Müasir dövrdə ...
Müasir dövrdə körpələrin yelləncəkdə, yeməksüfrəsində və ya ağlayarkən sakitləşdirilməsi üçünəllərinə planşet və ya telefon verilməsi adi halaçevrilib. Valideynlər üçün bu, qısa müddətli bir xilasyolu kimi görünsə də, əslində erkən yaş dövründəekran qarşısında keçirilən hər saat uşağın gələcəkpsixoloji, koqnitiv və sosial sağlamlığına vurulanböyük zərbədir.
Körpə Beyni və Ekran: 0-6 Yaşda Nə Baş Verir?
İnsan beyni doğumdan sonra xarici stimullarlaformalaşmağa başlayır. Xüsusilə həyatın ilk illərindəbeyin plastisiyası maksimum səviyyədədir. Lakin ekranlar uşağa passiv, hazır və sürətli vizualməlumatlar ötürür. Beynin qərar vermək, emosiyalarıidarə etmək və impuls nəzarətindən məsul olan ön lobu(prefrontal korteks) ekran qarşısında passiv qalır. Eynizamanda, cizgi filmlərindəki saniyədə bir dəyişənparlaq səhnələr uşağın beynini həddindən artıqstimullaşdırır və süni şəkildə yüksək miqdardadopamin sekresiyasına səbəb olur. Real həyat isə ekranqədər parlaq və sürətli olmadıqda, uşaq üçündarıxdırıcı görünür.
Nitq İnkişafında Ləngimə və Ünsiyyət Problemləri
Valideynlərin ən çox səhv saldığı məqamlardanbiri uşağın telefonda xarici dildə mahnılar dinlədiyinivə ya cizgi filmi izlədiyini görüncə bunun "inkişafadəstək" olduğunu düşünməsidir. Halbuki nitq birtərəfliproses deyil; o, qarşılıqlı ünsiyyət, mimika, göz təmasıvə artikulyasiyanı tələb edir.
• 0-3 yaş arası dövrdə canlı ünsiyyətdən məhrumqalan uşaqlarda istək ifadə etmək bacarığızəifləyir.
• Ekran birtərəfli informasiya axını olduğu üçünuşağın suallarına cavab vermir və dialoq qurmur.
• Nəticədə uşaqlar özlərini ifadə edə bilmədikləriüçün aqressivləşir və ya sosial-kommunikativgeriləmə yaşayırlar.
Diqqətin Mərkəzlənmə Problemləri və Hiperaktivlik
Ekran asılılığı olan uşaqlarda diqqət dağınıqlığı vəfokuslanma çətinliyi qaçılmazdır. Hər şeyin birtoxunuşla dərhal baş verdiyi rəqəmsal aləmə öyrəşənuşaq real həyatda səbr tələb edən proseslərə (məsələn, bir oyuncaqla uzun müddət oynamaq və ya nağıldinləmək) diqqətini yönəldə bilmir. Həddindən artıqekran istifadəsi uşaqlarda diqqət əskikliyi vəhiperaktivlik pozuntusuna bənzər simptomlarınyaranmasına və ya mövcud meyarların daha da güclənməsinə yol açır.
Valideynin və Ailə Mühitinin Rolu
Ekran asılılığının yaranmasında əsas məsuliyyəttək texnologiyanın deyil, həm də ailənin yanlışyanaşmalarının üzərinə düşür. "Virtual dayə" sindromu– yəni valideynin yorğun olduğu üçün uşağın başınıqatmaq məqsədilə dərhal telefon uzatması – uşağınemosional ehtiyaclarına məhəl qoymamaq deməkdir. Eyni zamanda, valideynin özünün daimi ekrana bağlıolması uşaq üçün ən pis nümunədir. Valideyn uşağınqəzəb və ya stres anında emosiyasını sakitləşdirməküçün ona ekran verməklə uşağın öz duyğuları ilətəkbaşına mübarizə aparmaq bacarığını əlindən alır.
Ekran Asılılığının Psixoloji İnkişafla Əlaqəsi
Sosial inkişaf və emosional tənzimləmə uşağınpsixoloji rifahı ilə sıx əlaqəlidir. Erkən yaşda ekranlaəhatə olunan uşaqlar real sosial əlaqələr qurmaqda, empatiya yaratmaqda və daxili emosionalvəziyyətlərini idarə etməkdə çətinlik çəkirlər. Uşaqlarekran arxasından çıxıb canlı ünsiyyətə qoşulduqcaözünə inamları artır və sağlam sosial mühitdəformalaşırlar.
Rəqəmsal vasitələrin uşaq həyatındakı yeri ciddişəkildə tənzimlənməlidir. Uşaqlarda bu bacarıqların vəsağlam sərhədlərin erkən yaşlarda qoyulması onlarıngələcəkdə daha balanslı, diqqətli və emosionalcəhətdən dayanıqlı fərdlər kimi böyüməsinə imkanverir. Bu məsuliyyət yalnız valideynlərdən deyil, bütüncəmiyyətin maariflənməsindən asılıdır.
Psixoloq: İsmayılzadəNərminə
Fikriniz
0
0