Keys menecmentin tərifi, məqsədi, prinsipləri, vəzifə və funksiyaları

 

 

Keys menecement təcrübəsinə əsasən sosial xidmətlərin təqdim olunması üzrə bütün yanaşmaların bir növü olaraq, keys menecement təcrübəsi müxtəlif sahələrdə tətbiq edilməyə başlamışdır. Onlar arasında sosial iş, səhiyyə xidmətləri, əqli çatışmazlıqların müalicəsi, ahıl yaşlılara qayğı, uşaqların rifahının yaxşılaşdırılması, əlillərə sosial xidmətlər, məşğulluq xidmətləri, eləcə də, alkoqol içkilərə və narkotik maddələrə aludə olan vətəndaşların reabilitasiyası kimi sahələri göstərmək mümkündür. Keys menecement yanaşmasının əsas məqsədi göstərilən xidmətlər arasında kordinasiyanın yaradılması və təqdim olunan xidmətlərə görə məsuliyyətlərin müəyyənləşməsidir. Sənayesi ikişaf etmiş zəngin ölkələrdə keys menecement təcrübələri kompleks problemlərin aradan qaldınlması və sosial xidmətlərin hissə-hissə təmin edilməsi məqsədlərilə tətbiq edilməyə başlanılmışdır. Vətəndaşın müraciətinə baxılması təcrübəsinin ən ümdə məqsədlərindən biri öhdəliklərin müəyyənləşməsi və xidmətlərin birləşdirilmiş şəkildə təmin edilməsidir. Lakin, vətəndaşın müraciətinə baxılması bir yanaşma olaraq sənaye cəhətdən inkişaf etməyən ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək yerinə düşərdi ki, keys menecement sosial qayğını təşkil və kordinasiya etmək üçün əlverişli bir yanaşmadır və öz mahiyyəti baxımından erkən tarixi ilə ABŞ-ın sosial iş təcrübəsinə təsadüf edir. Amerikada sosial iş bir peşə kimi mövcud olduğu erkən dövrlərdən sosial iş, əsas etibarı ilə, çox məhdud resurslarla vətəndaşlara sosial yardım və xidmətlər göstərilməsindən ibarət olmuş və bütün bunlardan irəli gələrək sosial işçilərin əsas vəzifələri vətəndaşlann ehtiyac duyduqları resurslan axtarıb tapmaq və yaxud əldə etmək olmuşdur. Sosial işçilər onlara yardun üçün müraciət etmiş vətəndaşIan onların ehtiyac duyduqları resurslarla təmin etmək üçün öz icmaları daxilində geniş sayda müxtəlif tərəfdaşlarla əməkdaşlıq etməli olmuşlar. Erkən dövrlərdə sosial işçilərin iş mühiti bu gün Azərbaycanda mövcud olan vəziyyəti xatırladır: yəni, yüksək yoxsulluq və yüksək işsizlik səviyyəsi, cəmiyyətdə marginallaşmış təbəqəyə çevrilməsi təhlükəsi ilə üzləşən geniş əhali qrupunun olması, sosial xidmətlərin göstərilməsi üçün tələb olunan resurslann məhdudluğu və göstərilən sosial xidmətlərin çeşidinin çox məhdud olması halları bu ölkəyə xas olan əlamətlərdir.

Keys menecement təcrübəsini açıqlayan bir sıra müxtəlif təriflər mövcuddur. Daha geniş tətbiq edilən təriflərdən birinə əsasən (Piyerson və Martin, 2002), keys menecement yardıma ehtiyacı olan vətəndaşın effektiv, səmərəli, məsrətlər baxımmdan sərfəli xidmətlərdən yararlandığını ehtimal edən xidmətlər şəbəkəsi daxilində bir sıra məntiqi addımlar və proseslərin məcmusu deməkdir.

