Meningit, beyin qişalarının ilti...
Meningit, beyin qişalarının iltihabı ilə xarakterizə olunan, ciddi və ölümcül bir infeksiyadır. Meningit bakteriya, virus və ya göbələk kimi müxtəlif patogenlər tərəfindən törədilə bilər, lakin bakterial meningit ən ciddi formadır. Ən çox səbəb olan bakteriya Neisseria meningitidir. Bu xəstəlik xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün böyük bir təhlükə yaradır. Meninqokok infeksiyaları sonrasında 10-14% ölüm, 11-19% hallarda isə ciddi qüsurlarla sağalma qeyd olunur. Meningokoklar hava-damcı yolu iləvə sekresiyaların birbaşa təması ilə yoluxur. Xoşbəxtlikdən,meninqokoklara qarşı təsirli bir mühafizə üsulu olaraq peyvəndlər mövcuddur.
Meningit peyvəndlərinin növləri.
Meningit peyvəndləri adətən xəstəliyə səbəb olan spesifik bakteriyalara qarşı hazırlanmışdır. Ən yayılmış meningit peyvəndləri bunlardır:
1. MenACWY Peyvəndi: Meningokok bakteriyasının A, C, W və Y seroqrup növlərinə qarşı mühafizə təmin edir.
Bu grupda dünyada sıx istifadə olunan peyvəndlər:
a) Menveo: doz sayı: 2-3 doza (yaşa bağlı olaraq), yaş qrupu: 2 aydan başlayaraq. 2-23 aylıq körpələr: ilk doz: 2 aylıqdan sonra, növbəti dozalar: 8 həftə aralıqla. 2 yaş və daha böyük: bir doz kifayətdir, lakin yüksək risk qrupunda olanlar üçün əlavə dozalar lazım ola bilər.
b) Nimenrix: doz sayı: 1-2 doza, yaş qrupu: 6 həftəlikdən başlayaraq. 6 həftə - 12 aylıq körpələr: ilk doz: 6 həftəlikdən sonra, gücləndirici doz: 12 aylıqda. 12 aylıq və daha böyük: bir doz kifayətdir.
c) Menactra: doz sayı: 1-2 doza, yaş qrupu: 9 aylıq və daha böyük. 9-23 aylıq uşaqlar: ilk doz: 9 aylıqda, gücləndirici doz: 3 ay aralıqla vurulur. 2 yaş və daha böyük: bir doz kifayətdir.
2. MenB Peyvəndi: Meningokok bakteriyasının B seroqrupuna qarşı hazırlanmışdır.
a) Bexsero: yaş qrupu: 2 aylıq və daha böyük. doz sayı: 2-5 aylıq körpələr: 3 əsas doza (+1 gücləndirici doz 12 aylıqdan sonra), 6-11 aylıq körpələr: 2 əsas doza (+1 gücləndirici doz 12 aylıqdan sonra), 12 aylıq və daha böyük: 2 əsas doza kifayətdir.
Meningokok infeksiyasına qarşı peyvəndlər bəzi ölkələrdə müəyyən qruplar üçün məcburi və ya şiddətlə tövsiyə olunur. Bu ölkələrdən bəziləri:
• Səudiyyə Ərəbistan: Həcc və ya Ümrə ziyarətinə gedən bütün zəvvarlar üçün meningokok peyvəndi məcburidir.
• Birləşmiş Krallıq: Universitet yataqxanalarında yaşayan yeni tələbələrə meningokok peyvəndi tövsiyə olunur.
• ABŞ, Kanada və Avstraliya: Bəzi əyalətlərdə məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün.
Azərbaycanda meningokok peyvəndi məcburi deyil, lakin risk qrupları üçün tövsiyə olunur.
Meningit vaksinləri canlı peyvəndlər deyil. Meningokokk meningitinə qarşı peyvəndlərdə istifadə olunan peyvənd növləri ümumiyyətlə inaktiv peyvəndlər və ya polisaxarid peyvəndlərdir. Menengit peyvəndi adətən əzələdaxili tətbiq olunur. Menengit peyvəndlərinin ən çox görülən yan təsirləri adətən yüngül və müvəqqəti olur.
Ağrı və Şişkinlik: İnyeksiya yerində yüngül ağrı, qızartı və ya şişkinlik.
Yorğunluq: Peyvənddən sonra bədəndə ümumi zəiflik və ya yorğunluq hissi.
Baş ağrısı: Baş ağrısı bəzi insanlarda ümumi bir yan təsirdir.
Qızdırma: Xüsusilə uşaqlarda aşağı dərəcəli qızdırma baş verə bilər.
Əzələ ağrıları: Bütün bədəndə ümumi əzələ ağrıları ola bilər.
Bu yan təsirlər adətən 1-2 gün ərzində öz-özünə yox olur. Çox nadir hallarda ciddi allergik reaksiyalar (məsələn, anafilaksi) və ya digər ciddi yan təsirlər baş verə bilər. Bununla belə, bu cür reaksiyalar olduqca nadirdir və tibb işçiləri peyvəndin tətbiqindən sonra qısa müddət ərzində xəstəni müşahidə etməklə bu cür reaksiyaları erkən aşkarlaya bilərlər.
Şəbnəm Bağırlı
Pediatr
Fikriniz
0
0