Nevroloji uşaqlarda kinezioteyplərin istifadəsi

Kinezioteyplər müxtəlif orqanlara və ya orqan sistemlərinə təsir göstərmək üçün bədənin səthi toxumalarına tətbiq olunan elastik bir lent (teyp) istifadə edən bir texnikadır. 1973-cü ildə yapon mütəxəssisi Kenzo Kase tərəfindən təklif edilmişdir. Pekindəki Olimpiya Oyunlarından başlayaraq, kinezioloji teyplər dünyada böyük marağa səbəb oldu. Başlanğıcda kinezioteyplərin ən böyük populyarlığı idman aləmində idi, lakin indi kinezioteyplər təkcə idmançılar üçün deyil, həm də gündəlik həyat üçün əsas ilk yardıma çevrildi. Çox sayda tibb işçisi öz praktikalarında kinezioteyplərdən istifadə edir. Kinezioterapiyanın istifadə olunduğu sahələrdən biri də effektivliyi və təhlükəsizliyi sayəsində xüsusilə sürətli böyümə əldə etmişdir; bu, pediatriya sahəsidir.

Pediatrik xəstələr, yaşlarına görə, hələ reabilitasiya məşqlərinin aparılması üçün şifahi təlimatları başa düşə və yerinə yetirə bilmirlər. Üstəlik, davamlı, yorucu və bəzən ağrılı bir məşqin uzunmüddətli perspektivdə onların mənafelərinə uyğun olacağını başa düşməkdə çətinlik çəkirlər.

Kinesioloji teyp (kinesis - hərəkət, teyp - lent) dəri ilə təmasda aktivləşən, akril əsasında, hipoalergik bir yapışqan təbəqə ilə örtülmüş elastik pambıq lentdir. Hesab olunur ki, lentin elastikliyi dərinin elastikliyi ilə eynidi. Teyp dəriyə yapışdırılır və əzələ, damar, sinir və birləşdirici toxumaya təsir göstərir. Lifli quruluşa görə kinezioteyp dərinin tənəffüs funksiyasına və tər və yağ vəzlərinin ifrazının sərbəst drenajına mane olmur. Kinezioteyp 3-5 gün dəridə qala bilər ki, bu da davamlı terapevtik effektlə istifadə olunmasına imkan verir.                                       Kinezioloji teypləmə vətər, fassial və periartikulyar proprioreseptorları stimullaşdıraraq, əzələ tonusuna mexaniki təsir göstərən, əsaslandırılmış və istifadəsi olduqca asan olan bir üslubdur.

İnkişafında ləngimə, mərkəzi sinir sisteminin funksiyası pozuntusu, travmatik beyin zədəsi, hərəkət pozuntusu və digər əzələ-skelet sistemi problemləri olan körpələr və uşaqlar kinezio lentindən faydalana bilərlər. Buna görə kinezioteyp USİ üçün yeni bir müalicə növünə çevrilir.

Kinezioloji teyplərin ən məşhur funksiyası ağrı və şişkinliyi tez bir zamanda aradan qaldırmaqdır, lakin kinezioloji teypin uşaqlarda əzələ və oynaq hərəkətliliyini yaxşılaşdırmaq üçün ideal hala gətirən bir çox faydası var. Kinezioteypin vurulma metodundan asılı olaraq kinezio lent zəif və ya zədələnmiş əzələləri aktivləşdirə bilər, həddindən artıq aktiv əzələləri ləngidə bilər və düzəldici biomexanik uyğunlaşmaya kömək edə bilər.

 

Serebral iflici olan uşaqlarda kinezio teyplər əzələlərin trofik funksiyasını effektiv şəkildə yaxşılaşdırır, hərəkətləri artırır, ağrı təzahürlərini azaldır, uşağın intensiv böyüməsi fonunda mənfi dinamikanın qarşısını alır, öz bədəninin sxemini qəbul etməsinə təsir göstərməyə imkan verir və buna görə də motor nəzarətinə təsir göstərir. Kinezioteypinq kompleks müalicəyə əlavədir və həm dərman müalicəsi, həm də manual və fizioterapiya, akupunktur və fiziki müalicə ilə uğurla birləşdirilə bilər.