Keys menecement yanaşmasının digər bir tərifi, misal üçün “yardım üçün müraciət etmiş vətəndaşa çoxçeşidli xidmətlər göstərilməsinə yönəlmiş bir– birilə bağlı bir sıra ardıcıl tapşırıqlar silsiləsindən ibarət problemlərin sistematik həlli prosesi” anlayışı da mövcuddur. Daha başqa bir tərifə əsasən, keys menecement “yardıma ehtiyacı olan vətəndaşın kompleks və müxtəlif problemlərinin və əlilliklə bağlı problemin həlli ilə bağlı ona zəruri olan sosial xidmətlərin bu vətəndaşlara vaxdi–vaxtında və müvafiq surətdə təqdim olunması” deməkdir.

Prinsipcə sosial iş sahəsində keys menecement aşağıdakı iki əsas elementdən ibarətdir: 1) yardım üçün müraciət etmiş vətəndaşla birbaşa iş və 2) təqdim olunan sosial xidmətin kordinasiyası. Başqa sözlə desək, keys menecement vətəndaşın probleminin həllinə yönəlmiş metodologiya ilə təqdim olurıan sosial xidmət texnologiyasının kordinasiyasmdan ibarətdir. Sosial iş sahəsində keys menecement təcrübəsi vətəndaşlara elə bir sosial xidmətlərin təqdim olunması metodologiyasıdır ki, peşəkar sosial işçi yardıma ehtiyacı olan vətəndaşın və ya onun ailəsinin ehtiyaclarını qiymətləndirir və vətəndaşın kompleks problemlərinin həlli üçün zəruri olan müxtəlifçeşidli xidmətlər toplusunun təqdim olunmasını təşkil edir, əlaqələndirir və monitorinq edir və beləliklə də, yardım üçün müraciət etmiş vətəndaşın hüquqları və maraqlarının müdafiəçisinə çevrilmıiş olur. Vətəndaşm müraciətinə baxan bir menecer olaraq, sosial işçi eynilə iki səviyyədə fəaliyyət göstərir: yəni, o, bir tərəfdən yardım üçün müraciət etmiş fərdi vətəndaşın rifahını yaxşılaşdıra biləcək problemlərin həllinə öz səylərini yönəldir və digər tərəfdən mövcud sistemin vəziyyətini (statusunu) düzgün müəyyənləşdirmiş olur.

Yardım üçün müraciət etnıiş vətəndaş səviyyəsində işin bir yanaşması kimi, keys menecement hərtərəfli və geniş yanaşma tətbiq edilməsinə israrlıdır. Keys menecement prosesi vətəndaşın potensial imkanlarının artırılması və gələcəkdə bu imkanları daha da artırmaq üçün şərait yaradan hərtərəfli qiymətləndirmə üzərində qurulmuşdur. Gələcəkdə potensial imkanların artırılması perspektivlərinin mövcudluğu şəraitində keys menecement yanaşmasının məqsədi yardım üçün müraciət etmiş fərdi vətəndaşın və ya onun ailəsinin rifah halının yaxşılaşdırılmasmdan ibarət olur. Tərəfdaşlıq və iştirak digər həlledici məqamlardan biri hesab olunur: belə ki, bütün işlər yardım üçün müraciət etmiş vətəndaşla razılaşdırılaraq və onun hüquq, ləyaqət və özünü təsdiqetmə hisslərinə hörmətlə yerinə yetirilir.

Sistemlər səviyyəli iş olaraq, ideal formada keys menecement yanaşması əsasən elə bir ehtiyacların ödənilməsi prosesididr ki, burada əsas ideya yardım üçün müraciət etrrriş vətəndaşın ehtiyaclarını ödəməyə qadir olan xidmtlər sistemi təşkil edilib kordinasiya edilməsindən ibarətdir. Yardım üçün müraciət etmiş vətəndaşın hüquqları və maraqlarının müdafiəsi də sistemlər səviyyəsində sosial işin ən mühüm hissələrindən biridir. Aşağıdakı Şəkil 2.1-də vətəndaşın müraciətinə baxan sosial menecerin yardım üçün müraciət etmiş vətəndaş və sistemlər səviyyəsində sosial işin əsas komponentləri əks olunmuşdur.

