Sosial işdə dəyərlər və etika prinsiplərinin mahiyyəti (II hissə)

Sosial Şişdə etik prinsipləri tədris edən və bu sahədə yazan pionerlərdən olan Çarlz Levi (1972) qeyd edir ki, etika davranış kateqoriyalarına və qaydalarına əsaslanır. Levinin bu qeydi tək sosial işçilər üçün deyil bütün özlərini xidmət göstərən peşə üzvləri hesab edənlərə aiddir. Leviyə əsasən, etika sahəsində üç mühüm kategoriya aşağıdakılardır:

  1. Birinci kateqoriyaya fərdlər və qruplar arası münasibətdə mənəvi/əxlagi öhdəlik aiddir (misal üçün, valideynlər və onların uşaqları arasında olan münasibətlər)
  2. İkinci kateqoriyaya hər bir təşkilatda üstünlük təşkil edən/geniş yayılmış (prevalent) davranış qaydaları aiddir (misal üçün, işçi ilə rəhbər arasında və yaxud üzv ilə təşkilat arasında olan münasibəti istiqamətləndirən/guiding qaydalar). Bu kategoriya "təşkilat etikası" adlandırılır.
  3. Üçüncü kateqoriya professional etika kateqoriyasıdır. Bu kategoriya yardım edən peşəkarın 5 sahədə peşəkar və mənəvi davranışına diqqət yetirir: ”xidmət istifadəçiləri/ kliyentlər, rol, kolleqalar, iş verən və peşə özlüyündə. [2, s. 14]

Bütün yardım sahələrində və insan xidmətlərində etik dilemmalar mövcuddur. Dilemmalar müxtəlif fərdlərə, qruplara, ailələrə və icmalara göstərilən xidmətlərdən törəyir. Tibb, psixiatriya, psixologiya, sosial iş və s. peşələr artıq ictimaiyyətin rəğbətini və inamını qazanmış peşələrdir çünki onlar müəyyən bir bilik bazasına, dəyərlərə və professional təhsil vasitəsi ilə əldə edilmiş bacarıqlara malik olan peşələr kimi qəbul edilirlər. Artıq bu gün müxtəlif yardım sahələrində çalışan mütəxəssislər etik prinsiplərin vacibliyini və bunun peşəkar işdə zərurətini etiraf edirlər. Etik məsələlər, problemlər, münagişələr və dilemmalar bütün insanların və peşəkarların gündəlik həyatına təsir edir. Bunlar öz növbəsində cəmiyyətin sosial atmosferinə təsir edir. Buna görədə xidmət istifadəçiləri ilə xidmət təminatçılarının arasında ahəngdar münasibətlərinin inkişafını təmin etmək üçün etika haqda biliyin olması vacibdir.

Qayğı göstərmə sosial işin əsasını təşkil edir. Peşənin əsasını məhz fərdlərin, qrupların və icmaların rifahının qayğısına qalma təşkil edir. Qayğı göstərmə peşə təlimi zamanı əldə edilən bir bacarıq deyil. Qayğı göstərmə etik öhdəliklər arası bir bağdır.

Qayğıkeş/qayğıkeşliklə yanaşma etik davranışın xülasəsidir. Klientlarin problemləri, xəstəlikləri peşəkar qayğı və insanpərvər müalicə tələb etdiyinə görə onlar sosial işçilərə müraciət edirlər. Qayğı göstərmə və müalicə etmə bir biri ilə sıx əlaqədədirlər. Ikisinində eyni latın kökləri var: curo, curare, bunun mənasıda müalicə etmək, qayğısına qalmaq, əzab əziyyəti arasan qaldırmaq, sağaltmaq, sağlamlığı bərpa etmək.

Sosial iş peşəsini qeyd edən qayğı dörd müxtəlif mənada istifadə olunan termindir. Birinci mənası ürəyi yanmadır, başqa sözlə, xəstə və yaxud rahatsız/aramsız insanların mütəxəssis tərəfindən tam bərabər qəbul edilməsi və diqqət və müdaxilə mərkəzinə yerləşdirilməsi. Qayğının istifadə olunduğu ikinci mənası insanların özləri üçün edə bilmədiklərini onlar üçün etməkdən ibarətdir. Məsələn, insanlara onların gündəlik həyat fəaliyyətləri ilə kömək etmək qayğı göstərmənin ayrılmaz bir hissəsidir. Qayğı göstərmənin digər mənası sosial probleminin qayğısına qalma, öhdəsindən gəlmədir. Kliyent/ xidmət istifadəçisi güman / ehtimal edir ki, peşəkar problemi həll etmə yollarını tapmaq üçün bütün bilik və bacarıqlarını bir araya gətirəcək. En sonda, zəruri proseduraların səriştəli şəkildə yerinə yetirilməsi qayğı göstərmə anlayışının dördüncü mənasıdır ki, bu da bütün qayğı göstərən peşələrə həmçinin sosial işə aiddir. Beləliklə, qayğı göstərmə sosial işçinin mənəvi/əxlaqi öhdəliyidir ki, bu da öz növbəsində sosial işçinin/mütəxəssisin maraqlarından üstün tutulmalıdır. Qayğı göstərmə etik ölçüdür.