 Üstünlükləri

  • Teyplər uşağın hərəkətini məhdudlaşdırmır;

  • Uşaqlar "rəngarəng" müalicədə iştirak etməkdən məmnundurlar;

  • Qoyulan teyplər günün 24 saatı işləyir;

  • Teypləmə iqtisadi cəhətdən əlverişli bir müalicədir;

  • Teyplər təbii pambıqdan hazırlanır, buna görə qıcıqlanma ehtimalı minimaldır;

  • Kinezioteyp digər terapiya üsulları ilə yaxşı işləyir (bobat-terapiyası, PNF-terapiyası və MBT terapiyası).

Uşaqlarda teypləmə: yaş həddi varmı?                                                                

Kinezioteyplərin 6 aydan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir. Lakin, bəzi sertifikatlı mütəxəssislər yeni doğulmuş körpələrlə belə uğurla işləyirlər. Hər halda, yeni doğulmuş uşaqların müalicəsi üçün teyplərin istifadəsinə dair qərar pediatr tərəfindən verilməlidir.

Bu, necə olunur?

Texnikanın mahiyyəti ondadır ki, kinezioteypləri dərinin müəyyən bölgələrinə xüsusi bir şəkildə yapışdırılır. Kinezioteyplər - hipoalergik akril yapışdırıcı ilə örtülmüş elastik pambıq lentlərdir. Onlar dəriyə tətbiq olunur. Bədən istiliyi yapışqanı aktivləşdirir, bu da lentlərin yerləşdiyi dəri sahələrində dartılmaya səbəb olur. Teypin dartılması insan dərisinin dartılmasına çox yaxındır, buna görə də həddindən artıq yüklənmiş əzələ kütlələrinin yükünün bir hissəsini öz üzərinə alır və işlərində onlara kömək edir.

Hansı problemləri həll edir?

Kinezioteyplər USİ, Erb-Düşen miopatiyası, ətrafların parezi, travmalar, hərəkət-dayaq aparatının xəstəlikləri və s. səbəbindən hərəkətliliyini itirmiş əzələləri tez və ağrısız bərpa etməyə imkan verir, həmçinin oynaqlarda hərəkəti asanlaşdırır. Buna görə bu reabilitasiya üsulu uşaq nevrologiyasında və reabilitasiyasında uğurla istifadə olunur.

Teypin təsiri tətbiq olunduqdan dərhal sonra başlayır və 5 gün davam edir. Pambıq nəfəs ala bilən bir material olduğundan, teyplər iki həftəyə qədər dəridə qala bilər. Eyni zamanda, uşaq hərəkətlərdə qətiliklə məhdudlaşmır və su prosedurlarını sərbəst şəkildə apara bilər.

Kinezioteypin təsirləri

  • Ağrıkəsici

  • İltihab əleyhinə

  • Limfodrenaj

  • Dinamik (əzanın və ya oynağın hərəkətini asanlaşdırır 

  • Rahatlaşdırıcı (əzələlərə təsir)

  • Ödem əleyhinə

  • Stabilləşdirmə (oynağa təsir)

Kinezioteyplər zədələnmiş ətrafların hərəkətliliyini qorumağa və hətta artırmağa imkan verir ki, bu da USİ-də hərəkət pozuntularının müalicəsində xüsusilə vacibdir.