Şübhəsiz ki, keys menecement tətbiq olunma sahəsindən asılı olmayaraq heç də standart prosedurlar toplusu deyildir. Artıq yuxarıda qeyd olunduğu kimi, keys menecementin əsas prinsipi sosial xidmətlər göstərilməsinin müxtəlif sahələrində tətbiq edilir. Misal üçün, səhiyyə xidmətləri, xeyli müddət işsiz qalan vətəndaşların əmək bazarına inteqrasiyası, yoxsulluq və marginallaşdırılmaya qarşı mübarizə, ahıl yaşlı vətəndaşlara və əlillərə qayğı kimi sahələrə tətbiq edilir və eyni zamanda tətbiqat sahəsindən asılı olaraq keys menecement üzrə prosedurlar fərqli ola bilər. Bir sıra faktorlar keys menecement prosesinin konkret mahiyyətini müəyyənləşdirir. Ünvanlı qruplara sosial xidtmətlərin göstərilməsi keys menecement prosesinin müəyyənləşməsinin əsas faktorlarından biri hesab edilir. Bir-birilə bağlı olan konkret prosedurlar eyni zamanda fərqlidirlər və bu hal xüsusilə də alkoqol içkilər və narkotik maddələrə aludə olanlar, ahıl yaşına çatmış vətəndaşlar və əlillər ilə bağlı sosial iş zamanı özünü daha aydın büruzə verir.

 

 

 

 

 

 

 

 

Şəkil 2. 1. Keys menecement: vətəndaş səviyyəli və sistemlər səviyyəsində tapşırıqlar.

 

 

Sosial sistem

 

  • Ehtiyacların ödənilməsi xidmətlərinin kordinasiyası;
  • Sistemlərin monitorinqi və keyfiyyətinə nəzarət;
  • Yardım üçün müraciət etmiş vətəndaşın hüquq və maraqlarının müdafiəsi;
  • Müraciətə baxan menecer

     

    Yardım üçün müraciət etmiş vətəndaşın rifahının yaxşılaşdırılması üçün icmada iş.

 

 

 

 
   

 

  • Ehtiyacların hərtərəfli qiymətləndirilməsi;
  • Tərəfdaşlıq;
  • Sosial iş ilə bağlı müraciət edən vətəndaş-klient

    Vətəndaşın problemlərinin həllinə yönəlmiş sosial iş.

 

 

 

 

 

Digər əsas faktorlardan biri ünvanlanmış problemlərin mürəkkəbliyi və dərinliyi ilə bağlıdır. Keys menecement bir yanaşma olaraq məhz yüksək dərəcədə mürəkkəbliyi ilə seçilən problemlərin həllinə yönəldilməsi məqsədilə işlənib hazırlanmışdır. Belə bir mürəkkəbliyin yaranmasına səbəb geniş sayda sosial xidmətlərin eyni vaxtda təqdim edilməsi və ya bir neçə müxtəlif xidmət təminatçılarının cəlb edilməsi ola bilər. Problemlər mürəkkəbliyi ilə yanaşı, həm də müxtəlif mahiyyətli xarakter də daşıya bilər və belə bir hallara daha çox marginallaşdırılmış qruplar və ya ciddi əlillik kateqoriyalı vətəndaşlara sosial iş zamanı rast gəlmək olar. Lakin, mürəkkəb vəziyyətlərin aradan qaldırılması məqsədilə ilə müəyyən edilmiş keys menecement texnologiyalarının artıq mövcud olmasına baxmayaraq, problemin mürəkkəb olması heç də keys menecement yanaşmasını şərtləşdirən əsas amil hesab olunmamalıdır. Keys menecementin əsas prinsipi müxtəlif mürəkkəblik dərəcəliliyi ilə fərqlənən vəziyyətlərdə tətbiq edilə bilər.

