Tez-tez veriən suallar

Laktostazın (süd durğunluğu) risk faktorları nələrdir?

  • Süd vəzilərində axacaqların dar, südün qatı olması
  • Uşağın yarımçıq doğulması və ya xəstə olması
  • Döş gilələrinin yastı formalı olması üzündən uşağın döşü yaxşı tuta bilməməsi
  • Soyuqlama
  • Süd vəzinin travması
  • Həddindən artıq fiziki iş və stres nəticəsində süd kanallarının spazmı
  • Südün tez-tez sağılması
  • Döş kifayət qədər süd istehsal etdiyi halda laktasiyanın dayandılrılması üçün tədbirlər görülmədən hər hansı bir səbəbdən (xəstəlik, iş) körpəni süni qidalandırmaya başlanması və s.

Körpələrdə əlavə qidalanmaya nə zaman başlamaq lazımdır?

İstər ana südü, istərsə də adaptasiya olunmuş süni süd qarışıqları 6 ayadək körpənin mikro və makronutriyentlərə olan tələbatını ödədiyi üçün əlavə qidalara ehtiyac olmur. Lakin uşaq böyüdükcə və hərəkət qabiliyyəti artdıqca enerji və qida ehtiyacları artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri həm ana südü ilə, həm süni süd qarışıqları ilə qidalanan uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etməyi tövsiyə edirlər.

Anginanın ümumi əlamətləri hansılardır?

  • temperaturun 38-39˚С və daha yuxarı qalxması, titrətmə
  • udqunma zamanı boğazda ağrı
  • regionar limfa düyünlərinin böyüməsi
  • ümumi halsızlıq, zəiflik
  • iştahanın azalması
  • kiçik uşaqlarda ağlağanlıq