Bu bir prosedurdur. Bu zaman&nbs...
Bir çox valideyn uşağının üç yaşında danışmağa başlamamasını, heç kəslə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xassiyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət buna inanmaq istəmirlər. Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında narahatlıq hiss edir, çünki onların başa düşə bilmir.
Autizmin əlamətləri
Autizm hər bir autizmli şəxsin özünəxas əlamətləri ilə xarakterizə olunan sirli bir pozuntudur. Ancaq onların ümumi xüsusiyyətləri də var. Erkən uşaqlıq autizminin əlamətləri və simptomları yaşdan asılıdır. Buna görə əlamət və simptomların dörd əsas qrupu qeyd olunur:
Erkən uşaq autizm (2 yaşına çatmamış uşaqlar)
Uşaq autizmi (2-11 yaş qrupundan olan uşaqlar)
Yeniyetmə autizmi (11-–18 yaş qrupundan olan yeniyetmələr)
Böyüklərdə autizm
Uşaq autizmi (2-11 yaş)
2 yaşdan yuxarı uşaqlarda erkən autizm üçün xarakterik olan bütün simptomlar qalmaqla yanaşı (çağıranda reaksiya vermir, həmsöhbətin gözünə baxmır, tək oynayır və s.), digər əlamətlər də onlara qoşulur:
Uşaq heç vaxt ünsiyyətə başlamır, ümumiyyətlə ünsiyyət axtarmır;
Uşaq yalnız bir fəaliyyət növünə (musiqi, rəsm, riyaziyyat və s.) maraq göstərir;
Eyni sözləri və ya səsini daim təkrarlayır;
Vərdiş etdiyi mühitdə dəyişiklik olarsa, narahatlıq keçirir;
Uşaq bacarıq əldə etməkdə çətinlik çəkir, oxumağı və yazmağı öyrənə bilmir.
Yeniyetmə autizmi (11-–18 yaş)
Bu yaşda autizm sindromlu yeniyetmələr adətən sadə ünsiyyət bacarıqlarına yiyələnirlər, lakin yenə də təkliyə üstünlük verirlər. Autizmli şəxslərdə yetkinlik dövrü digər insanlara nisbətən daha mürəkkəb kecir. Təcavüzkar olurlar, depressiyaya düşə bilərlər.
Autizmin səbəbləri
Tədqiqatçılar hələ də uşaqlarda autizmin səbəblərini müəyyən edə bilmirlər. Bu barədə bir çox nəzəriyyə var, lakin onlardan heç biri klinik olaraq təsdiqlənməyib. Əksər tədqiqatçılar uşaq autizminin irsi xəstəlik olduğuna inanırlar. Bu pozuntunun səbəblərindən biri kimi hamiləlik dövründə ananın virus infeksiyası (məxmərək, qızılca, suçiçəyi) olması istisna olunmur. İnfeksiya uşağın beyin strukturundakı üzvi dəyişikliklərə səbəb olur və bu da sonradan uşaq autizminə gətirib çıxara bilər.
Autizmin müalicəsi
Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən uzun, çətin və mürəkkəb bir prosesdir. Valideynlər bu uzun prosesə hazırlıqlı olmalı və müalicənin mütləq şəkildə nəticə verməyəcəyini bilməlidirlər. Uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır. Lakin xəstəliyi müşayiət edən simptomları dayandıra bilərlər. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir.
Müalicə üçün əməl edilməli olan qaydalar:
Uşağın müalicəsi yalnız ancaq tibb müəssisəsində deyil, evdə, uşaq bağçasında, küçədə aparılmalıdır. Valideynlərin özlərinin də psixoloq konsultasiyasına müraciət etməsi zəruridir. Çünki autizmli uşağın müalicəsi çətin işdir, bu proses valideyblərin psixikasına mənfi təsir göstərir;
Uşaqla uzun müddət məşğul ola bilən təcrübəli və yüksək ixtisaslı bir psixiatr seçməlisiniz, çünki həkimləri tez-tez dəyişmək uşağın vəziyyətinin pisləşməsinə səbəb ola bilər;
Müalicədə təkrarlamalar əsas şərtlərdəndir. Hər gün eyni bacarıqları təkrarlamaq lazımdır ki, uşaq onları öyrənə bilsin;
Müalicə işinin çətinliklərinə davam gətirə bilmək üçün valideynlərin ildə ən azı bir dəfə tətilə getməlidirlər;
Uşağın dəqiq gündəlik qayda vərejimi olmalıdır;
Digər autizmli uşaqların valideynləri ilə əlaqlər qurmaq da faydalıdır. Bu, müalicə işində yeni yanaşma və bacarıqları öyrənməyə imkan verir.
Uşağın diqqətinə sahib olmağı öyrənmək lazımdır. Buna üçün müntəzəm olaraq ona adı ilə müraciət etməli və heç vaxt ona səs ucaltmamalısınız;
Uşağın alışdığı mühiti dəyişdirməməlisiniz..
Nəzərə almaq lazımdır ki, müalicə işi bütün autizmli uşaqlarda eyni nəticəni vermir; onlardan bəziləri bir neçə aydan sonra ünsiyyətə girdiyi halda, digərlərində bu, illər sonra mümkün ola bilər.
Fikriniz
0
0