Erkən uşaqlıq dövrü&...
Erkən uşaqlıq dövrü insan həyatında şəxsiyyətin təməlininqoyulduğu ən həssas mərhələdir. Bu dövrdə uşaqlarındünyagörüşü, davranış modeli və sosial münasibətləriformalaşmağa başlayır. Ona görə də bu dövrdə verilən tərbiyəvə öyrənmə mühiti uşağın gələcək həyatına birbaşa təsirgöstərir. Milli-mənəvi dəyərlərlə zənginləşdirilmiş inkişafmodeli, uşağın yalnız bilik və bacarıq baxımından deyil, mənəvivə milli kimlik baxımından da sağlam formalaşmasını nəzərdətutur. Bu model uşaqlara milli kimlik, ailə bağları, milli simvollar, adət-ənənələr və vətənpərvərlik kimi anlayışları erkənyaşlardan aşılamağa yönəlib.
Tədris prosesində xalq nağılları, dastanlar, atalar sözləri vəbayatılardan istifadə bu istiqamətdə mühüm rol oynayır. Milli qəhrəmanlar haqqında sadə hekayələr uşaqlarda vətən sevgisinioyadır. Folklor nümunələri, milli musiqi və əl işləri fəaliyyətləriuşaqlarda həm mədəni özünüdərk, həm də yaradıcılıq hissinigücləndirir. Əl işləri və sənət fəaliyyətlərində xalça naxışlarının, milli ornamentlərin tətbiqi uşaqlarda vizual yaddaşı və estetikzövqü inkişaf etdirir.
Uşaqlar oyun vasitəsilə dəyərləri daha asan mənimsəyirlər. Rol oynama oyunları vasitəsilə milli bayramların, kəndhəyatının və ya milli peşələrin simulyasiyası yaradıcı öyrənmənitəşviq edir. Bu modeldə ailə ilə əməkdaşlıq da əsas yer tutur. Valideynlərə maarifləndirici seminarlar təşkil edilməli, evdətətbiq ediləcək dəyərlər üzərində istiqamətləndirməaparılmalıdır. Təhsil proqramlarında milli-mənəvi məzmunlufənlər və tapşırıqlar artırılmalıdır. Eyni zamanda, vətənpərvərlikmövzularına sadələşdirilmiş şəkildə toxunmaq, Qarabağmövzusunu uyğun vizual materiallarla çatdırmaq tövsiyə olunur.
Milli-mənəvi dəyərlərlə zənginləşdirilmiş model inklüziv, inkişafetdirici və mənəvi yönümlü olmaqla uşağın hərtərəfliinkişafını dəstəkləyir. Bu model həmçinin emosional intellektinvə sosial bacarıqların formalaşmasına xidmət edir. İctimaiməsuliyyət, paylaşmaq, hörmət və sədaqət kimi dəyərlərintəməli məhz bu mərhələdə qoyulur. Erkən yaşda bu dəyərlərlətanış olan uşaqlar, gələcəkdə daha tolerant, vətəninə vədəyərlərinə bağlı vətəndaşlar olaraq yetişir. Tədris resurslarınınhazırlanmasında rəsm, musiqi, ədəbi mətnlər və texnolojivasitələr bir arada istifadə olunmalıdır.
Nəticə etibarilə, milli-mənəvi dəyərlərlə zənginləşdirilmişerkən uşaqlıq inkişaf modeli, yalnız uşağın təlim bacarıqlarınıdeyil, eyni zamanda onun şəxsiyyət əsaslarını da formalaşdırankompleks və vacib bir yanaşmadır. Bu model gələcək nəslinmilli ruhda və sağlam mənəvi əsaslarla yetişməsinin təminatıdır.
Xalidə Həmidova
Fikriniz
0
0