Körpəlik dövrünün ikinci yarımilində (6-12 ay) ünsiyyət, nitq və əl hərəkətlərin inkişafı

Sityativ-işgüzar ünsiyyət

Körpəlik dövrünün ikinci yarımilində uşağın ətrafda olan insan və əşyalarla münasibəti dəyişməyə başlayır. Belə ki, əgər 6-cı aya qədər uşağa böyüklər tərəfindən verilən xoşmərmlı diqqət kifayət edirdirsə və uşaq davranış repertuarının əksəriyyətini həmən diqqəti almağına yönəldirdirsə, artıq 7-cı aydan başlayaraq burada uşaq davranışının mərkəzində digər məqamlar ortaya çıxır. Belə ki, 7-10 aylıq uşaq yetkin insanla olan ünsiyyətlə kifayətlənmir. Əgər bu yaş dönəmində olan uşağı böyük qucağına götürüb onunla mülayim uşaq dili ilə (beybi-tolk) danışmaq cəhd eləsə, həmin dəqiqədə uşaq ünsiyyəti diqqətsiz saxlayaraq yetkin insanın üstündə olan əşyalara (sırğa, boyunbağı, saçlar, əl saatı və s.) toxunub tədqiq eləməklə məşqul olacaq. Tədricən körpə emosional ünsiyyətdən imtina edərək yetkin insanla birgə fəaliyyətini əşyaların əsasında təsis edilməsinə üstünlük verir. Bununla da körpə və yetkin arasında olan qarşılıqlı əlaqənin əsas motivini təkcə yetkin tərəfindən xoşməramlı diqqətin alınması deyil, həm də birgə əməkdaşlığın təşkil edilməsi üçün işgüzar motivlərlər təşkil edir. Buna görə də bu qarşılıqlı əlaqə situativ-işgüzar ünsiyyət forması adlandırılır. Belə qarşılıqlı münasibətin əsasında böyüklə uşaq arasında situasiyaya uyğun olaraq hər hası bir əşya (və ya əşyalar) ətrafinda olan əməkdaşlıq durur. 

Körpə bu ünsiyyəti qurarkən istifadə etdiyi ünsiyyət vasitələri əşyavi hərəkətlər və lokomosiyalar olur. Bu hərəkətlərə müxtəlif pozalar və jestlər ünsiyyət qurmaq məqsədini daşıyır (əşyanın uzaqlaşdırılması və yaxınlaşdırılması, oyuncaqların atılması və s.). 

Bu inkişaf dövründə körpənin ünsiyyətdə əsas təlabatı yetkin insanla əməkdaşlıq qurmaqdır. Lakin bunu da nəzərdə saxlamaq lazımdır ki, əməkdaşlıq təlabatının yaranmasının əsas şərti daha erkən dövrdə körpənin diqqət tələbatının ödənilməsidir.

Digər şərt isə yetkin insanın uşaqla ünsiyyət qurduğu zaman əşyalar ətrafında əməkdaşlıq qurmasıdır. Belə bir fəaliyyət uşaqda əməkdaşlıq tələbatının yaranmasına təkan verir.

Növbəti vacib məqamlardan biri budur ki, ikinci yarımilliyini yaşayan körpələr yetkinin ona qarşı olan təsirini pozitiv və ya neqativ olduğuna görə ayıra bilir və hər müraciətə uyğun reaksiya verir. Belə ki, yetkin insan körpəyə mənfi münasibət göstərərsə, (tənqid, muhakimə və s.) uşaq inciyə və üzünü çevirə bilər. 

Təxminən 5 və 6-ci ayların sonunda körpələr artıq tanıdığı yetkin insanları tanımadıqlarından ayıra bilir. Belə nəticəyə uşaq tərəfindən verilən emosional reaksiyanın fəqli olmasına görə gəlmək olar. Məsələn, uşaq ana, yaxud tanıdığı başqa yaxın böyüklərə kəskin müsbət reaksiya verir, lakin yad yetkin insan olsa, uşaqda qorxu, gərginlik və çəkingənlik görə bilərik. Bu cür reaksiya fərqliliyi 5-ci aya qədər uşaqlarda müşahidə olunmur. 3-4 aylıq uşaq bütün yetkin insanlara müsbət reaksiya verir.