Müxtəlif problemlər və sosial xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlər işə müxtəlif diqqət cəlb edilməsini tələb edir. Bir sıra sosial xidmətlərin təqdim olunması halında yardım üçün müraciət etmiş vətəndaşın sırf probleminin həlli o qədər də tələb olunan hesab edilməyə də bilər və keys menecement prosesində diqqət sistemlərin idarə olunması hissəsinə verilməlidir (Şəkil 2.1-də vətəndaşın mürciətinə baxan menecer ilə sosial sistem arasındakı oxla təsvir olunmuşdur). Ən çox bu cür hallara, misal üçün, səhiyyə xidmətlərinin göstərilməsi zamanı rast gəlmək olar. Bu zaman bir neçə xidmətlərin eyni vaxtrda göstərilməsinə baxmayaraq, yardım üçün müraciət etmiş vətəndaşın sırf probleminin həllinə yönəldilən diqqət və səylər məhduddur. Bütün bunların məntiqi ardıcıllığı olaraq, bu cür sistemlər səviyyəsində vətəndaşın işinə baxan menecerin işi və diqqəti əsas etibarı ilə ödənişlərin edilməsi, təqdim olunan sosial xidmətlərin keyliyyəti və vaxtlı-vaxtında olmasına nəzarət və yardım üçün müraciət vətəndaşın hüquq və maraqlarının müdaüəsinə yönəlməlidir.

Sistem ilə yardıın üçün müraciət etmiş arasında münasibətlərin digər bir vacib elementi kimi əqli çatışmazlıqdan əziyyət çəkən vətəndaşa sosial xidmətlərin gösrtərilməsini misal çəkmək olar. Cəmiyyətə inteqrasiya etmiş əqli çatışmazlıqdan əziyyət çəkən insanlar, bir qayda olaraq, sosial işçilər tərəfindən onlara uzun müddət yardım göstərilməsinə ehtiyac duyurlar. Bu ehtiyac təkcə onların cəmiyyətə inteqrasiya etmələri üçün sosial xidmətlərin təşkil edilməsindən deyil, eyni zamanda, onların həvəsləndirilrnəsi və onlara məsləhətlər verilməsindən də ibarətdir. Bu cür yardıma ehtiyacı olan vətəndaşlar qrupu ilə iş zamanı əsas diqqət sistemlərin idarə edilməsinə deyil, məhz vətəndaşla işə cəlb edilməlidir.

Keys menecement prosesinin konkret mahiyyəti, həmçinin, sosial xidmətlərin məntiqi ardıcıllıq və eyni vaxtda göstərilməsi səviyyəsindən də asılıdır. Dərslik adətən yardım üçün müraciət etmiş vətəndaşın sələhiyyətlənməsi və onun rifah halının yaxşılaşmasına gətirib çıxaran ardıcıl tədbirlər və müdaxi– lələr kimi qəbul edilən sosial iş prosesini və bir nəticə etibarı ilə yardım üçün müraciət etmiş vətəndaşla sosial işçi arasında əlaqələrin sona çatdırılmasını təsvir edir. Bir sıra hallarda, sosial xidmətlər və ya müdaxilələr ciddi ardıcıllıqla davam edə bilər. Misal üçün, alkoqol içki və narkotik maddələrə aludə olan vətəndaşların reabilitasiyası halında sosial iş prosesi məntiqi qaydada, yalnız onlardan biri yerinə yetirildikdən sonra ikincisi və digərlərinə keçilməsi mümkün olan bir sıra ayrı–ayrı tapşırıq və müdaxilələrə bölünə bilər. Reabilitasiya mərhələ–mərhələ həyata keçirilə bilər və hər bir addım bu qrup insanların cəmiyyətə tam inteqrasiyasını qarşıya məqsəd qoya bilər və beləliklə, sosial xidmətlər və ya sosial iş ilə bağlı müdaxilələr bu prosesdə ardıcıl atılan addımlar kimi qəbul edilə bilər.

