Hamiləliyimin müddəti nə qədərdir?

Hamiləlik müddətini hesablamağın iki qaydası var:

1.Son adət tarixinin ilk gününə görə hamiləlik müddətinin hesablanması.

Hamiləliklərin əksəriyyəti 40 həftə və ya 9 ay 10 gün davam edir. Doğumun nə vaxt olacağını bilmək üçün son adət tarixindən 40 həftə və ya 280 gün saymaq lazımdır. Bu üsulu daha da sadələşdirmək üçün son adət tarixindən 3 ay geriyə sayıb, üzərinə 7 rəqəmini gəlmək düzgün olar. Məsələn: son adət tarixi - 11 sentyabr. Doğuşun təxmini vaxtı - iyunun 18-i. Daha bir düstur mümkündür: doğumun təxmini vaxtı=(son adət tarixinin ilk günü+40 həftə)-3 gün.

2.Ultrasəs müayinəyə əsasən doğum vaxtının hesablanması.

Hamiləliyin erkən vaxtlarında yəni 6-8 həftəlik müddətdə USM-də ola bilərsiniz. USM-də embrion və ya fetusun ölçülərinə əsasən hamiləlik həftəsi hesablanır.

Ümumiyyətlə hamiləlik həftəsinin düzgün hesablanması requlyar tsikl görən qadınlarda mümkündür.

 

 

Həsənli Nərmin

Mama-ginekoloq