Тейпирование для детей

                                                  

 

 

 

Nəticələr

Kinezioteyp müalicəsi aşağıdakı hallarda effektivdir:

  • Travmalar və hərəki-dayaq apparatın xəstəlikləri

  • Müxtəlif mənşəli hərəkət pozuntuları (USİ)

  • Əzələ tonusunun tənzimlənməsi

  • Zədələnmiş bölgələrdə ağrının azalması 

  • İncə və böyük motor bacarıqlarının yaxşılaşdırılması

  • Özünəxidmət bacarıqlarının inkişafı

  • Pəncə deformasiyalarında (ayaqların planovalgus deformasiyası, ayağın neyrogen ön adduksiyası, oyuq daban və s.)

  • Aşağı ətrafların deformasiyaları (X- və O-vari)

  • Dəridə çapıqlar və s.

Beləliklə, bir uşağın kompleks reabilitasiyasında kinezioteyplərin istifadəsi onun effektivliyini əhəmiyyətli dərəcədə artırır. Kinezioteyplərin qoyulması kinezioterapiya və MBT ilə birlikdə xüsusilə təsirli olur. Uşaq reabilitasiyaya bədənə yapışdırılmış lentlər ilə (qəti şəkildə fərdi sxemə görə), bağların korreksiya olunmuş vəziyyətdə gəlir. Bu, reabilitasiya nəticələrin daha sürətli olmasına gətirib çıxarır.

USİ uşaqlarda kinezioteypin əks göstərişləri

  • İndividual həssaslıq

  • Tətbiq olunan yerdə dəri zədələnmələri (yaralar, trofik xoralar və s.)

  • Sistem xəstəlikləri (onkologiya daxil olmaqla)

  • Aşağı ətrafların dərin venaların trombozu

 

USİ kinezioteypin tətbiqi

  • Teypi tətbiq etməzdən əvvəl bir az hazırlıq işi görməlisiniz:

  • Allergiyanın yaranma ehtimalını istisna etmək üçün kiçik bir lent ilə dəri reaksiyasını sınayın;

  • Dərinin zədələnib-zədələnmədiyini yoxlayın;

  • Əzələləri yumşaltmaq və bədəni hazırlamaq üçün, tətbiq olunan yerdəki toxumaları masaj edin;

  • Tətbiq olunan yerdə dərini hazırlayın.

Daha sonra həkim hansı əzələlərin və oynaqların teypə ehtiyacı olduğunu müəyyənləşdirir. Eyni anda üçdən çox sahəni gücləndirə bilməzsiniz.                                   Tətbiq edildikdən sonra uşaq da öz müalicəsində iştirak edə bilər. Məsələn, teyp Bilək əzələlərini gücləndirmək üçün vurulursa, uşaq müntəzəm olaraq bir dəzgahda xəyali bir fırça ilə rəsm kimi bir məşq edə bilər. Kinezioloji teyp və MBT birləşməsi müalicənin təsirini əhəmiyyətli dərəcədə artırır.                                              Serebral iflic üçün teyplər dəridə 3-5 gün qalır, bundan sonra dərinin 1-2 gün istirahət etməsinə icazə verilir və tətbiq yenidən təkrarlanır. Teypləri çimən zaman və ya xüsusi bir məhlul istifadə etmərklə çıxarmaq daha rahatdır.                                         Serebral iflicdə teyplərin istifadəsi, idman zədələri üçün klassik tətbiq ilə müqayisədə bəzi xüsusiyyətlərə malikdir. Yalnız tətbiq yerini dəqiqliklə təyin etmək deyil, eyni zamanda teypin dartılma dərəcəsini dəqiq hesablamaq da çox vacibdir. Yalnız USİ olan uşaqlar üçün düzgün tətbiq olunan teyplər öz təsirini göstərəcək və xəstənin yaxşılaşmasına kömək edəcəkdir.

http://kinesiotaping.com.ua/wp-content/uploads/2014/04/Photo-Oct-12-11-24-54-AM.jpeg

 

Mənbələr

  1. https://hypoxia.com.ua/metodyi-lecheniya/teypirovanie-dlya-detey/

  2. http://det-reabilit.soc.cap.ru/press-centr/2020/04/13/kineziologicheskoe-tejpirovanie-v-kompleksnoj-reab