Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş modelləri (I hissə)

Sosial işçinin nəzəriyyəyə müraciət etməsi məsələnin bir tərəfidir. Onun digər tərəfi onunla əlaqədardır ki, müasir şəraitdə sosiologiya bir elm sahəsi kimi, sosial iş sahəsinə meylli olmaqla qalmayıb, həm də onunla sıx əlaqələr yaratmalıdır. Sosiologiyanın yalnız nəzəri elm sahəsi olaraq qalması, yaxud onun cəmiyyətin inkişafı və dəyişdirilməsi məsələləri ilə məşğul olması problemi, mübahisə obyekti olmaqla uzun müddət gündəmdə qalmışdır və sonda o, praktikanın xeyrinə həll edilmişdir. Beləliklə, həm cəmiyyətdə, həm də elmi dairələrdə, sosiologiyanın yalnız nəzəri, abstrakt deyil, həm də praktiki, tətbiqi yönümlü bir elm sahəsi olması fikri birdəfəlik kök saldı. Elə məhz bu səbəbdən də, ölkəmizdə yenicə təşəkkül tapmağa başlayan sosial iş sahəsini sosiologiya ilə sıx əlaqədə nəzərdən keçirmək zərurəti yaranır. Lakin,. sosial iş sahəsinə elmi nəzəri tədqiqat sahəsindən uzaq bir fəaliyyət növü kimi baxılacarı faktını və stereotipini də bu gün istisna etmək çox çətindir. Elə məhz bu səbəbdən də, əsasən, sosial işin nəzəriyyəsinin qərb təcrübəsindən geniş danışmaq lazım gəlir. Sosial işin nəzəriyyəsi çox səviyyəlidir və onun əsaslarını sosial işin tələbatlarından asılı olaraq, müəyyən zaman kontekstinə uyğun olaraq formalaşdırılmış sosioloji və sosial-psixoloji konsepsiyalar əsasında yaradılmış kliyent və sosial işçi münasibətləri modeli təşkil edir.

Əhalinin köməyə ehtiyac duyan müxtəlif sosial qruplarına köməyin göstərilməsi, sosial siyasətin gerçəkləşdirilməsi və sosial iş orqanlarının fəaliyyətlərinin optimallaşdırılması məqsədi ilə, struktur-sosial işin nəzəri metodoloji nüfuzu da artmağa başladı.

Xüsusi sosial fəaliyyət növü və ictimai hadisə kimi, sosial işin nəzəri əsas larını bir neçə konseptual model təşkil edir. Bu modellər, təkcə müxtəlif nəzəri məktəblərin nümayəndələri olan, böyük alim və tədqiqatçıların müasir cəmiy yətdə sosial müdafiə problemlərini necə təhlil etmələri və davamlı elmi axtarışları ilə qalmayıb, həmçinin sosial işin özünün forma məzmunundakı dəyişiklikləri, onun təkamülünü özlərində inikas etdirirlər. Baxmayaraq ki, ayrı-ayrı nəzəri modeliorin seçilib ayrılması şərti məna kəsb edir, bununla belə, aşağıdakı modellərin mövcudluğu haqqında tam əminliklə danışmaq olar:

1. psixodinamik

2. biheviorist

3. koqnitiv

4. sistemli ekoloji

Qərb təcrübəsinin əsaslarını təşkil edən bu modellərin zahiri bənzərliyinə baxmayaraq, müştəri ilə münasibətlərin qurulmasında onların hər birinin öz

səciyyəvi xüsusiyyətləri vardır. Sosial işdə tətbiq edilən ilk nəzəri modellər

klassik psixoanaliz (20-ci illərin sonu 30-cu illərin əvvəli), ideyalarına istinad

