Uşaqlarda boy uzanması

Uşaqlarda illik boy artımının normativləri:

  • 0-6 ay arası – 16 sm 

  • 6-12 ay arası – 8 sm

  • 1-2 yaş arası – 10-12 sm

  • 2-4 yaş arası – 7 sm

  • 4 yaşdan sonra – 4,5sm 

  • Yeniyetmə qızlarda – 7-8 sm

  • Yeniyetmə oğlanlarda – 8-9 sm 

Uşaq 2 yaşdan etibarən irəliləyə biləcək genetik potensiala malikdir .Uşağın genetik potensialına bağlı hədəf boy hesablamasında ana və atanın boyu önəmlidir, baba, dayı, əmi boyu yer əhəmiyyət kəsb etmir.

Ana və atanın boyuna əsasən hədəf boy təxmin edilir. 

 

HB: ana boyu + ata boyu +13   ( +, - 5)    (oğlanlarda )                                                                               

                           2

 

HB: ana boyu + ata boyu -13   ( +, - 5)    (qızlarda )

                            2

Boy qısalığı uşaqların 20%-də patoloji vəziyyətdir.

Boy qısalığı 80% normal variantdı: 1 – konstitusional boy qısalığı

                                                         2 – ailəvi boy qısalığı

Düzgün qidalanma uşaqların böyüməsi üçün ən önəmli şərtdir. Üzgüçülük, voleybol, basketbol kimi idman növləri boy artımına az da olsa təsir edir, amma möcüzə yaratmır. 

Boy uzanması üçün yuxu çox önəmlidir. Belə ki, axşam saat 22:00-02:00 arasında böyümə hormonu ən çox ifraz olunan vaxt kəsimidir. Buna görə də aktiv boy atma dönəmində uşaqların göstərilən vaxt aralığında yuxuya getməsi vacibdir .