Uşaqların bağçaya uyğunlaşmasına dair tövsiyələr

Uşaqların bağçaya uyğunlaşmasına dair tövsiyələr

  1. Uşağı bağçaya hazırlayın:

    • Bağçaya getməyi ilə bağlı müsbət fikirlər səsləndirin;

    • “Nadinclik eləsən, səni bağçaya aparacam!” – heç vaxt deməyin;

    • Bağçada onun yeni dostları və yeni oyuncaqları olacağını deyin;

    • Bağçada maraqlı olacağına inandırın.

  2. Sosiallaşmanı sürətləndirin:

    • Uşağı nənə-baba (və ya digər qohumunuz) ilə saxlayın. Hər gün uşağın nənə-babanın yanında qalma müddətini artırın və onların yanına getməzdən əvvəl qayıtmağınız barədə söz verin;

    • Qonaq gedin;

    • Uşaq əyləncə mərkəzlərinə gedin;

    • Uşaq meydançasında və mərkəzlərində uşağın yanında olayın, lakin müşahidə edə biləcəyiniz məsafədə dayanın;

    • Uşaq əyləncə otağında 10 dəqiqə saxlamağa cəhd edin, uğurlu olsa, bu müddəti artırın;

  3. Bağça rejiminə uyğunlaşın. Bağçaya getməzdən üç ay əvvəl  bağça rejiminə uyğun yaşamağa çalışın (səhər oyanma vaxtı, səhər yeməyi, məşğələlər, gəzintilər, nahar və yuxu saatları).

  4. Uşağın gigiyena və özünəxidmət bacarıqlarını inkişaf etdirin:.

Gigiyena bacarıqları

  • Yeməkdən əvvəl uşağın əllərini yumaq (müstəqil və ya dəstəklə);

  • Dəsmal, salfet, daraqdan düzgün istifadə etmək;

  • Böyüyün nəzarəti altında dişləri fırçalamaq (necə bacarırsa) və ağız nahiyəsini yaxalamaq;

  • Öz təbii fizioloji ehtiyacları barədə vaxtında məlumat vermək;

  • Tələsmədən qidanı çeynəmək;

  • Fincanı sərbəst tutub içindən mayə içmək;

  • Çəngəl-bıçaqdan sərbəst və düzgün istifadə etmək.

Özünəxidmət bacarıqları 

  • Paltarları sərbəst və ya dəstəklə, düzgün ardıcıllıqda geyinib soyunulmaq;

  • Düymələri açıb bağlamaq (üç yaşa yaxın);

  • Geyimi üz tərəfinə çevirmək;

  • Ayaqqabının balağlarını açmaq və böyüyün dəstəyi ilə bağlamaq.

  1. Bez və əmziklərdən imtina edin. Bunu bağçaya getməzdən iki-üç ay əvvəl etməyə çalışın.

  2. Bağça haqqında kitablar və nağıllar oxuyun.

  3. Uşaq meydançasında oynayarkən uşağınızı digər uşaqlar ilə tanış edin.

  4. Uşağı bağça ilə tanış edin.

  5. Bağçaya sevdiyi bir oyuncağı aparmağa icazə verin.

  6. Bağçada uşaqla tez sağollaşıb ayrılın.