edirdi. Freydizm ideologiyasına uyğun olaraq, bu modellər sosial işçinin fəal

müalicəvi rolunu, kliyentin isa passiv davranışını vurğulayırdılar. Bu üsul

sosial iş praktikasının gələcək inkişafında da bu və ya digər səviyyədə öz

inikasını tapmışdır. Direktiv və nəzarət olunan kliyent və sosial işçi

münasibətlərindən, açıq anlamlı kliyent və sosial işçi münasibətlərinə keçid

uzun bir zaman almalı oldu. Sosial işçi yönümündən psixoanalizin məlum

məhdudiyyətləri (qeyri uğurluluğun vurğulanması, mövcud sosial vəziyyət

tədric olunmaqla keçmişə aludəçilik və s.), sonda ona gətirib çıxardı ki, sosial iş nəzəriyyəsində sırf psixoloji üsulun çərçivəsini aşan və digər sosial faktorları da nəzərə alan, başqa konsepsiyalar da meydana çıxmağa başladı.

Belə modellərdən biri kimi psixososial yaxud psixodinamik model çıxış edir. Psixososial yaxud psixodinamik model insanın psixi həyatı ilə, onun həyat fəaliyyətinə təsir göstərən xarici münasibətlər arasındakı tarazlığın təmin edilməsi ilə əlaqədar olan bir nəzəri modeldir. Onlar arasında ən geniş yayılmışı və F.Xollis vo M.Vuds tərəfindən işlənib hazırlanmışı «situasiya işi» yaxud «situasiyada şəxsiyyət» konsepsiyasıdır. Bu konsepsiyanın mərkəzində, bir tərəfdən insanlarla, digər tərəfdən isə, ətraf mühit ilə əlaqəli olan şəxsiyyət durur. Klassik psixoanalizdən fərqli olaraq, cari konsepsiya, öz diqqətini insanın keçmişində deyil, bu günündə cəmləşdirir və şəxsiyyətin real sosial situasiyanı necə qəbul etməsini təhlil edir. Sosial işçinin fəaliyyətinin psixodinamik modeli bir sıra vacib postulatlara əsaslanır və bunlara aşağıdakılar aiddir:

  • kliyent ilə münasibət kontekstində sosial işçi nəzərə almalıdır ki, kliyent müəyyən psixoloji struktura malikdir və o, qarşılıqlı təmasda olduğu mühitin xarici və daxili təsiri altında bu strukturu dəyişə də bilər;
  • sosial işçi müştəriyə təsir göstərərkən, onun sosial iqtisadi vəziyyətini və statusunu, idərəetmənin müxtəlif səviyyələrindəki yerini hökmən nəzərə almalı, müştərinin mənsub olduğu sosial mühitdəki rolunu və münasibət dinamikasını öyrənməlidir;
  • sosial işçi öz fəaliyyətində əsas vurğunu müştərinin şəxsi situasiyasına, onun fərdi təcrübəsinə, əlahəddiliyinə, düşüncələrinə etməli, onun situasiyasına uyğun strategiya və taktikanı seçməlidir;
  • bu konsepsiya çərçivəsində təkcə «statuskvo» analiz edilməyib, həmçinin kliyent ilə sosial işçi arasındakı münasibətlər, eləcədə konkret sosial mühitdə ehtiyacı olanların biri birləri ilə münasibətlərinin təkamülü təhlil edilir;
  • sosial işin psixodinamik modeli, bir qayda olaraq, kliyentin daxili aləminə, gerçəklik duyumuna, onun mənsub olduğu qrupdakı münasibətlərinin xarakterinə təsir göstərməklə, onun davranışının, baxış və münasibətlərinin dəyişdirilməsi və korreksiyasını nəzərdə tutur.

Fərdin həyatında baş verən hadisələr və bununla əlaqədar toplamış olduğu sosial təcrübə, onun psixoloji simasının şəxsiyyətinin və formalaşmasında mühüm rol oynayır. Eyni zamanda sosial işçinin müştəri ilə münasibətdə, özünün psixi xüsusiyyətləri, münasibətlərinin inkişaf dinamikası, onu əhatə edən insanlarla əlaqələr qurmaq qabiliyyəti də mühüm amillərdən hesab edilməlidir. Müştəri ilə sosial işçi münasibətlərinin bu kontekstində, fərdi təcrübənin, psixoloji duyumun mövcudluğu, kömək göstərilən insanın şəxsiyyətinin unikallığının vurğulanması məqamları da hökmən nəzərə alınmalıdır.

