Erkən yaş (0-3 yaş)

0-3 yaş erkən yaş dövr adlanır. Bu dövrdə valideyn övladının sağlam böyüməsini təmin etməli, inkişafını dəstəkləməlidir. Bu istiqamətdə daha çox məlumat əldə etmək və övladınızın inkişafında müsbət addımlar atmaq üçün “Erkən yaş” bölməmizi izləyin.

Sağlamlıq

Qidalanma

İnkişafın stimullaşdırılması

Psixologiya və Qayğı

Təhlükəsizlik

Oyun və fəaliyyətlər

Məqalələr

Oyunun uşaq inkişafında rolu

Oyunun uşaq inkişafında rolu

Oyun  körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq  oynayarkən  baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O,  rənglərdən, ritmlərdən, musiqidən həzz  alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin  inkişafını sürətləndirir.

Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu  boş vaxt  itkisi  kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf  aləmi başa düşməyə imkan verir.

Beləliklə, əsasən  stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.

Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?

Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.

Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir. 

İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir. 

Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və  bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır. 

2 yaşdan yuxarı uşaqlar üçün oyunlar

Şirniyyatları gizlədirik. Əsas oyunçudan başqa hamı otağı tərk edir. Əsas oyunçu şirniyyatları gizlədir, sonra başqalarına səslənir. Ən çox şirniyyat tapan qalibdir.

Qayıqlar düzəldirik. Qoz qabığından qayıqlar düzəldirik: içərisində bir az plastilin, diş çubuğu yapışdırırıq, kağızdan üçbucaq yelkənlər yapışdırırıq. Qayıqların hövzədə və ya hamam vannasında üzməsi üçün  suya buraxırıq. Fərqli istiqamətlərdə onları üfürürük.

Ana və uşaq (ata və uşaq). Rolun dəyişdirilməsi: böyüklər uşaq oyunları oynayır və əksinə.

Domino lenti. Dominoları bir -birinin ardınca qısa bir kənara qoyaraq uzun bir lent halına gətiririk. Lent tam hazır olduqda, ilk daşı itələyirik və bütün daşlar bir -birinin ardınca yıxılır.

Fotolara baxırıq. Köhnə albomları çıxarırıq. Fotoşəkillər üçün hekayələr uydururuq və danışırıq.

Qalanı dağıdırıq. Qutulardan və ya kublardan bir güllə tikirik. Bir qədər uzaqdan onu stolüstü tenis topu ilə yıxmağa çalışırıq.

Keqli. Xalçaya kublar və ya keqlilər qoyuruq, onları tennis topu ilə yıxırıq.

Ev tikirik. Masanı böyük bir süfrə və ya yataq örtüyü ilə örtürük. Masanın altına girirk. Əsas olan qaydalar qoyuruq , onları unutmamalıyıq.

Müasir yarışçılar. Hər kəs ayağına böyük olan ayaqqabı geyinir və mənzil boyunca yarış keçirir.

Kubları çeşidləyin (qutu / şüşə qapaqları). Bütün kubları rəng və formaya görə sıralayırıq.

Şəkillər axtarırıq. Oyunda iştirak edən valideyn, şəkilli kitabda bir şəkil axtarır. Onun xüsusiyyətlərindən birini adlandırır. Digərləri təxmin etməlidirlər.

Küpəgirən qarı oyunu. İpdən bir dairə qoyuruq. Bura oyunçulardan birinin – küpəgirən qarının  evidir və orada öz ovunu gözləyir. Digərləri küpəgirən qarının  evinin ətrafında gəzişirlər. Küpəgirən qarı  çıxanda hamı tez qaçır.

Adlar veririk. Hər barmaq üçün gülməli bir ad hazırlayırıq. Haqqında qısa hekayələr danışırıq.

3 yaşdan yyuxarı uşaqlar üçün oyunlar

Omlet. Sarı rəngli kağızdan boşqab ölçülü bir dairə kəsin, yarısını qatlayın. Bu bir omletdir. Onu üzərini müxtəlif xırda əşyalarla doldururuq (məsələn, köhnə fotoşəkillər, gözlənilməz şəkillər, ətirli çiçək ləçəkləri, kişmiş və ya şans üçün sikkələr).

Quşlar yüksəklərə uçur. Oyunçular barmaqlarını masanın kənarında vururlar. Hər biri öz növbəsi çatanda bir heyvana adı çəkir. Həmin heyvan uçursa, hamı əllərini yuxarı qaldırır, uçmursa, nağara etməyə davam edir. Kimsə səhv edirsə, oyundan çıxır.

Parça üzərində çəkirik. Parçanı tekstil boyaları ilə boyayırıq, məsələn köynəy və ya parka üzərində.

Gözbağlama. Gözlərimiz bağlı halda heç bir şeyə toxunmadan bir otaqdan digərinə keçməyə çalışırıq.

Gülmək qadağandır. Dostumuza hər cür cəfəngiyat söyləyərək onu güldürməyə çalışırıq. Onun işi ciddi qalmaqdır. Kim daha uzun müddət gülməyəcək?