Ahıl yaşlı vətəndaşlar və əlillərin probleminin müstəqil həllinə dəstək verilməsi üçün keys menecement bacarıqlarını tələb edən ən klassik vəziyyət, bunun əksinə, bir neçə sosial xidmətlərin eyni vaxtda göstərilməsi ola bilər. Əlil vətəndaşlar, bir qayda olaraq, onların müstəqil yaşayışlarım təmin edən, misal üçün, onlara evlərdə qayğı, ayrıca nəqliyyat xidmətləri, cərrahi qayğı və ardıcıl tibbi xidmətlər kimi bir sıra sosial xidmətlərə ehtiyac duyurlar. Bu cür sosial xidmətlər “Xidmətlər toplusu” şəklində eyni vaxtda göstərilir və fərdi vətəndaşın ehtiyaclarının ödənilməsi mahiyyətini daşıyır və heç də müxtəlif növ sosial müdaxilələrin ardıcıllığı kimi qəbul edilmir. Göstərilən qayğının idarə olunması və yardıma ehtiyacı olan vətəndaşın mərhələ-mərhələ səlahiyyətlənməsinin idarə olunması üzrə vətəndaşın müraciətinə baxılması halında həyata keçirilən fəaliyyət prosesinin mahiyyəti kifayət qədər fərqli olur, Əvvəlki misallarda sistemlərin idarə olunması üzrə aparılan işlərin aspektləri (Şəkil 2.l-ə bax) daha üstünlük təşkil etdiyi halda, sonrakı mərhələlərdə yardım üçün müraciət etmiş vətəndaşın probleminin həlli və bu vətəndaşla sosial işçi arasında qarşılıqlı əlaqə daha qabarıq şəkildə ön plana çəkiləcəkdir.

Keys menecement prosesinin mahiyyətini müəyyənləşdirən digər faktor hələ də bu prosesin məhdud zaman və ya qeyri-məhdud dövr kimi ehtimal edilib-edilmədiyindən ibarətdir. Bu mühazirədə öz əksini tapmış təqdimatlar sosial iş və ya keys menecement prosesinin adətən məqsədlərə nail olunmuş prosesin sona yetməsi kimi ehtimal edir. Misal üçün bir sıra hallarda, yəni yardıma ehtiyacı olan yoxsul vətəndaşların səlahiyyətləndirilməsi və ya alkoqol içkilərə və narkotik maddələrə aludə olan insanların reabilitasiyası zamanı göstərilən sosial xidmətin məntiqi sonluğu qəbul ediləndir. Daha doğrusu, bu cür insanların heç bir dəstəksiz normal həyat sürmələri təmin edildikdən sonra sosial xidmətlərin dayandınlacağı məqbul hesab edilir. Digər hallarda, əksinə, belə bir ehtimalın irəli sürülməsi real deyildirsə, göstərilən sosial xidmətlərin müddəti də qeyri-məhdud xarakter daşımağa başlayır. Ömürlük əllil olmuş vətəndaşlara və ya köməksiz ahıllara qayğının göstərilməsinin idarə olunması müvəqqəti çətinliklərlə üzləşmiş vətəndaşlara dəstəklərin verilməsinin idarə olunmasından məntiqi cəhətdən fərqlidir. Əvvəlki misallarımızda göstərdiyimiz əhali qrupu onların həyatlarının qalan hissəsinədək sosial xidmətlərə ehtiyac duyduqları halda, daha sonra misal çəkdiyimiz qrupa göstərilən sosial xidmətlərin dayandıralacağı səviyyəyədək bu insanların rifahının yaxşılaşdırılması əsas məqsəd kimi götürülür.

Yekun olaraq, keys menecement təcrübələri mürəkkəbliyi və diqqət yetirilməsi baxımından fərqli vəziyyətlərə uyğun olaraq daha çevik formada tətbiq edilə bilər. Aşağıdakı Şəkil 2.2-də məhz bu müxtəlifliklər əks edilmişdir. Şəkildə göründüyü kimi, keys menecement üzrə dörd müxtəlif vəziyyət mövcuddur.

 

Şəkil 2.2-də yuxarıda artıq müzakirə olunan mürəkkəblik və diqqət yetirilməsinin vacibliyi kimi iki əsas faktorun vəhdətindən istifadə etməklə, keys menecement üzrə dörd müxtəlif vəziyyət təsvir olunmuşdur. Yuxarı sol tərəf də təsvir olunan “A” vəziyyətində kompleks sosial xidmətlər göstərilməsi və yardım üçün müraciət etmiş vətəndaşla iş əsas diqqət mərkəzinə gətirilmişdir. Əqli çatışmazlıqdan əziyyət çəkən vətəndaşların reabilitasiyası və yaxud yardıma ehtiyac duyan marginallaşdırılmış vətəndaşların potensial imkanlannın bu hala aid ən bariz nümunə hesab edilə bilər. Misallardan göründüyü kimi, problemlər müxtəlif şaxəlidir və əksər hallarda müxtəlif növlü sosial xidmətlərin kombinasiyasının labüdlüyünü tələb edir. Eynilə, sosial işçi tərəfindən göstərilən dəstək prosesin uğurlu inkişafını şərtləndirən əsas vasitədir.

