Məktəbəqədər yaş dövrü uşaqlarda yadd...
Məktəbəqədər yaş dövrü uşaqlarda yaddaş və diqqət kimi idrak funksiyalarının təməlinin qoyulduğu ən önəmli mərhələdir. Bu mərhələdə verilən düzgün təlim və stimullaşdırıcı mühit, uşağın gələcək akademik uğurlarında böyük rol oynayır. Uşaqlarda yaddaş və diqqəti inkişaf etdirmək üçün ilk növbədə maraqlı və oyuna əsaslanan metodlardan istifadə olunmalıdır. Hekayə və nağıl oxumaq uşaqların həm dinləmə, həm də yadda saxlama bacarığını gücləndirir. Qısa müddətli yaddaşı inkişaf etdirmək üçün kart oyunları, tapmaca və ardıcıllıq tapşırıqları tövsiyə olunur. Uşaqla “nə baş verdi?” və “dünən nə etdik?” kimi suallar üzərindən gündəlik söhbətlər yaddaşın aktiv işləməsini dəstəkləyir. Şəkil və obyektlərin qısa müddətlik göstərilməsi və sonra adlarının soruşulması vizual yaddaşı gücləndirir. Rəngarəng və cəlbedici materiallar uşağın diqqətini cəmləməyə kömək edir. Ətraf mühitin sakit və diqqət yayındırıcı amillərdən uzaq olması da mühüm faktordur.
Qısa müddətli fəaliyyətlərdən istifadə etməklə uşaqların diqqət intervalları tədricən artırıla bilər.
“Musiqini dinlə və təkrar et” kimi oyunlar eşitmə yaddaşını inkişaf etdirir.
Yaddaş və diqqət tapşırıqları gündəlik fəaliyyətlərə təbii şəkildə inteqrasiya edilməlidir.
Əlavə olaraq, hərəkətli oyunlarla diqqətin yönəldilməsi və dəyişdirilməsi bacarığı güclənir. “Kim nə geyinmişdir?” və ya “Kim harada idi?” tipli sosial yaddaş tapşırıqları faydalıdır. Valideyn və müəllimlərin uşağın maraqlarına uyğun mövzular seçməsi motivasiyanı artırır. Səbrli və təkrarlanan yanaşmalarla yaddaş və diqqət tədricən formalaşır. Yaddaş oyuncaqları, yadda qalacaq qısa şeirlər və ritmik təlimlər yaxşı nəticə verir. Uşağın günün eyni saatında müəyyən fəaliyyətləri etməsi də onun zehni oriyentasiyasına müsbət təsir göstərir. Sadə ardıcıllıq tapşırıqları (məsələn, “əvvəl əllərimizi yuyuruq, sonra yemək yeyirik”) gündəlik yaddaşı gücləndirir. Təkrar və rutin əsaslı fəaliyyətlər uşağın zehni stabilliyini təmin edir. Ekran vaxtı məhdudlaşdırılmalı, əvəzinə aktiv oyun və ünsiyyətə daha çox yer ayrılmalıdır. Sakitləşdirici və diqqət yönləndirici musiqilər konsentrasiyanı artırmağa kömək edir. Rəsm çəkmə və boyama uşağın həm diqqətini, həm də vizual yaddaşını inkişaf etdirir. Uşağın etdiyi hər bir uğurlu diqqət və yaddaş fəaliyyəti pozitiv şəkildə gücləndirilməlidir. Daha çox hərəkət tələb edən oyunlar və motor bacarıqları da idrakı dəstəkləyir. Uşağın yaşına uyğun olaraq çətinləşdirilən tapşırıqlar inkişaf tempini artırır. Ətraf mühitdəki gündəlik dəyişikliklər uşağın müşahidə və diqqət bacarıqlarını aktivləşdirir. Uşaqlarla birlikdə şəkil albomlarına baxmaq və hadisələri xatırlatmaq yaddaşı təkrar işə salır. Uşağın oyun zamanı diqqətini dağıdan amillər (tv, telefon səsi və s.) minimuma endirilməlidir. Ən önəmlisi isə, uşağın inkişafı ilə bağlı hər bir fəaliyyət sevgi və anlayışla müşayiət olunmalıdır.
Həmidova Xalidə
Pedaqogika üzrə fəlsəfə doktoru
Fikriniz
0
0