Super atalar

Aktiv, sevən və qayğıkeş atalar uşaq beynin inkişafı üçün ən gözəl resursdur. Tədqiqatlar göstərir ki, uşaqlarının tərbiyəsində aktiv iştirak edən atalar onların beyin inkişafına müsbət təsir göstərir. Yenidoğulma dövründən uşağına qayğı göstərən ata gələcəkdə də onun inkişafında böyük rol oynayır.

İlk 1000 günü uşaq qayğı ilə əhatə olunub əlverişli şəraitdə keçirərsə, onun beyin neyronları arasında çoxsaylı əlaqələr (sinapslar) sürətlə yaranır. Bu isə beyinin inkişafına səbəb olur. Bu da öz növbəsində gələcəkdə uşağın öyrənmə, düşünmə, oxuma və sterslə mübarizə qabiliyyətini möhkəmləndirir.

Məz bu dövrdə ata uşağın qayğısına qalmaq, söhbət etmək, oynamaq, mahnı və kitab oxumqla övladının psixi sağlamlığını və özünəinamını artırmış olur. Tədqiqatlar göstərir ki, övladına qayğı və nəvaziş göstərən kişilər daha mülayim, üzünömürlü olurlar, zehini və fiziki problemləri az olur və zərərli vərdişlərdən uzaq olurlar. Bu, onunla izah olunur ki, testosteron hormonunun səviyyəsi enir oksitosin və prolaktin hormonlarının səviyyəsi siə artır. Nəticədə kişilərin aqresyası azalmış olur. 

Nigar

Supee