Erkən Uşaqlıq Dövründə İnkişaf

Portal BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Erkən uşaqlıq dövründə inkişaf" (EUDİ) layihəsi çərçivəsində hazırlanıb.

Siyasət və Dövlət Proqramı

Təhsil haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.

http://www.e-qanun.az/framework/18343

 

 

Ümumi təhsil haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

http://www.e-qanun.az/framework/42543

 

 

Məktəbəqədər təhsil haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

http://www.e-qanun.az/framework/35791

 

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə

 

DÖVLƏT STRATEGİYASI

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (bundan sonra – Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

http://www.e-qanun.az/framework/27274

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

http://www.e-qanun.az/framework/2215

 

 

Əhalinin sağlamlığının qorunması haqqında

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

 Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.

Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.

http://www.e-qanun.az/framework/4078

 

 

Uşaqların icbari dispanserizasiyası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

http://www.e-qanun.az/framework/25600

 

Uşaq hüquqları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

http://www.e-qanun.az/framework/3292

 

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

http://www.e-qanun.az/framework/3859

 

 

 

 

 

Məişət zorakılığının qarşısının alınması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

http://www.e-qanun.az/framework/20131

 

18 oktryabr 2019-cu il tarixdə Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumu imzalanıb.


İmzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.


Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.


Memorandum çərçivəsində Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in birgə dəstəyi ilə uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


Anlaşma memorandumu çərçivəsində “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi icra olunmaqdadır.