın. Onun araşdırmaçı zehninin, kreativlik vəmüstəqil fikir yürütmək bacarığının üstündən ömürlük xətt çəkməyin.
Ülviyyə Mirzəyeva
Uşaq inkişafı üzrə mütəxəssis, həkim
Fikriniz
0
0