Təhlükəsizlik təhlükənin olmaması dey...
Uşağınıza effektiv mübarizə bacarıqlarını öyrətdiyiniz zaman, ətrafında insanlar olmasa belə, emosiyaları ilə düzgün davranmalarına kömək etmiş olacaqsınız. Təbii ki, mübarizə bacarıqlarını öyrətmək üçün ilk növbədə bu bacarıqlara yiyələnmək lazımdır. Uşağınıza belə duyğular baş qaldırdıqda insanın ağlına ilk növbədə daha çox neqativ fikirlərin gəldiyini, ancaq duyğuların öhdəsindən daha sağlam şəkildə gələ bilmək üçün mənfi fikirləri daha müsbət və real düşüncələrlə əvəz etmək lazım olduğunu öyrədə bilərsiniz. Məsələn, uşağınız narahat olduqda, aşağıdakı cümlələri özü-özünə təkrar edə bilər:
- “Mən buna nail ola bilərəm.”;
- “Mən bacarıram.”;
- "Narahatlığımla necə davranacağımı bilirəm.";
- "Hər kəs səhv edə bilər.";
- "Lazım olduqda etibar etdiyim insanlardan kömək istəyə bilərəm.".
Uşağınız çox qəzəbləndikdə, 10-a qədər saymağı və nəfəs məşqləri etməyi ona öyrədə bilərsiniz. Mübarizə bacarıqlarından hansının uşağınız üçün təsirli olduğunu anlamaq üçün vaxt lazımdır. Bunun üçün uşağınızı maraqlı bir tədqiqatçı kimi diqqətlə müşahidə etməlisiniz. Siz özünüz də nümunə olaraq ona bu bacarıqlardan səmərəli istifadə etdiyinizi göstərməlisiniz. Böyüklər öz duyğuları ilə məşğul olduğu kimi, uşaqlar da onlar kimi davranacaqlar, çünki onlar bizim mübarizə strategiyalarımızı müşahidə edirlər.
Rövşən Nəcəfov
Psixoloq
Fikriniz
0
0