Beyin çalışması 

İnkişaf olunan sahə: beyin yarımkürələrin əlaqəsin yaxşılaşdırlıması, diqqət, yaddaş, kiçik motorika, məkan təsəvvürünü

Yaş: 3+

Material:  Komplektə müxtəlif təsvirli şəkillər daxildir. Təsvirlər düz, müxtəlif fiqur və əşya yaradan  zolaqlardan ibarətdir. Zolaqların mərkəzində qırıq qırıq xətlər var. Materialı çap edib laminasiyadan keçirtmək tövsiyə olunur. Bunnla bu aləti daha uzun müddət istifadə etməyə nail olacaqsız. Əlavə olaraq, çalışmanı keçirtmək üçün 2 marker və ya 2 sadə qələm lazımdır. 

Prosedur: təsvirlər uşağın qarşısına qoyulur və eyni zamanda iki əlnən (işarət barmağı və ya marker ilə) iki bir birinə əks duran zolağların içində olan qırıq xətt üzərindən (marker və ya barmaq ilə) keçmək təklif olunur.  Eyni təsvirin üstündən bir neçə dəfə çalışmanı təkrarlamaq olar.  Məksəd uşağın sonda  çalışmanı zolaqdan kənara çıxmamaq şərti ilə qırıq xəttin sonuna çatmaq. 

Oyunun çətinləşdirilimiş variantında  bir birinə əks olan zolaqları uşaq əks istiqamətdə marker və ya barmaqlar qırıq xəttin üstündən keçir.

Təlimat:  əks duran zolaqların içində olan xəttlərin üstündən sağ və sol əli ilə eyni zamanda keç