Hamiləlik dövründə atanın dəstəyi

Atalar hamiləlik prosesində tamaşaçı yox, iştirakçı olmalıdır. Uşaq gözləyən analar həyəcanlarını və hisslərini ata ilə bölüşməli, gələcək atanın da bu prosesin bir parçası olduğunu ona hiss etdirməlidirlər. Hamiləlik yoxlamaları zamanı atanın həyat yoldaşının yanında olması, körpənin inkişafını izləməsi, həyat yoldaşına psixoloji dəstək göstərməsi kimi faktorlar atalıq rolunda çox əhəmiyyətli addımlardır.

Hamiləliyin rahat və asan keçməsi üçün ananın ən böyük dəstəkçisi əridir. Hamiləlik dövründə ərinin dəstəyi ananın özünü həm mənəvi, həm də fiziki cəhətdən daha yaxşı və xoşbəxt hiss etməsinə səbəb olur. Hamiləlik irəlilədikcə ana əvvəlki gücünü və hərəkətliliyini itirir. Ataların hamiləlik dövründə xüsusilə evdə uşağa baxması və ev işləri kimi məsələlərdə məsuliyyətləri ola bilər.

Gələcək ana işləyirsə, hamiləlik dövründə daha çox həyat yoldaşının dəstəyinə ehtiyacı yaranır. Hamiləlik dövründə gələcək ata gələcək ananın evdə və çöl həyatında stressini azaldacaq şəkildə hərəkət etməlidir. Həyat yoldaşının dözümlü davranışını görə bilməyən analar üçün hamiləlik çox çətin ola bilər.

Ataların doğuş prosesində iştirakının ən əhəmiyyətli səbəbi övladlarının ilk nəfəsinə ana ilə birlikdə şahid olmalarıdır. Ana ilə körpənin dəri təmasından sonra körpəni atanın sinəsinə qoyarlarsa ata artıq namizəd olmaqdan çıxır və ata kimi ilk addımını atır.

 

Rövşən Nəcəfov

Psixoloq