 

Nitqin inkişafı

Təbii ki, bir yaşına qədər körpəni heç danışmayan məxluqların arasına daxil etsək də, uşaq nitqlə bağlı bir neçə vacib mərhələni keçir. Ümumiyyətlə, nitq inkişafında iki əsas mərhəlini fərqləndirməliyik: verbal nitqdən öncəki dövr və nitqin verbal dövrü. Birinci dövr ikincinin yaranmasını şərtləndirin və iki mərhələdə həyata keçir: 

  1. Nitqi anlama (və ya passiv nitqin formalaşması);

  2. Nitqdən öncəki vokalizasiyaların inkişafı (bu, aktiv nitqdən əvvəl olur).

Nəzərə alsaq ki, inkişafın ilk yarımilliyində körpələrdə yetkin insanın nitqinə qarşı xüsusi həssaslıq yaranırsa (böyük insanın müraciətinə uşaqda canlanma kompleksi yaranır), ikinci yarımildə nitq səslərinin ayrılması baş verir. 

Sözlərin ilk anlaması uşaqda 

Əşyanı adlandırıdıqda (daima öz yerində olan əşya) uşağın baxışını ona yönləndirməsi uşağın sözləri anlamasından xəbər verir. Bu bacarıq körpənin 6-cı və 7-ci aylarında formalaşırs. 7-8-ci aylarda isə uşaq artıq  həmən əşyanı müxtəlif yerlərdə tapa bilir. Bu dövrdə uşaq artıq yetkin insanın təlimatına əsasən bəsit hərəkətləri yerinə yetirməyə başlayır (əl çal, sağ ol elə və s.).

Nitqin anlaması ilə yanaşı bu dövrdə körpədə səsli reksiyalar da inkişaf edir. Nitqdən öncə olan vokalizasiyalarla yanaşı babıldama dövrü də başlayır. Bu dövrdə uşaq “ta-ta-ta”, “ba-ba-da-da” kimi hecaları istifadə edərək yetkin insanla dialoqa daxil olur.

Körpəlik dövrünün ikici yarımilliyində nitqin inkişafını dair əyani nümunə: 

https://www.youtube.com/watch?v=V1VmKHsUCZY

Bu videoçarxda babıldama ilə yanaşı körpə yüksək səslərdən istifadə edərək valideyn ilə dialoqa daxil olur, sanki ona nəsə izah edir. 


 

Körpənin manipulyativ (əl ilə) hərəkətlərin inkişafı

Manipulyativ hərəkətləri körpəliyin ikinci yarımilliyində aparıcı fəaliyyət kimi dəyərləndirmək olar. Çünki məhz əl ilə olan hərəkətlər bu yaş dövründə uşağın bütün psixi sahələrinin inkişafını təmin edir. Körpə uşaq ətrafında olan hər bir əşyanı tutmaq, toxunmaq, atmaq, silkələmək, ağzına qoymaq və s. hərəkətlər edir. Belə hərəkətləri inkişaf psixologiyasında qeyri-spesifik hərəkətlər adlandırırlar, çünki uşaq bu hərəkətləri hər bir əşya ilə təkrarlayır. Beləliklə, körpəliyin ikinci yarımilliyini yetkinlə uşaq arasında situativ-işgüzar ünsiyyətin formaşması, nitqdə babıldama mərhələsin başlanması və əl hərəkətlərin qeyri-spesifik dövrü kimi dəyərləndirmək olar.

 

Mənbələr

  1. Смирнова Е.О. Детская психология: Учебник для вузов. 3-е изд., перераб.-СПб.: Питер, 2009.-304 с.

  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.