Şəkilin yuxarı sağ küncündə əks olunan “B” vəziyyət'nıdə daha çox diqqət yetirilməsi vacib olan vətəndaşla iş deyil, sistemlərin idarə olunması olduğu göstərilir və bundan irəli gələrək yerinə yetiriləcək tapşırıqlar da daha mürəkkəbdir. Yüksək gəlirli ölkələrdə ahıl yaşlı vətəndaşlara və əlillərə qayğı xidmətləri toplusunun təqdim edilməsi bu kateqoriyadan olan keys menecement əyani bir misaldır. Yardım üçün müraciət etmiş vətəndaşm probeminin artıq xidmət göstərən tərəfindən həyata keçirildiyi təqdirdə, müraciətə baxan menecer inzibati prosedurları icra etməklə və xidmətlərin göstərilməsinin kordinasiyasına daha çox diqqət yetirməklə, yardım üçün müraciət etmiş vətəndaşdan müəyyən məsafə saxlaya bilər.

Şəkil 2.2. Keys menecement üzrə dörd əsas vəziyyət

 

 

A

 

 

B

 

 

C

 

 

D

 Tələb olunan müdaxilələrin mürəkkəbliyi

Yüksək

 

 

Alçaq

 

Vətəndaş                Sistem         

İşə xüsusi diqqət yetirilməsi

 

“C” vəziyyətlərində isə mürəkkəblik səviyyəsi aşağı olan və yardım üçün müraciət etmiş vətəndaşla işə köklənən hallar nəzərdən keçirilir. Sosial işçinin gün ərzində yardım üçün müraciət etmiş vətəndaşla gördüyü işin əksər hissəsi bu kateqoriyalı fəaliyyətə həsr edilir. Bunaoxşar vəziyyətlərdə problemin həlli üçün sosial işçi ilə yardım üçün müraciət etmiş vətəndaş, eləcə də, müxtəlif çeşidli xidmətlər təqdim edən tərəflər arasında uzunmüddətli əlaqələrin qurulması tələb edilmir. Yardım üçün müraciət etmiş vətəndaşlar adətən müvəqqəti xarakterli çətinliklər ilə bağlı yardıma ehtiyac duyur və bu problemlər qısamüddətli maliyyə yardımları və ya müəyyən məsləhətlərdən ibarət tədbirlərlə öz həllini tapır. Yardım üçün müraciət etmiş fərdi vətəndaşlar və ya onların ailələrinin problemlərinin həllinə və xüsusi sistemlər səviyyəli müdaxilələrə bu kateqoriyada ehtiyac duyulmur.

“D” kateqoriyalı vəziyyətlərdə sistemlər səviyyəsində sosial işə diqqət yetirilməlidir. Lakin, burada məsələlər daha sadədir və müxtəlif çeşidli sosial xidmətlərin kordinasiyası tələb olunmur. Əksər hallarda, yardım üçün müraciət etmiş vətəndaşın hüquq və maraqlarının müdafiəsi yerinə yetiriləsi əsas tapşırıq hesab edilir və bu zaman vətəndaşa hüquqi məsələlərlə bağlı yardım göstərilməsi ön plana çəkilir.

Yüksək gəlirli ölkələrdə Şəkil 2.2-də öz əksini tapmış “B” kateqoriyalı vəziyyətlərdə sistemlərin inzibati idarə olunması və kompleks sosial xidmətlərin təqdim olunmasının kordinasiyası ən münasib yanaşmalardan biri kimi qəbul edilir. Aparılan müzakirələrdə belə bir qənaətə gəlinmişdir ki, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə olduğu kimi sosial xidmətlərin göstərilməsi ilə bağlı çətinliklərdən yuaranan problemlər orta gəlirli ölkələr sırasmda yer alan və yardıma ehtiyacı olan əhaliyə məhdud sosial xidmətlər təqdim ediləın Azərbaycana o qədər də xas deyildir. Bu cür yüksək gəlirli ölkələr sayılan ABŞ və Böyük Britaniyadan fərqli, “B” kateqoriyasına aid edilən vəzyyətlərə isə əksinə Azərbaycanda nisbətən nadir hallarda olsa belə, rast gəlmək mümkündür. Digər üç kateqoriyalı vəziyyətlər Azərbaycan üçün daha münasib sayıla bilər. Keys menecement yanaşmasının “B” kateqoriyalı vəziyyətlər ilə bağlı problemlərin həlli üçün işlənib hazırlanmasma baxmayaraq, bununla belə, yanaşmanın digər kateqoriyalı hallar mövcud deyildir.

