Astma

Astma tənəffüs çətinliyinə səbəb olan xroniki (uzunmüddətli) bir xəstəlikdir. Tənəffüs yollarının iltihabı və şişməsi nəticəsindəağciyərlərdə kiçik tənəffüs yolları müvəqqəti olaraq daralır. Astmayüngül və ya ağır ola bilər. Simptomlar dəqiqələrdən saatlara vəhətta günlərə qədər davam edə bilər.

Uşaqlarda astmanın əlamətləri hansılardır?

Nəfəs almaqda çətinlik çəkirsə, öskürürsə və ya nəfəs alarkənxırıltılı səs çıxarırsa, uşağınız astma ola bilər.

Uşaqlarda astma simptomlarına aşağıdakılar daxildir:

• Öskürək (xüsusilə gecə)

• Xırıltılı nəfəs alma 

• Nəfəs darlığı

• Sinədə sıxılma - uşağınızın nəfəs almasının "çətin" hissolunduğu anlar

• Letarji (aşağı enerji səviyyəsi və ya ümumiyyətlə enerji olmaması)

• Fiziki fəaliyyətə marağın azalması

Astmaya nə səbəb olur?

Çox vaxt astmanın səbəbi bilinmir. Amma ailədə astmakeçmişi və ya uşağınızda ekzema, allergiya kimi astma ilə əlaqəlidigər tibbi əlamətlər varsa, astma olma riski qaçılmazdır.

Astma bir çox şeyə səbəb ola bilər. Kəskin atakların ən böyüksəbəblərindən biri də, soyuqdəymə kimi viral infeksiyadır. Astmahəmçinin toz, polen, heyvan tükləri və ya siqaret tüstüsü kimi havada ümumi bir maddəyə qarşı allergik reaksiya ilə də baş verəbilər.

Astma üçün digər qıcıqlandırıcılar bunlardır:

• idman

• soyuq hava

• müəyyən dərmanlar

• hava mühitində dəyişikliklər

Astma diaqnozu necə qoyulur?

Uşaqlarda astma diaqnozu uşağınızın tibbi tarixi və fiziki müayinə əsasında qoyulur. Eyni zamanda spirometriyadan istifadəedərək digər yaş qrupu uşaqlar üçün də astma diaqnozu qoyulabilər. Spirometriya ağciyər funksiyasını ölçən bir test növüdür. Ağciyərlərlə nəfəs alınan və çıxarılan havanın miqdarını ölçür.

Astma necə müalicə olunur?

Astması olan uşaqlara fərdi yanaşmaq lazımdır və həkimtərəfindən uşağa özəl müalicə planı hazırlanmaldır. Müalicəplanına, dərmanlar və onların necə qəbul edilməli olduğu vəsimptomların nəzarətdə saxlanılmasını izah edən təlimatlardaxildir. Uşaqlarda astma üçün təyin edilən iki əsas dərman növü"Yüngülləşdiricilər" və "Proflaktik pereparatlar"dır. 

Rahatlaşdırıcılar tənəffüs yollarını açaraq və nəfəs almağı asanlaşdıraraq astmanın simptomlarını aradan qaldırmağa köməkedir. Ən çox istifadə edilən rahatlaşdırıcı salbutamoldur. Profilaktiklər isə, astma tutmalarının qarşısını almağa kömək edir. Astması olan bütün uşaqların bu dərmanlara ehtiyacı olmaya bilər. Uşağınızın tutmaları ağır və ya tez-tez baş verərsə, profilaktikdərmanlar tələb oluna bilər. Bu dərmanlar hər gün, hətta uşağınız özünü yaxşı hiss edərkən belə qəbul edilməlidir. Bəzi preparatlarinhalyator vasitəsilə qəbul edilir, digərləri isə oral yolla qəbul edilir.

Qoruyucu vasitələrdən səmərəli istifadə etməyi öyrənməkuşağınızın astma xəstəliyini idarə etməsinə kömək edə bilər. Astmasimptomlarının qarşısını yalnız profilaktik vasitələrlə almaqmümkün olmadıqda, nəzarətedici dərmanlar əlavə edilə bilər.Bunlara misal olaraq salmeterol və formoterol daxildir. Nəzarətedici dərmanlar və profilaktikalar çox vaxt bir inhalyatordabirləşdirilir. Astma tutması zamanı həkim, prednisolon adlanan oral kortikosteroid dərmanı da təyin edə bilər. Bu dərman, tənəffüsyollarındakı şişkinliyi və iltihabı azaltmağa kömək edir. Evinizdəuşağınızın astmasını nəyin qıcıqlandıra biləcəyini anlamaq da vacibdir ki, bu qıcıqları azaltmaq və ya aradan qaldırmaq mümkün olsun.

Kəskin astma ataklarının idarə edilməsi:

Əgər uşağınızda astma varsa, simptomları adətən yüngül olsa belə, təcili tədbirlər planına ehtiyacınız var.

Əgər uşağınızda ağır astma tutması olarsa:

• Sakit olun və uşağınızı oturdun.

• Uşağınıza rahatladıcı inhalyatorun 4 ayrı dozasını(pufunu/püskürük) verin.

• 4 dəqiqə gözləyin. Əgər yaxşılaşma olmazsa, yuxarıdakı 2-ci addımı təkrarlayın.

Astma xəstəliyinin qarşısını almaq olarmı?

Astma ataklarının qarşısını bəzən müəyyənqıcıqlandırıcılardan qaçınmaqla almaq olar. Təəssüf ki, bəziamillərin, məsələn, virus infeksiyalarının və polenin təsirininqarşısını almaq daha çətindir.

Astma xəstəsi olan uşağım idmanla məşğul olmalıdırmı?

 

Bəli. Uşaqlarda astmanın olması idmandan qaçmaq üçün səbəbdeyil. Astma xəstəsi olan uşaqların fit və sağlam qalmaları üçün idmana davam etmələri vacibdir.

 

Ərşad Novruzzadə

Fizioterapevt