Bu bir prosedurdur. Bu zaman&nbs...
Əksər anadangəlmə qüsurların qarşısını almaq olmur. Lakin analar hamiləlikdən öncə və hamiləlik dövründə sağlam həyat tərzi sürsə və öz sağlamlığının qayğısına qalsa, dünyaya sağlam körpə gətirmək şansı artır. Ana üçün yaxşı olan hər şey körpə üçün də yaxşıdır. Özünüzün və övladınızın sağlamlığı üçün bu tövsiyələrə əməl etməyə çalışın:
1. Mütləq hər gün 400 mkq fol turşusu qəbul edin. Fol turşusu sinir toxumasının və onurğa beyninin ciddi anadangəlmə qüsurlarının qarşısını alır. Bu qüsurlar hamiləliyin erkən dövründə yaranır. Onurğa beyin borusu tam bağlanmır. Folturşusunu hamiləlikdən minimum 1 ay əvvəl və bütün hamiləlik dövrü qəbul etmək lazımdır. Fol turşusu əsasən çörəkdə, qarğıdalı ununda və s. olur.
2. Hər hansı dərman preparatı qəbul etməzdən əvvəl və qəbulunu kəsmək istədikdə mütləq həkiminizlə məsləhətləşin. Həkim məsləhəti olmadan dərman preparatı qəbul etməyin.
3. Vaksinlərə, xüsusilə qrip əleyhinə peyvəndə qarşı diqqətli olun. Vaksinlər hamilə qadını və körpəsini ağır xəstəliklərdən qoruyur. Amerikada hamilələrə göy öskürəyə qarşı və qripə qarşı peyvəndin vurulması tövsiyə edilir (T-dap). Hər hamiləlikdə qrip peyvəndini həm hamiləlikdən öncə, həm də hamiləlik zamanı etmək olar. Göy öskürəyə qarşı peyvəndi hər hamiləliyin 3-cü trimestrində vurdurmaq olar.
4. Hamiləlikdən öncə sağlam çəki əldə edin. Piylənmə anadangəlmə qüsurların və hamiləliyin ağırlaşma riskini artırır. Əgər qadında çəki azlığı və ya piylənmə varsa,hamiləlikdən öncə mütləq sağlam çəki əldə etmək üçün həkimi ilə məsləhətləşməlidir.
5. Hamiləlik dövründə zərərli vərdişlərdən uzaq durun (spirtli içkilər, tütün və s.).
Fikriniz
0
0