Etik biliklər sahəsinin əslində iki əsas aspekti var: nəzəri və tətbiqi. Sosial işin etikası əslində tətbiqi etikadır, çünki etik normaların sosial işçilərin iş prosesində istifadəsini tədqiq edir. Sosial iş etikasının əsasında mənəvi münasibətlərin ümumi qaydaları, yəni normativ/nəzəri etika əks olunub. Bu kontekstdə şərh apararkən sosial iş etikasını ümumbəşəri mənəvi prinsiplərin sosial işçilərin peşə təcrübəsinə düzgün tətbiqi kimi şərh etmək olar. Etikanın tətbiqi sahəsini təşkil edən sosial iş etikası sosial iş təcrübəsində yaxşılıq, ədalət, borc, vicdan, şərəf və məsuliyyət və s. bu kimi əxlaqi dəyərləri tədqiq edir. Yəni, burada söhbət hər bir sosial işçinin yüksək peşəkarlıq bilik və bacarıqlarının tərkib hissələrindən birin təşkil edən mənəvi dəyər və prinsiplərdən gedir. Qeyd etmək lazımdır ki, sosial iş etikası özü–özlüyündə hər hansı bir prinsipi meydana çıxarmır, lakin buna baxmayaraq o etik biliyin inkişaf etməsində çox böyük rol oynayır, çünki normativ etikanın prinsiplərinin praktiki səmərəsini artırmış olur. Sosial işin etikası təkcə mənəvi dəyərlərin sosial iş təcrübəsinin spesifik formalarına tətbiq edilməsi ilə məşğul olmur, eyni zamanda, sosial işçilərin vəzifə borcunun icrası prosesində işin xüsusiyyətlərindən asılı olaraq, yeni tələbləri formalaşdırır.

Beləliklə sosial iş təcrübəsinin etikası sosial işin mahiyyətini əks etdirən və sosial işçilərlə müştərilər, həmkar sosial işçilər, sosial işçilərlə bütövlükdə cəmiyyət arasında olan münasibətləri tənzimləyən peşəkar ideal və dəyərlər, etik prinsiplər və müvafiq davranış qaydalarına aiddir.

Hər bir sosial işçinin mənəvi durumu onun mənəvi seçimi haqqında qabaqcadan xəbər verir. Mənəvi seçim nədir? Mənəvi seçim əslində bir neçə hərəkət imkanı olanda baş verir. Belə ki, sosial işçinin seçim qarşısında qalması onun peşəsinin etik norma və prinsiplərindən xəbərdar olmasını labüd edir. Məhz bu səbəbdən də, sosial iş təcrübəsinin etikası sosial işçilərin mənəvi şəxsiyyətinin formalaşmasında çox böyük rol oynayır. Belə ki, sosial iş təcrübəsinin etik prinsiplərinin dərin bilinməsi sosial işçilərin mənəvi inkişafına yardım etməklə yanaşı, peşəkar məqsəd və vəzifələri, onlara nail olmaq üçün həyata keçiriləcək fəaliyyətləri etik norma və prinsiplər kontekstində düzgün qiymətləndirməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, peşə fəaliyyətinin xarakterindən asılı olaraq, sosial işçilər daima peşəkar–mənəvi problemlərlə üz-üzə qalırlar. Məhz bu səbəbdən də, sosial işin peşəkar etik əsaslarına dərindən bələd olmaq onların gələcəkdə qarşılaşacaqları problemlərin həll edilməsi ilə yanaşı, baş verə biləcək mənəvi münaqişələrin qarşısının alınması yolunda da onlara yardım edəcəkdir. Lakin, obyektiv səbəblər üzündən sosial işçilər fəaliyyətləri prosesində baş verə biləcək mənəvi konfliktlərin qarşısnı vaxtında almağa müvəffəq olmaya bilərlər. Bu isə öz növbəsində onların peşələrinin mənəvi prinsiplərini çox ağır durumlarda həyata keçirmələri ilə nəticələnir. Məhz buna görə də, sosial işin etik norma və prinsipləri hər bir-peşəkar sosial işçinin peşə bilik və bacarıqlarının tərkib hissələrindən birini təşkil edir. [2, s. 15-16]

Ədəbiyyat

  1. Bradford W. Sheafor Charles J. Horejsi. Sosyal Hizmet Uygulamasi. NİKA YAYINEVİ Jan 1, 2014, s. 688.
  2. D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294.
  3. https://www.ifsw.org/historia-de-la-fits-a-nivel-mundial/