Erkən uşaqlıq dövründə dil və ünsiyyət bacarıqlarının formalaşması

Erkən uşaqlıq dövrü dil və ünsiyyət bacarıqlarının inkişafı üçün təməl bir mərhələdir. Bu dövrdə uşaqların ətraf aləmə uyğunlaşmaları və sosial mühitlə əlaqə qurma qabiliyyətləri çox vacibdir. Dilin inkişafı yalnız sözcükləri öyrənmə deyil, həm də sosial əlaqələr, emosiyalar və düşüncə tərzinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu məqalədə dilin inkişafı, erkən uşaqlıq dövründə ünsiyyət bacarıqları və bu bacarıqların uşağın psixoloji inkişafına təsiri müzakirə olunacaq.

Dil inkişafının təbiəti

  Dil inkişafı çox mərhələli bir prosesdir və uşaqların çevrələri ilə qarşılıqlı əlaqələrindən asılıdır. Uşaqların dil bacarıqları onların ətraf mühitlə əlaqəsi, valideynlərin və baxıcıların onlarla necə ünsiyyət qurmasından təsirlənir. Dilin inkişafı aşağıdakımərhələlərdən keçir:

1.​0-6 ay: Bu dövrdə uşaqların ilk emosional ifadələri və səsləri yaranır. Onlar ağlamaq, gülmək, gurultu səsləri kimi qeyri-verbaldır. Eyni zamanda, səs tonu və intonasiya uşaqların ünsiyyət qurma qabiliyyətini inkişaf etdirir.

2.​6-12 ay: Uşaqlar “ba-ba”, “da-da” kimi ilk səsləri və simvolları istehsal etməyə başlayırlar. Bu mərhələdə uşaqlar, xüsusilə, “dil imitasiya” etməyə və başqalarının səslərini təkrarlamağa başlayırlar.

3.​12-18 ay: Uşaqlar ilk sözlərini deməyə başlayırlar, lakin daha çox söz birləşmələrini və sintaktik strukturları anlamağa meyllidirlər. Bu dövrün sonunda uşaqlar “xahiş etmək”, “göstərmək” kimi əməllərlə sözləri istifadə etməyə başlayır.

4.​18-24 ay: İki sözlü ifadələr, sintaktik strukturların təşkili başlayır. Uşaqlar öz ehtiyaclarını və istəklərini ifadə etməyə başlayırlar.

5.​2-6 yaş: Uşaqlar cümlə quruluşlarını daha da inkişaf etdirir və daha mürəkkəb dil strukturlarına keçirlər. Bu dövr həmçinin sosial ünsiyyətin daha da inkişaf etdiyi və uşaqların başqalarının ehtiyaclarını anlamağa başladığı bir dövrdür.

Ünsiyyət bacarıqlarının inkişafı

Erkən yaşlardan etibarən uşaqlar, dili yalnız bir vasitə olaraq istifadə etmirlər; həm də sosial əlaqələri qurmaq, emosional vəziyyətləri ifadə etmək və ətraf dünyanı anlamaq üçün istifadə edirlər. Uşaqlar, ailələri və baxıcıları ilə etdikləri qarşılıqlı əlaqələrdən əhəmiyyətli ölçüdə təsirlənirlər. Bu mərhələdə uşaqların ünsiyyət bacarıqlarını aşağıdakı cəhətlər təşkil edir:

​1.​Bədən dili və qeyri-verbal ünsiyyət: uşaqların danışmaq bacarığı inkişaf etmədən əvvəl bədən dili, üz ifadələri və jestlər əsas ünsiyyət vasitəsidir.

​2.​Sosial ünsiyyət: uşaqlar bir-biriləri ilə münasibət qurduqca, onların ünsiyyət bacarıqları inkişaf edir. Sosial bacarıqların inkişafı, həmçinin başqalarına qarşı empatiyagöstərmək onlarla münasibətlərdə nəzərə çarpan dərəcədə əhəmiyyətlidir.

​3.​Məqsədyönlü ünsiyyət: uşaqlar danışaraq məqsədli şəkildə bir şey istədikdə və ya qarşısındakına müəyyən məlumat vermək istədikdə ünsiyyət bacarıqları daha da mürəkkəbləşir.

Dil və ünsiyyət bacarıqlarının psixoloji inkişafa təsiri

Dil və ünsiyyət bacarıqlarının inkişafı uşağın sosial və emosional bacarıqlarının təməlidir. İlk illərdə inkişaf edən bu bacarıqlar uşaqların özünü ifadə etmələrinə, öz düşüncələrini aydın şəkildə izah etmələrinə və başqalarına empatiya göstərmələrinə imkan tanıyır. Dilin inkişafı, həmçinin uşaqda koqnitiv inkişafın sürətləndiyi bir dövrdə baş verir və uşağın düşünmə, yaddaş və problemləri həll etmə qabiliyyətlərini də artırır.

Dil və ünsiyyət bacarıqları uşağın erkən yaşlarından etibarən formalaşmağa başlayır və onun gələcəkdəki sosial və emosional inkişafı üçün çox vacibdir. Bu dövrdə uşaqların müxtəlif sosial və emosional vəziyyətləri anlamaq, onları ifadə etmək və başqaları ilə əlaqə qurmaq bacarıqları inkişaf edir. Bu inkişafın təməli, valideynlərin və baxıcıların uşaqlarına verdikləri dəstək və qarşılıqlı əlaqə ilə qoyulur.

 

Zülfiyyə Abbasova

Psixoloq, psixoterapevt, ailə danışmanı