Suçiçəyi peyvəndi

Suçiçəyi, Varicella-Zoster virusu tərəfindən törədilən yoluxucu bir xəstəlikdir. Çox vaxt uşaq yaşlarında rast gəlinir, lakin peyvənd olunmamış yetkinlərdə daha ağır seyr edir. Əsasən uşaqlar arasında yayılır və dəridə səpkilər və qaşıntı ilə özünü göstərir. Səpkilər, qırmızı ləkələrdən sulu səpkilərə çevrilir və sonra qabıq bağlayaraq sağalır. Xəstəlik hava yolu ilə yayılır, yəni yoluxmuş şəxslərin öskürməsi və ya asqırması ilə bulaşır. Suçiçəyi keçirən şəxslər ömür boyu bu virusa qarşı immunitet qazanır. Suçiçəyi keçirən şəxslərdə, infeksiyadan sonra zona xəstəliyi (herpes zoster) riski də mövcuddur. Suçiçəyi peyvəndi bu xəstəliyin qarşısını almaq üçün ən effektiv vasitədir. Bu xəstəliyin spesifik müalicəsi yoxdur.

Peyvəndin tərkibi və təsiri

Suçiçəyi peyvəndi (canlı zəiflədilmiş) virus peyvəndi kateqoriyasına aid olub, xəstəliyə qarşı mübarizədə ən önəmli vasitədir. Peyvəndin effektivliyi çox yüksəkdir. Tədqiqatlar göstərir ki, tək doz peyvənd suçiçəyinin önlənə bilməsi üçün 80-85%, iki doza peyvənd isə 95-99% təsir göstərir.

Peyvəndin aparılma zamanı və təmasdan sonra peyvəndləmə

Suçiçəyi peyvəndi adətən 12-18 ay arasında olan uşaqlara tətbiq edilir. Bəzi hallarda peyvəndin 4-6 yaş arasında ikinci dozası da verilir. Yetkin yaşlarda suçiçəyi xəstəliyini keçirməmiş və ya peyvənd olunmamış insanlar da peyvənd oluna bilər.

Suçiçəyi peyvəndi olmayan bir şəxsin suçiçəyi xəstəsi ilə təması halında immunoglobulin (VZIG) istifadə olunur. İmmunoglobulin təmasdan sonra ən gec 96 saat (4 gün) ərzində tətbiq edilməlidir. Ən yüksək effektivlik üçün mümkün qədər tez vurulması məsləhətdir.

Yan təsirləri

Suçiçəyi peyvəndindən sonra inyeksiya yerində qızartı, şişkinlik və yüngül üşütmə simptomları ola bilər. Ağır yan təsirlər olduqca nadirdir.

Antiviral müalicə

Suçiçəyi infeksiyasının müalicəsində bəzi hallarda antiviral dərmanlar istifadə edilə bilər. Ancaq bu, hər xəstə üçün lazım olmaya bilər. Antiviral müalicə adətən xəstəliyin ağır keçməsi riski yüksək olan şəxslərə tövsiyə edilir.

Nəticə

Suçiçəyi peyvəndi təhlükəsiz və effektivdir. Hər kəsə, xüsusilə uşaqlara bu peyvəndi etdirmək, həm fərdi, həm də ictimai səhiyyə baxımından çox önəmlidir. Peyvənd edilmiş uşaqlarda suçiçəyi (varisella) infeksiyası nadir hallarda baş verir. Peyvəndin effektivliyi yüksəkdir və ağır suçiçəyi infeksiyasına qarşı güclü müdafiə təmin edir. Lakin bəzi hallarda peyvənd edilmiş uşaqlarda suçiçəyi inkişaf edə bilər. Belə hallarda simptomlar adətən yüngül olur və daha az qaşıntılı, az sayda səpkili olur.

 

Bağırlı Şəbnəm

Pediatr