Hamiləliyin diaqnostikası

Hamiləliyin diaqnostikası adətən amenoreyanın (aybaşının olmaması) müddətinə, uşaqlığın ölçülərinin böyüməsinə, hamiləlik testinin pozitiv (müsbət) olmasına əsasən qoyulur. Həmçinin süd vəzilərinin böyüməsi və ağrılı olması da təyin edilir. Hamiləliyi erkən müddətdə aşkar etmək daha vacibdir, çünki zərərli substansiyaların   (rentgen şüaları, dərmanların teratogen təsiri) dölə təsirinin daha tez qarşısı alınır. Hamiləliyin diaqnostikası üçün olan əlamətləri bir neçə qrupa bölmək olar:

  1. Hamiləliyin şübhəli əlamətləri

Amenoreya (aybaşının kəsilməsi). Tək amenoreyaya görə demək olmaz ki, hər hansı bir qadın hamilədir. Hamiləlikdən başqa, emosional stres, endokrin pozuntular, bəzi dərman preparatları, xronik xəstəliklər, sidik-cinsiyyət sisteminin şişləri zamanı da amenoreyaya rast gəlinir.

  1. Ürəkbulanma və qusma. 50% hamilədə 2-12 həftə arası ürəkbulanma və qusmaya rast gəlinir. Qusma adətən, səhərlər daha çox olur, emosional gərginlik zamanı artır. Ağır dərəcəli ürkbulanma, qusma çoxdöllü hamiləlikdə və beçəxorda qanda xorionik qonodotropinin (HCG) artmasına bağlı yaranır. Qida zəhərlənməsi, mədə-bağırsaq xəstəliklərində də ürəbulanma və qusma olur.

  2. Mastodiniya – süd vəzilərinin ağrılı olması süd vəzi axarlarının hamiləliklə bağlı yaranan dəyişikliklərə reaksiyasıdır. Menstrual tsikldan öncə də süd vəzilərinin ağrılı olması olur, tək hamiləliyə bağlı simptom deyil. 

  3. Süd vəzilərindən ağ mayenin gəlməsi hamiləliyin 16 həftəsindən sonra olur. Həmçinin prolaktin yüksəkliyində də görülə bilir.

  4. Dölün hərəkətinin hiss olunması. İlk hamiləlikdə 18-20, təkrar hamiləlikdə 14-16 həftədə hiss olunur. Dölün hərəkəti yanlışlıqla bağırsağın peristaltikası –  hərəkətilə səhv salına bilər.

  5. Tezləşmiş diurez (sidik ifrazı), nikturiya (gecə sidiyə getmə) sidik kisəsinə böyümüş uşaqlıq tərəfindən olunan gərginliyin, mexaniki təzyiqin nəticəsində baş verir.