Öyrənmə — uşağın təcrübədən ke&...
Öyrənmə — uşağın təcrübədən keçirib, təkrar etməklə əldə etdiyi davranış və bacarıq dəyişiklik ləridir. Bu, yalnız rəngləri, hərfləri bilmək deyil. Davranışlar, vərdişlər, sosial bacarıqlar, düşünmə qabiliyyəti də öyrənməyə daxildir.
Qısamüddtəli, keçici dəyişiklik öyrənmə sayılmır.
Uşaq öyrəndiyi bacarığı hər yerdə – vəziyyətdən asılı olmayaraq tətbiq edə bilirsə, deməli, o bunu həqiqətən öyrənib.
Uşaqlar fərqli yollarla öyrənirlər.
Eyni dərslik, eyni fəaliyyət olsa belə, uşaqlar bunu müxtəlif yollarla qavrayır və yerinə yetirirlər.
Biri müəllimi dinləyərək öyrənir, digəri oxuyaraq, başqası isə toxunaraq, sınayaraq.
Bir uşağa uyğun olan öyrətmə üsulu digərinə uyğun olmaya bilər.
Valideynin övladının öyrənmə tərzini, güclü tərəflərini tanıması önəmlidir
Bəs valideynlər öyrənmə prosesini necə dəstəkləyə bilərlər?
Qeyd edək ki, uşağın yeni bacarıqlar qazanması üçün o həm bioloji hazır olmalı, həm də mühit tərəfindən dəstəklənməlidir.
Məsələn, düymə bağlamağı öyrənməsi üçün sadəcə barmaq gücü yox, ona bunu sınamaq imkanı da verilməlidir.
Uşaqlar görərək, soruşaraq, toxunaraq və təcrübə toplayaraq öyrənirlər. Uşaqlar yalnız təcrübədən keçirdikləri bilikləri həqiqətən qavraya və öyrənə bilirlər .
Bu prosesdə valideynlərin müstəsna rolu vardır .Məsələn, əgər valideyn uşağın suallarını cavabsız qoyursa, “çox danışırsan” deyib danlayırsa, uşaq sual verməyin pis bir şey olduğunu düşünür və araşdırma istəyi azalır. Əksinə:
· Uşağın suallarına vaxt ayırın.
3–5 yaş dövrü — uşağın beyninin ən sürətli inkişaf etdiyi dövrdür. Bu dövrdə keyfiyyətli məktəbəqədər təhsil və zəngin mühit içində böyüyən uşaqlar həm məktəb illərində, həm də yetkinlikdə daha sosial, daha yaradıcı və akademik cəhətdən daha uğurlu olurlar.
Erkən yaşda düzgün yönləndirilmiş fəaliyyətlər uşağın öyrənmə bacarıqlarını ömürlük gücləndirir.
Fikriniz
0
0