Uşaq, davranış və vərdişlər (5 yaş)

 

Uşağınız 5 yaşında aşağıdakı davranış və vərdişlərə yiyələnə bilər

 

  • Uşağınız beş yaşına çatanda imkan daxilində onu xoş olan bir nəzarət altında saxlamağa cəhd edin.
  • Etməsini istədiklərinizə qarşı müsbət bir reaksiya verməzsə, qışqırmayın və qəzəblənməyin. Sakit və israrlı bir şəkil də istəyinizi təkrarlayın.
  • Uşağınızı başqalarının yanında söylənib onu döyməyin. Əks təqdirdə, emosional baxımdan mənfi təsirə məruz qalmasına səbəb ola bilərsiniz.
  • Müsbət və mənfi davranışların nələrdən ibarət olduğunu münasib bir tərzdə ona xatırladın.
  • Uşağınıza günahlandırıcı mövqe nümayiş etdirməyin. Əks təqdirdə, günahkarlıq duyğusunun təməlini qoymuş olursunuz.
  • Beş yaşındakı uşağınızı sosial inkişafına kömək olması, qabiliyyətlərini ortaya qoya bilməsi və müsbət vərdişlərə yiyələn məsi üçün bağçaya qoya bilərsiniz.
  • Uşağınıza verdiyiniz əmr və qoyduğunuz qadağalarla bağlı hadisələrin necə və nə üçün olduğunu mütləq izah edin.
  • Uşağınızın əşyalar, hadisələr və davranışlarla əlaqədar sual larını qısa və başa düşülən tərzdə cavablandırın.
  • Kağız, qələm, rəngləmə kitabı və rəngli qələmlər alaraq çoxlu şəkil çəkməsini və rəngləməsini təmin edin. Bu məsələdə ona dəstək verin və onu həvəsləndirin.
  • Bəzi qabiliyyətlərini inkişaf etdirməsi və əl işləri ilə məşğul olması üçün imkanlar təşkil edin.
  • Düzgün cümlələr quraraq danışma, kəlmələri düzgün tələffüz etmə baxımından uşağınıza nümunə olun.
  • Düzgün cümlələrlə danışması və kəlmələri düzgün tələffüz etməsi üçün sövq edin.
  • Kitab sevgisi və oxumağa marağını, həvəsini artırmaq üçün uşaqlara məqsədəuyğun nağıl, hekayə və materiallar oxumağa, danışmağa davam edin. Eyni zamanda onun da danışmasını təmin edin.
  • Oxunan və danışılan nağıl və hekayələrdən düzgün nəticə çıxara bilməsi üçün uşağınıza kömək edin.
  • Beş yaşındakı uşağınızla bir sıra müqavilələr bağlaya bilərsiniz.