Oyun, uşaq inkişafının ən ə...
Oyun, uşaq inkişafının ən əsas və əvəzolunmazelementlərindən biridir. Uşaqlar üçün oyun təkcə əyləncəli birfəaliyyət deyil, eyni zamanda dünyanı kəşf etmək, öyrənmək vəinkişaf etmək vasitəsidir. Oyun vasitəsilə uşaqlar fiziki, koqnitiv, emosional və sosial
bacarıqlarını inkişaf etdirirlər. Oyun, uşağın təbii öyrənməmühitidir. Piaget, Vıqotski və Montessori kimi uşaq inkişafıalimləri oyunun uşaq inkişafında kritik əhəmiyyətə malik olduğunuvurğulamışlar. Oyun zamanı uşaq aktiv şəkildə ətraf mühitləqarşılıqlı əlaqədə olur, səbəb-nəticə əlaqələrini kəşf edir vəproblem həll etmə bacarıqlarını inkişaf etdirir.
Oyun həmçinin uşağın daxili dünyasını ifadə etməsinin biryoludur. Uşaqlar oyun vasitəsilə hisslərini ifadə edir,narahatlıqlarını idarə etməyi öyrənir və təxəyyüllərini inkişafetdirirlər. Bundan əlavə, oyun zamanı sosial rolları təcrübə edərəkictimai qaydaları və gözləntiləri anlamağa başlayırlar.
Oyunun inkişaf sahələrinə qısaca nəzər salaq:
Fiziki inkişaf
Oyun, uşaqların böyük və incə motor bacarıqlarınıninkişafında mühüm rol oynayır. Qaçmaq, tullanmaq, dırmaşmaqkimi fəaliyyətlər böyük motor bacarıqları inkişaf etdirərkən; muncuq düzmək, rəsm çəkmək, tapmaca həll etmək kimifəaliyyətlər incə motor bacarıqları inkişaf etdirir. Fiziki oyunlarhəmçinin uşaqların əzələ inkişafını dəstəkləyir, koordinasiya vəbalans bacarıqlarını gücləndirir.
Koqnitiv inkişaf
Oyun, uşaqların problem həll etmə, qərar vermə, düşünmə vəmühakimə bacarıqlarını dəstəkləyir. Konstruktiv oyunlar, blokoyunları və zehni strategiyalar tələb edən oyunlar uşaqların analitikdüşünmə, planlaşdırma bacarıqlarını inkişaf etdirməyə kömək edir. Simvolik oyunlar isə mücərrəd düşünmə bacarığının təməlini təşkiledir.
Emosional inkişaf
Oyun, uşaqların emosiyalarını tanıma, ifadə etmə və idarəetmə bacarıqlarını inkişaf etdirir. Rollu oyunlarda uşaqlar fərqliemosiyaları təcrübə edərək empatiya bacarıqlarını inkişaf etdirirlər. Həmçinin, oyun zamanı qarşılaşdıqları çətinliklərlə başa çıxmağıöyrənərək emosional dayanıqlılıq qazanırlar.
Sosial inkişaf
Həmyaşıdlarla oynanan oyunlar, uşaqların paylaşma, növbəgözləmə, əməkdaşlıq, müzakirə etmə və münaqişə həll etmə kimisosial bacarıqlarını inkişaf etdirir. Qrup oyunları uşaqların ictimaiqaydaları öyrənməsinə və sosial şəbəkələr qurmasına imkan verir.
Nitq inkişafı
Oyun, uşaqların söz ehtiyatlarını genişləndirməsinə, dilstrukturlarını öyrənməsinə və ünsiyyət bacarıqlarını inkişafetdirməsinə kömək edir. Xüsusilə simvolik oyunlar və rol oyunlarıuşaqların dildən istifadəsini möhkəmləndirir və hekayə danışmabacarıqlarını inkişaf etdirir.
Həsənova Milanə
Klinik psixoloq, BDU-nun doktorantı
Fikriniz
0
0