Hamiləlik dövründə atanın dəstəyi

Hamiləlik dövründə gələcək atanın hamilə qadının dəyişkən emosional vəziyyətinə dözümlülük dərəcəsi,ailə münasibətlərinin gərginliyinə və gücünə təsir edir. Gələcək ananın körpəsinə və özünə qarşı hisslərinin sabit olması gözlənilməməlidir. Hamiləlik və gələcək ananın qarışıq vəziyyəti- bu dəyişən mühitdə qarşı tərəfdən xoş bir münasibət görmədikdə daha çətindir.Ataların diqqət edilməsi vacib olan durumlar hansılardır? -Həyat yoldaşınızla bərabər gələcək üçün yeni planlar qurmaqdan zövq alın. Səmimi olaraq hisslərinizi bir -birinizə etiraf edin. -Gələcək körpəniz haqqında xəyal edin. İstədiyiniz körpə mağazalarını ziyarət edin, onun üçün nə almaq istəyə biləcəyinizi düşünün. Bir -birinizə nə cür körpə gözlədiyinizi və bu barədə xəyallarınızı söyləyin. -Hamiləlik dövründə gələcək ananın özünü tənha və köməksiz hiss etməməsi üçün uzun müddətli ayrılıqlara yol verməyin. Həyat yoldaşının ayrılması lazım olduğu hallarda belə gələcək ananın dəstək ala biləcəyi qohumlarının yanında qalması vacibdir. -Hamiləlik dövründə gələcək ananı çox narahat edən fikir: 'yaxşı ana olmaq' Buna görə də gələcək anaya real emosional dəstək verə bilmək vacibdir. Ananın öz qabiliyyətləri həyat yoldaşı tərəfindən bəyənilib,qiymətləndirilirsə,; ananın özünə qarşı inamı daha da artır. -hamilə qadının əvvəlki gücündə və hərəkətliliyində olmayacağından, gələcək atanın ondan gözləntilərinə daha real yanaşmalı və buna uyğun olaraq dözümsüz və kobud davranmamalıdır. (ev işləri, ünsiyyət və s.) -Hamilə qadının bədən quruluşu dəyişdikcə dəyişdikcə özünə inam da azalacaq,ona görə də, həyat yoldaşı tərəfindən cazibədar görünməməsi narahatlığını yaşaya bilər. Bu səbəbdən həyat yoldaşı gələcək anaya təsəlli verməli, cazibədar bir qadın kimi hiss etməsinə kömək etməlidir. -Həyat yoldaşı ilə birlikdə həkim müayinələrinə getmək, körpənin inkişafınınvə birlikdə izlənilməsi tətbiq edilməlidir. -Hamiləlikdə çətinlik çəkdiyiniz zaman, ortağınıza bu dövrün sonsuza qədər davam etməyəcəyini xatırladın və söyləyin ki,bu sadəcə bir neçə aydır. -Gələcək ananın körpə üçün planlaşdırmasında (uşaq bağçası kimi) həyat yoldaşı da iştirak etməlidir.