Sosial işin psixodinamik model çərçivəsində gerçəkləşdirilməsi ilə əlaqədar, psixososial təsirin bir neçə mühüm mərhələsini ayırırlar:

kliyentin problemlərinin öyrənilməsi;

  1. kliyentin sosial vəziyyətinin, psixiki durumunun və hisslərinin öyrənilməsi;
  2. sosial işçi ilə kliyentin yaxmlaşması və əlaqələrin yaradılması;
  3. kliyentin hayatmda baş vermiş asas hadisələrin nəzərdən keçirilməsi və onların insanın cari problemləri ilə əlaqəsi;
  4. qarşılıqlı etimad asasında, kliyent ilə sosial işçi arasında razılaşdırılmış hərəkətlər planının yaradılması;
  5. kliyentin problemlərinin həlli ilə əlaqədar, sosionomla kliyentin müştərək fəaliyyətləri.

Demək olar ki, psixodinamik konsepsiya ilə eyni zamanda sosial işin digər alternativ nəzəriyyələrindən biri biheviorizm meydana çıxmışdır. Bu üsul öz diqqətini əsasən xarici stimullara reaksiyaya rəğmən, kliyentin müşahidə olunan davranışı üzərində cəmləşdirirdi. Biheviorizmin sosial iş sahəsində ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, bu sahənin məzmununu empirik tədqiqatlarla zənginləşdirməklə, onu sosial işin zəruri mərhələlərindən birinə çevirdi.

Sosial işin nəzəri əsaslarından biri kimi biheviorist üsul çox məşhur üsuldur. Biheviorist sosial iş, psixodinamik üsuldan fərqli olaraq, öz diqqətini öyrənmə nəzəriyyəsində yaxud müşahidə olunan davranış üzərində cəmləşdirir. Bu halda qeyd olunur ki, əqlin strukturundakı gizli fikir və mülahizələrdən istifadə etmək düzgün olmazdı, çünki onlar müstəqil deyil və onların obyektiv yoxlanılması qeyri-mümkündür. Biheviorist sosial iş, əksər hallarda klassik «stimul reaksiya» prinsipi nəzərə alınmaqla aparılan eksperiment sxemlərinə əsaslanır. Davranışın mümkün növü müəyyənləşdirildikdən sonra, onun qiymətləndirilməsi başlayır. Onun ardından isə müdaxilə gəlir. Həm but mərhələdə, həm də ondan sonra, belə davranışın ayrı-ayrı məqamları ölçülür. Bununla əlaqədar, müştərinin müxtəlif stimullara reaksiyasını müəyyənləşdirəcək, cavab reaksiyasıda nəzərdən keçirilməlidir. İnsanın stimula verdiyi cavab alınan kimi, onun davranışının korreksiyasına da başlamaq olar. Bu zaman həm sosial işçinin birbaşa təsirindən, həm də əhəmiyyət kəsb edəcək yeni stimulların təsirindən istifadə etmək olar.

Sosial işin bu modelinin tətbiqi ilə əlaqədar bir sıra ciddi problemlər də mövcuddur. Məsələn, elə hallar olur ki, sosionom heç bir motivi, əsaslandırıla biləcək davranışı olmayan kliyent ilə qarşılaşmalı olur. Bu halda biheviorist üsulu çərçivəsində onların probleminin həllini tapmaq çox çətin olur. Bundan başqa, müvafiq modeli həm də, müştərinin problemlərinin sırf pozitivist praktikası nöqteyi-nəzərindən dərk edilməsi və həlli texnologiyasına görə də tənqid edirlər.

1960-cı ilədək bu 2 nəzəri istiqamət bir-birinin məzmununu zənginləşdir məklə sosial iş nəzəriyyəsində başlıca konseptual modellər olaraq qalmışdılar. Lakin 60-cı illərdən başlayaraq, sosial işin əsaslarının nəzəri modellər tərkibi yenidən zənginləşməyə başlayır və koqnitiv və sistem modelləri meydana çıxır. Psixodinamik və biheviorist modellərindən fərqli olaraq koqnitiv model, diqqətini kliyentin öz davranışına rasional məntiqi nəzarət etməsi üzərində cəmləşdirir.