 

İstifadə edilən ədəbiyyat

Oxunuşu asanlaşdırmaq məqsədilə istifadə olunmuş ədəbiyyata istinadlar dərsliyin mətnində göstərilməmişdir. Bununla belə, nəzərinizə çatdırmaq istərdik ki, dərslik hazırlanarkən aşağıdakı kitablar və nəşrlərdən istifadə olunmuşdur.

 

  1. Adams, Robert (1990), Self-help, Social Work and Empowerment, BASW Macmillan, Great Britain.
  2. Bateman, Neil (2000), Advocacy Skills for Health and Social Care, Jessica Kingsley Publishers, London.
  3. Braye, Suzy & Preston-Shoot, Michael (1995), Empowering Practice in Social Care, Open University Press, Maidenhead and Philadelphia.
  4. Compton, Beulah R & Galaway, Butt (1989), Social Work Processes, Brooks/Cole Publishing Company, Paciiic Grove, California
  5. Coulshed, Veronica & Orme, Joan (1998), Social Work Practice: An Introduction, Third Edition, MacMi11an, Great Britain.
  6. Granfelt, Riitta et al. (1993), Monisarma'inen sosiaalioto', Sosiaaliturvan keskusliitto, Helsinki.
  7. Ford, Peter & Postle, Karen (2000), Task-centred Practice and Care Management’, in Stepney, Paul & Ford, Deirdre (eds), Social Work Models, Methods and Theories, Russell House Publishing, Dorset
  8. Jack, Gordon & Jack, Delia (2000), ‘Ecological Social Work: The Application of a Systems Model of Development in Context’, in Stepney, Paul & Ford, Deirdre (eds), Social Work Models, Methods and Theories, Russell House Publishing, Dorset
  9. Koivula, Ulla-Maija (2003), Introduction to case management an old model in a new context? Pathways of Integration, EQUAL Project, Tampere.
  10. Koivula, Ulla–Maija (2004), Case management – a model for developing social work in Azerbayan? A Discussion Paper, Azerbaijan Social Protection Project, Prishtina
  11. Marsh, Peter (2002), 'Task–centred Work“ in Davies, Martin (ed.), The Blackwell Companion to Social Work, Second Edition, Blackwell Publishing, Great Britain.
  12. Milner, Judith & O’Byrne, Patrick (2003), Assessment in Social Work, Second Edition, Palgrave Macmillan, Great Britain.
  13. Parton, Nigel & O’Byme, Patrick (2000), Constructive Social Work, Palgrave, Great Britain.
  14. Payne, Malcolm (1996), What Is Professional Social Work? Venture Press, Great Brit
  15. Payne, Malcolm (1997), Modern Social Work Theory, Second Edition, Palgtave, Great Britain.
  16. Pierson, John & Thomas, Martin (2002), Collins Dictionary of Social Work, Second Edition, HarperCollins Publishers, Great Britain.
  17. Reid, W.]. & Shyne, A.W. (1969), Brief and Extended Casework, Columbia University Press, New York.
  18. Revei1lac, Donna (2001), Basic Guide to Social Work Practice, Care International, Prishtina
  19. Rose, Stephen M. & Black, Bruce L. (1985), Advocacy and Empowerment. Mental Health Care in the Community, Routledge and Kegan Paul, London.
  20. Smale, Gerald, Graham Tyson & Daphne Statham (2000), Social Work and Social Problems, Palgmve, Great Britain.
  21. UNDP (2003), The Azerbaijan mosaic. Perceptions of local government and public services in Azerbayan, UNDP, Prishtina.