Öskürək

Öskürək – hava yollarını təmizləməyə kömək edən önəmli refleksdir. Hava yolları nəfəs borusu (“traxeya”) və ağciyərlərdə havanı daşıyan bronxlardan ibarətdir. Öskürək, hava yolları və ağciyərlərdə problemə səbəb ola biləcək yad cisimlərin keçməsinin qarşısını alır. Uşaqların ara‑sıra öskürməsi normaldır, ancaq bəzən öskürək xəstəliyin əlaməti ola bilər. Öskürək bəlğəm çıxarırsa “yaş”, çıxarmırsa “quru” adlanır. Öskürəyin növündən asılı olaraq müxtəlif səslər çıxa bilər; bəziləri yüngül, bəziləri isə şiddətli olub nəfəs almağı çətinləşdirə bilər.

Öskürəyin səbəbləri

Uşaqlarda ən çox rast gəlinən səbəblər:

  • hava yolları və ağciyər infeksiyaları
  • hava yolunda sıxışmış yad cisim
  • astma
  • duman, toz, kif və ya qaz kimi çirkli hava
  • bəzi anadangəlmə xəstəliklər
  • vərdiş halına çevrilmiş öskürək (adətən yuxuda olmur)

Hansı testlər lazım ola bilər?

Həkim uşağın müayinəsi əsnasında simptomlara görə aşağıdakı testləri təyin edə bilər:

  • döş qəfəsi rentgeni
  • burun və boğazdan nümunə götürmə
  • nəfəs testləri (6 yaş və yuxarı uşaqlar üçün)
  • bronxoskopiya (hava yollarının içini kamera ilə yoxlama və lazım gələrsə yad cisimi çıxarma)

Evdə baxım

Əgər öskürək soyuqdəymə, krup və ya digər infeksiyalardan qaynaqlanırsa:

  • uşağa bol maye verin; kifayət qədər böyüksə, ilıq çay və şorbalar faydalıdır.
  • 1 yaşdan böyük uşağa 1 çay qaşığı bal (1 yaşdan kiçiklərə BAL OLMAZ)
  • 4-5 yaşdan böyük uşağa pastil və ya sorma konfetlər
  • uşaq otağında soyuq buxarlı nəmləndirici
  • dumanlı və siqaretli mühitdən uzaq saxlamaq

Krup zamanı:

  • duş otağında isti su buxarı
  • soyuq havada açıq havada qısa gəzintilər

Nəyi ETMƏMƏLİSİNİZ?

  • 6 yaşdan kiçik uşaqlara reseptsiz öskürək və soyuqdəymə dərmanları verməyin.
  • 18 yaşdan kiçiklərə aspirin verməyin (Reye sindromu riski).

Öskürəyin müalicəsi

Müalicə öskürəyin səbəbinə bağlıdır:

  • bakterial infeksiyalar → antibiotiklər (viruslarda təsirsizdir)
  • astma → inhalyasiya dərmanları
  • hava yolunda yad cisim → bronkoskopiya ilə çıxarılma

Həkimlər uşaqlara öskürəyi söndürən dərmanlar nadir hallarda verirlər, çünki faydası az

və yan təsirləri ağır ola bilər.

Həkimə nə zaman müraciət etməli?

Təcili yardım çağırın (Azərbaycan üçün 103):

  • uşağı oyandırmaq mümkün olmursa
  • nəfəs almaqda ciddi çətinlik, aşağıdakılardan hər hansı:
  • yalnız 1–2 kəlmə deyə bilirsə və ya tam cümlə qura bilmirsə
  • daim dik oturmaq məcburiyyətindədirsə
  • nəfəs almaqdan yorulubsa
  • nəfəs alarkən xırıltılı edərsə
  • qabırğalar arası, döş qəfəsinin altı və ya köprücük üstündə çəkilmələr varsa

Həkimə zəng edin:

  • tez‑tez öskürür, 4 aydan kiçikdirsə
  • səsli və ya çox sürətli nəfəs alırsa
  • keçmişdə boğulma epizodu varsa
  • öskürərkən qan və ya yaşıl‑sarı bəlğəm gəlirsə
  • uzun müddətdir (2 həftədən artıq) davam edən öskürək
  • susuzlaşma əlamətləri, yüksək hərarət müşahidə edilirsə

 

Tez sağalmaq diləyi ilə!

 

Poluxova Şəlalə

Pediatr