Sosial işin koqnitiv modeli, insan uğuru, onun insan davranışına təsiri, insanın fərdi və sosial problemlərinin həlli məsələləri ilə məşğul olur. Bu model, sosial iş problemlərinin dərk edilməsi və həllində, psixososial, sosioloji, sosial üsulların elementlərindən də istifadə edir. İnsanın öz fərdi və sosial maraqlarının müdafiəsi məqsədi ilə rasional düşüncə tərzini optimallaşdırması vasitəsi ilə koqnitiv model, müştəri və sosionomu, təkcə özlərininin dəyişməsinə, mühitə uyğunlaşmasına deyil, həmçinin onların sosial ətrafının da təkmilləşdirilməsinə doğru yönəldir. Koqnitiv model çərçivəsində, bir neçə mühüm məqam ortaya çıxır və onları da cari modelin səciyyəvi xüsusiyyətləri kimi xarakterizə etmək olar. Bunlar aşağıdakılardan ibarətdir:

  1. İnsanları o zaman yaxşı başa düşmək olur ki, onlar daima axtarışda olur, şəxsi və ictimai həyatlarındakı maneələri dəf etməklə, müəyyən məqsədə can atırlar.
  2. İnsanlar gürdüklərinə və anladıqlarına rəğmən öz gerçəklik modellərini yaradırlar.
  3. İnsan sosial gerçəkliyə uyğunlaşmaqla, həm özü dəyişir, həm də reallığı dəyişdirməyə cəhd göstərir və nəticədə özünə arxayınlıq hissi qazanır.
  4. İnsanın və mühitin adaptasiyası prosesinə mən biz duyum təsəvvürləri təsir göstərir.

Beləliklə, koqnitiv üsul insan davranışının rasional aspektlərinə əsaslan maqla, sosial iş problemlərinin həllinə kompleks şəkildə yanaşır. Müvafiq modelin əsasını simvolik interaksionizmin tezislərindən biri yalnız subyektin özü tərəfindən yaradılmış bir gerçəklik mövcuddur mülahizəsi təşkil edir. Bu tezisi sosial işə şamil etmiş olsaq, onda bu o demək olacaqdır ki, subyektin duyumu yanlış deyil, fərqli bir şey kimi nəzərdən keçirilməlidir, yəni kliyent ilə iş metodları sərt olmayıb öyrədici, tərbiyələndirici olmalıdırlar. Sosial işin koqnitiv nəzəriyyəsinin meydana çıxması Q.Qoldşteynin adı ilə bağlıdır. Bu konsepsiyada əsas yeri «persepsiya» sosial kontekstdə (perseptiv sahədə) baş verən interaksiyalar (qarşılıqlı münasibətlər) tutur və bu qarşılıqlı münasibətlər, fərdi rasional fəaliyyətə ruhlandıran stimullara cavabin nəticəsidir. Bu zaman stimulun duyumu, onun digər stimullardan nə dərəcədə fərqlənməsindən, onun elementlərinin bənzərliyindən və onun təsirinin uzunmüddətliyindən asılı olur. Qoldşteynin fikrincə, persepsiyaya bu cür baxış, sosial və psixoloji üsulları əlaqələndirir və özünə həm düşüncə və hissləri, həm də xarici dünyanı, sosial mühiti daxil edir. Şəxsiyyətin xarici nühitlə qarşılıqlı əlaqəsi, fəal transaksional bir prosesdir və aşağıdakı fəaliyyət növləri onun əsas aspektlərini təşkil edir:

  • adaptasiya (uyğunlaşma) mühitə uyğunlaşma;
  • öz məqsədlərini gerçəkləşdirmək üçün xarici sabitləşdirmə daima dəyişməkdə olan səbəblərə baxmayaraq, daxili və xarici sistemlər arasındakı tarazlırın qorunub saxlanılması;
  • intensional fəaliyyət daxili məqsədlərə uyğun olaraq, xarici mühidə müəyyən dəyişikliklərin ediiməsinə nail olmaq;

