Körpəlik dövrün ikinci yarım ilin (6 aydan 1 yaşa qədər) psixi xüsusiyyətlər

Yeni ünsiyyət növü

Uşaq həyatın ilk yarımilində şəxsi -situativ ünsiyyəti  aparıcı fəaliyyət kimi onu növbəti yaş mərhələsinə hazırlayır. İlk yarımilidə əsas ünsiyyət emosiyanal xarakter daşıyır. Növbəti yaş mərhələsində hansı ki, 6 aydan 1 yaşa qədər müddəti özündə ehtiva edir, yeni ünsiyyət tərzi meydana çıxır- işgüzar- situativ. Bu ünsiyyət tərzin əsas tərkibi – uşaq yetkinlə əşya ilə bağlı (hər hansı bir dəsrtəyə, köməyə ehtiac varsa)  qarşılıqlı əlaqəyə daxil olur.

Bu yeni ünsiyyətə keçid daha aydın uşağın davranışında əks olunur. Belə ki əgər əvvəl uşaq yetkin tərəfindən olan nəvazişlə kifayətlənirdirsə indi onun diqqəti ətraf əşyalara fokuslanıb (keçib). Böyük maraqla yetkinin əşya (və ya oyuncaq) ilə necə rəftar etdiyinı izləyəcək. Əsas təlabatda bu yaş mərhələsində- əşya ilə  (və ya oyuncaqla) əlaqəyə girərkən  yetkininin praktiki iştiraki (əməkdaşlıq). Uşağın yetkinə qarşı marağı onun (yani yetkinin) əşyalarla hərəkət etmək bacarığı olduğuna görədir, o əşyalarla hərəkət etmə nümunələrin özündə daşıyır. 

Əsas ünsiyyət üsulları- üz çizgilərlə yanaşı əşyalar və əllər ilə  hərəkətlərdir, poza, jestlərdir(əşyaların yaxınlaşdırılıması və ya uşaqlaşdırıllması, təqdim və ya uzadılması).

Yuxarıda qeyd olunan belə bir əməkdaşlığın vaxtında formalaşması üçün iki əsas amil vacib rol oynar. Birincisi uşağın ilk yarımilində emosional  ünsiyyəti kifayət qədər mənimsələməlidir. Əks təqdirdə ikinci yarım ildə uşaq əməkdaşlığa yox, nəvaziş axtarışında olacaq. İknci məsələ - yetkin özü uşaqla  müxtəlif əşyalar ilə oynamalıdır. Bu uşaqda əməkdaşlığa maraq oyandıracaq.

Əşyalarla hərəkətlərin inkişafı

Əşyalarla manipulyasiya edərkən, uşaq əşyaların yeni xüsusiyyətlərini və onlarla yeni hərəkət üsullarını, onalrın arasında rəng, ölçüyə görə fərqliliyini dərk edir. 

İlkin məqamlarda əşyalarla olan hərəkət ehtiyyatı çox deyil: uşaq bütün əşyalarla eyni hətərkətləri təkrarlayır toxunur, ağza qoyur, vurun səthə və s. Bu mərhələ spesifik (xüsusi) olmayan hərəkətlər mərhələsi adlandırılır. Müxtəlif əşyalarla hərəkətlər çoxda bir birindən fərqlənmir. Lakin yetkinin köməyi ilə uşaq əşyalarla ola biləcək hərəkətlər həcminini artırır (valideyn topu dığırlanmağını, halqanın isə oxun üstünə salınmasını göstərə bilər). Bu tipli hərəkətlərin mənimsələyərək körpə bir yaşın sonunda əşyalarla spesifik (xüsusi) hərəkətlər mərhələsinə keçir: qaşıqla istifadə etməyə başlayır, sərbəst yeməyə cəhd edərək, saçların daramağa, gəlinciyi yatızdırmağa (laylay oxumağa). 

 

Nitqdən öncə inkişaf

Yetkin birgə oyun təşkil etdiyi zaman nitqdən istifadə etməsi körpədə onu (nitqi) anlama və mənimsəmə təlabatını kəskinləşdirir. Nitqin anlaması bir neçə mərhələni keçir. Əvvəlcə uşaqda göstərilən və adlandırılan əşyanı baxışla tapma bacarığı inkişaf edir.  6 ayda körpə başını daimi eyni yerdə olan əşyaya tərəf çevirir. Bu aylrda da asand hərəkətləri yerinə yetirir (əl ilə sağollaşma, əl çalma), öz adına reaksiya verir. Birinci ilin sonunda oyuncaqların adları anlayışı, əşayaalarla hərəkət, davranış formalaşır (iç, uzan və s.)

İkinci yarımildə  körpə öz hərəkətlərini babıldama ilə müşayiət edir. Bu bababıldama təkraralanan hecalardan ibarətdir. İlin sonunda isə bu babıldama ayrı ayrı sözlərə keçir. 

Uşağın ətraf insanlarla münasibəti 

İkinci yarımildə körpə artıq daha aydın şəkildə yetkinləri yaxın, tanış və yadlara ayıra bilir. Yaxın yetkinlər uşaq tərəfindən daha sakit qəbul olunurlar və  durumdan aslı olaraq fərqli emosiyalar (görüş zamanı coşqunluqla qarşılanılral, ayırdılığı zaman kədərlənirlər, oyun zamanı sevinirlər, məhdidiyyətlər olduğu zaman isə hirslənirlər). Tanış insanlar sakit  müsbət münasibət, yadlar isə- utanma və qorxuya səbəb olurlar. 

Şəxsiyyətin əsasları

Aparıcı fəaliyyət əşyavi-manipulyativ olduğuna görə hər hansı bir hərəkətin uğurlu olması, bu uğurdan alınan təssuratlar  uşağa öz inkanlara inam, məksədə çatmaq üçün israrlı olmağını formalaşdırır. Əksinə manipulyativ fəaliyyətdə uğursuzluqlar özünə inamsızlıq yaradır, öyrənmə aktivliyini endirir.

 

Ədəbiyyat

  1. Е. О. Смирнова, Н. Н. Авдеева, Л. Н. Галигузова, А. О. Дробинская, Т. В. Ермолова, С. Ю. Мещерякова Воспитание малыша в семье от рождения до трех лет: Советы психолога. — М.: АРКТИ, 2004. — 160 с.