Peyvəndlər

28

21

İmmunoprofilaktika yolxucu xəstəliklərə qarşı müdafiə metodudur. Əhalinin samlağlığı, eləcə də sanitar-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir. Yolxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunoloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkəmizdə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və tam təhlükəsizdir.

 

Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, difteriya,tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalmış, hətta demək olar ki, yox dərəcəsindədir. AAP (America Pediatrik Akademiyasının) məlumatına görə vaksinoprofilaktika nəticəsində hər il dünyada 4,5 milion insan ölümdən xilas olur. Peyvəndlərin aparılması Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Peyvənd təqvimi 1994-cü ildə təsdiq edilib. Sonradan təqvimə əlavələr olunub.

 

Xəstəliklərdən  qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hal-hazırda ölkəmizdə hepatit B,  vərəm,  difteriya, göyöskürək, tetanus, poliomielit, B tip hemofil infeksiya , pnevmokokk, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Peyvənd yalnız tam sağlam uşağa vurulur. Bunun üçün öncədən uşaq pediatrı və nevropatoloq tərəfindən müayinə olunmalıdı. Birlikdə verilən qərara əsasən uşaga peyvənd vurulur.

 

Peyvəndlərə müvəqqəti əks əks göstərişlər bunlardır: 

  • Kəskin respirator infeksiya (KRİ)

  • Xroniki xəstəliklərin kəskinləşməsi

 

Kəskin respirator infeksiya və kəskin bağırsaq infeksiyası keçirmiş uşaqlara hərarət normaya düşdükdən sonra peyvənd etmək olar. Xroniki xəstəliyi olan uşaqlara peyvəndlər remissiya dövründə vurulur (yəni kliniki və laborator göstəricilər norma daxilində olanda).

 

Mütləq əks göstərişlər bütün vaksinlər üçün:

  • Əvvəlki peyvəndə kəskin reaksiya və ya postvaksinal ağırlaşma

  • Birincili immunodefisit vəziyyətlər (immunosupressiya)

  • Bədxassəli törəmələr

  • Hamiləlik

Peyvəndlərin yan təsirləri iki qrupa bölünür: yerli və ümumi

 

Yerli reaksiyalar peyvənd yerində qızartı, şişkinlik, səpkilər və ağrı hissi ilə özünü biruzə verir. Ümumi reaksiyalar isə hərarətin yüksəlməsi, halsızlıq kimi əsas simptomlarla özünü büruzə verir. Adətən bu reaksiyaların peyvənd vurulduqdan 3 gün müddətində davam etməsi normal sayılır. Ümumiyyətlə peyvəndlərin yan təsirləri barəsində pediatr öncədən valideynləri məlumatlandırmalıdır və 3 gün müddətində yan təsirlər keçməsə, həkimlə əlaqə saxlamalarını bildirməlidi.

 

Peyvəndlər uşaqlarımızı ağır, ölümcül hətta bəzən əlilliyə gətirib çıxaran xəstəliklərdən qoruyur. Bəzən valideynlər peyvəndlərin yan təsirlərindən qorxaraq imtina edirlər. Nəzərinizə almaq lazımdır ki, peyvəndlər uşaqlarınızı ağır infeksion xəstəliklərdən və onların fəsadlarından (iflic, sonsuzluq, ensefalit və s.) və ölümdən qoruyur. Son zamanlar bütün dünyada tüğyan edən COVID-19 virusuna qarşı peyvəndin hazırlanmasını hər kəs səbirsizliklə gözləyir.

 

Azərbaycan Respublikasının Milli peyvənd təqvimi

Yaş

Peyvənd

Xəstəliklərin profilaktikası

Doğumdan sonra 12 saat ərzində

Hep B

Hepatit B xəstəliyinə qarşı peyvənd

4-7-ci gün

BCG

OPV

Vərəm əleyhinə peyvənd

Poliomielitə qarşı peyvənd

2 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

2 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

3 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

3 aylıqda

OPV

Poliomielitə qarşı peyvənd

4 aylıqda

Hib

B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı peyvənd

4 aylıqda

OPV

Pk

Poliomielitə qarşı peyvənd

Pnevmokok infeksiyalarına qarşı peyvənd

6 aylıqda

Pk

Pnevmokok infeksiyalarına qarşı peyvənd

12 aylıqda

QPM

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Vitamin A

18 aylıqda

GDT

OPV

Vit A

Difteriya, göyöskürək və tetanusa qarşı peyvənd

Poliomielitə qarşı peyvənd

Vitamin A

6 yaşında

QPM

DT

Vit A

Qızılça, parotit və məxmərəyə qarşı peyvənd

Difteriya və tetanus əleyhinə peyvənd

Vitamin A