Sosial işin koqnitiv modeli, eləcə də sosial işçinin fəaliyyəti, ilk növbədə, sosial təlimi, biliklərə yiyələnməyi nəzərdə tutur. Bununla əlaqədar Qoldşteyn praktikada tətbiq edilən 3 əsas tədris tipini ayırır:

  • strateji informasiyanın əldə edilməsi, müəyyən məqsədə nail olmaq təcrübənin toplanılması;
  • taktiki gündəlik həyata uyğunlaşmaq məqsədi ilə;
  • adaptiv öz «mən»in və yaradılmış gerçəkliyin dəyişdirilməsinə doğru yönəldilmiş tədris.

Tədris prosesi özünə 4 ardıcıl mərhələni daxil edir:

  • “diskirminasiya” xarici mühitin problemlərin dərk edilməsi mərhələsi;
  • “konseptual” informasiyanın emal edilməsi prosesində müştəri tərəfindən istifadə olunan ideya və simvolların öyrənilməsi mərhələsi;
  • “prinsipial” dəyərlər sisteminin və daxili “mən”in öyrənilməsi mərhələsi; “problemin həlli” mərhələsi əvvəlkilərin özünəməxsus sintezi olmaqla, həm proses, həm də situasiyanın məntiqi qiymətləndirilməsinin ikinci  üsuludur. Bu mərhələ özü də 3 əsas alt mərhələdən ibarətdir:

 

  1. birinci alt mərhələdə, mövcud problem müştəri üçün anlaqlı və hiss edilən olur;
  2. ikincidə problem təhlil edilir, onun həllinin müxtəlif üsulları araşdırılır, fəaliyyət strategiyası müəyyənləşdirilir;
  3. və ən nəhayət, yekun mərhələdə, sezilmiş strategiya gerçəkləşdirilir və tərəfindən gələcəkdə oxşar problemlərin həlli istiqamətində insan texnologiyalar hazırlanır.

Əvvəllər bu modelin heç də bütün sosial işçilər tərəfindən qəbul edilmədiyinə baxmayaraq, lakin 80-ci illərdən başlayaraq koqnitiv model sosial işdə geniş tətbiq edilir.

Struktur sosial işin nəzəri əsaslarını təşkil edən bəzi konsepsiyaları da nəzərdən keçirmək məqsədəuyğun olardı. Onlardan biri sistem üsuludur. Sosial işdə bu üsulun 3 əsas modeli mövcuddur. Onlardan birincisinin əsasında fon Bertalanfinin sistem nəzəriyyəsi durur. Özünün ilkin variantında bu üsul bioloji materiala rəğmən hazırlanmışdı və qeyd olunurdu ki, bütün orqanizmlər altsistemlərdən ibarət sistemlərdir və sistemin özü isə daha böyük sistemin bir hissəsidir. Məsələn, insan, daima dövriyyədə olan qan dövranı, maddələr mübadiləsi, toxumaları olan və bu toxumaları da öz növbəsində, atomlardan və daha kiçik hissəciklərdən ibarət olan, bir varlıq olmaqla, cəmiyyətin bir hissəsidir. Bu nəzəriyyədən, özünə sosial qrupları, ictimai institutları, ailələri, kiçik qrup və kollektivləri daxil edən, sosial sistemlərin analizində də, geniş istifadə etməyə başladılar.

Bu model sosial iş sahəsinə sistem nəzəriyyəsinin bir sıra anlayışlarını gi riş, çıxış, entropiya və s. daxil etmişdir və ilk əvvəllər bu praktiki sosial işçilər tərəfindən bir o qədər də alqiölanmırdı. Lakin şəxsiyyətin sosial sistemlər prizmasından təhlili, sosial iş nəzəriyyəsi üçün həm də yeni perspektivlər açdı.
 

 

İstifadə edilən ədəbiyyat:

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с.