Uşaqlarda düymə batareya xəsarətləri

 Düymə və ya litium sikkə batareyaları qəbul etdikdən sonra hər il minlərlə uşaq təcili yardım şöbələrində müalicə olunur. Kiçik, parlaq və uşaqlar üçün cəlbedici olan düymə batareyaları uşağın burnuna və ya qulağına sıxışdıqda böyük yaralanmalara və hətta ölümə səbəb ola bilər. Bu kiçik batareyalar bir çox ümumi ev əşyalarında olur. Covid-19 pandemiyası zamanı ailələrin evdə daha çox vaxt keçirmələri ilə son zamanlar düymə batareyaları ilə əlaqədar təcili ziyarətlər təxminən 2 dəfə artmışdır. Kiçik yaşlı uşaqlarda xüsusilə 1 yaşa qədər batareya udma riski yüksəkdir.

           Bu batareyalar uşaqlara necə zərər verir?

           Bədən mayeləri ilə təmasda olduqda, batareya qarışıq olan az miqdarda sodium-hidroksid İstehsal edən bir cərəyan meydana gətirir. Batareya bədənin bir hissəsində ilişib qalarsa, elə həmin yerdə bir dəlik yaradır – infeksiyalaşır. Nəticədə ağır yaralanma, uzun müddətli xəstəlik, şikəstlik hətta ölüm ola bilər.                        Belə hallarda valideynlər nə etməlidir?

  1.  Bütün elektron əşyaların batareya bölmələrini etibarlı izolentlə bağlanmasını təmin etməlidir.

  2. Ölü kimi bildiyiniz bir batareya uşağın qulağına, burnuna və boğazına düşdükdə uşağa zərər verməyə davam edir.

  3. Batareyanı etibarlı şəkildə atmaq üçün lentə büküb zibil qutusuna atın.

        Simptomları: Düymə batareyasını udan uşaqda bəzən heç bir simptomatika olmur və ya ümumi bir infeksiya ilə oxşar ola bilər.

        Düymə batareyası buruna və ya qulağa düşdükdə ağrı ola bilər və bu simptomlar batareya zədələnməsinə xas olmadığına görə və uşaq baxıcısı uşağın batareyanı tutduğunu görməməsi səbəbindən diaqnozun qoyulması gecikir və daha ağır nəticələrə gətirir. Məs: qulaq pərdəsi və burun çəpəri zədələnə bilər. Qarışıq yanıqlara, infeksiyalara, bəzən qalıcı nəfəsalma, qoxu və eşitmə əlilliyinə səbəb ola bilər. Ezofaqusda yerləşdikdə batareya elektrik cərəyanı ilə o yerdə yanıqlar meydana gətirir. Nəfəs borusu, ağciyərlər, böyük qan damarları zədələnə bilər və qanaxma nəticəsində uşağı itirmək olar. Sağ qalanlar ömürlük əlil ola bilər.

        Əgər uşağınızın düymə batareyasını udduğundan şübhələnirsinizsə:

        Evdə balınız varsa, son 12 saat ərzində bir düymə və ya litium sikkə batareyası udan bir uşağa, 12 aydan yuxarı olduqları və maye içə bildikləri müddətcə 2 çay qaşığı bal verin. Təxminən 10 dəqiqə aralığında 6 dozaya qədər bal verə bilərsiniz. Uşağa yemək, içmək üçün başqa heç nə verməyin. Əgər uşaq qusursa başqa bir doza bal verməyin. Bal almaq üçün xəstəxanaya nəqliyyatı təxirə salmayın. Dərhal uşağı təcili yardıma çatdırın.

          Diaqnoz və müalicə: Rentgen müayinə edib düymə batareyasının orqanizmdə olmasını təsdiq etdikdən sonra dərhal müalicəyə başlamaq lazımdır. Məqsəd ətrafdakı toxumaların zədələnməsini məhdudlaşdırmaq və meydana gələn zədələnmələri müalicə etməkdir. Belə uşaqları bir müddət təqib etmək lazımdır. Şüurlu olmaq profilaktikanın açarıdır. Valideynlər və baxıcılar evlərindəki düymə batareyalarının yaratdığı riskdən xəbərdar olmalıdırlar. Boş və ehtiyat batareyaları uşaqların əli çatmayan bağlı yerdə saxlanmalı və uşaq batareyanı udduqda nə edəcəyinizi bilməli və ya dərhal pediatrla əlaqə saxlamalısınız. 

29.03.2021 Amerika Pediatriya Akademiyası Yaralanma Şiddət və Zəhərin qarşısının alınması.