Sosial işdə əsas etik standartları

Sosial şçilərin peşə fəaliyyətini idarə edən etik standartlar aşağıdakı kimidir:

  • Sosial işçilərin müştərilərinə qarşı etik öhdəlikləri
  • Sosial işçilərin kolleqalarına qarşı etik öhdəlikləri
  • Sosial işçilərin təcrübə mühitinə qarşı etik öhdəlikləri
  • Sosial işçilərin peşəkarlar olaraq etik öhdəlikləri
  • Sosial işçilərin sosial iş peşəsinə qarşı etik öhdəlikləri
  • Sosial işçilərin bütövlükdə cəmiyyətə qarşı etik öhdəlikləri

Qeyd etmək lazımdır ki, bu standartların bir qrupu peşəkar davranış üçün mütləq yerinə yetirilməsi gərəkən standartlardır, bəzi standartların isə həyata keçirilməsi arzu olunandır, lakin bu hər zaman baş vermir. Belə ki, sözügedən etik standartların həyata keçirilməsi əksər hallarda pozulmuş etik standartlar hallarını tədqiq edən şəxslərin verəcəyi peşəkar mühakimədən çox asılıdır.

Sosial işçilərin müştərilərinə qarşı etik öhdəlikləri

  1. Sosial işçinin müştəri qarşısında olan əsas vəzifəsi

Sosial işçinin əsas vəzifəsi müştərinin rifahının təmin edilməsidir. Müştərinin maraqları əsas prioritet təşkil edir (bəzi hallar istisna olmaqla). Sosial işçinin bütövlükdə cəmiyyət qarşısında olan etik öhdəlikləri və ya hüquqi öhdəlikləri ilə münaqişə yaranarsa müştərinin maraqları ikinci yerə keçir (hər hansı bir müştəri özünə və ya digərlərinə xəsarət yetirə bilərsə).

  1. Öz müqəddəratını təyin etmə

Sosial işçilər müştərilərinin öz müqəddəratını təyin etmək hüququna hörmət edir və öz məqsədlərini müəyyən etməkdə onlara yardım edir. Lakin, sosial işçinin peşəkar mühakiməsinə əsasən müştərinin öz müqəddəratını təyin etməsi onun özü və ya ətrafdakılar üçün ciddi və təhlükəli hallarla nəticələnə bilərsə sosial işçi bu hüququ məhdudlaşdıra bilər.

  1. Məlumatlı razılıq
  1. Sosial işçilər müştəriləri çox aydın şəkildə verəcəkləri xidmətlər, aidiyyəti risklər, mövcud maneələr, maliyyə xərcləri, alternativlər, eyni zamanda müştərinin verdiyi razılığı geri götürməsi və s. bu kimi hallara dair əvvəlcədən məlumatlandırmalıdır.
  2. Müştərinin danışıq dilini başa düşməsində hər hansı bir problem yaranarsa sosial işçi bu problemin aradan qaldırılması üçün gərəkən addımları atmalıdır.
  3. Müştərilərin özlərinin razılıq vermək bacarığı məhdud olduğu halda sosial işçilər onların maraqlarını təmin etmək naminə onların istək və arzularına müvafiq addım atacaq üçüncü şəxslərdən bu razılığı almalıdır.
  4. Müştərilər xidmətlərdən qeyri–könüllü şəkildə yararlandığı halda sosial işçi həm xidmətlərə dair ətraflı məlumat verməli, həm də müştərinin bu xidmətlərdən imtina etmək hüququnun nə dərəcədə olduğuna dair məlumat verməlidir.
  5. Elekton ünsiyyət vasitəsilə (telefon, computer, radio, televiziya və s.) xidmət göstərən sosial işçilər bu cür xidmətlərin məhdudiyyətləri və aidiyyəti risklərə dair də ətraflı məlumat verməlidir.
  6. Müştəri ilə aparılan işin audio və ya video yazısı aparılarsa, və ya iş üçüncü bir şəxs tərəfindən müşahidə ediləcəksə, müştərinin razılığı əvvəlcədən alınmalıdır.
  1. Səriştə.
  1. Sosial işçilər sadəcə öz təhsili, keçdiyi təlim, lisenziyası, təcrübəsi və ya digər aidiyyəti göstərici çərçivəsində xidmətlər göstərməlidir.
  2. Tanış olmadıqları yeni bir müdaxilə strategiyasını tətbiq etmək istəyən sosial işçilər bunu yalnız və yalnız aidiyyəti təlim keçərək, bu sahənin mütəxəssislərinin rəhbərliyi altında həyata keçirməlidir.
  3. Hər hansı bir təcrübə sahəsndə ümumi qəbul edilmiş standartlarm tətbiq edilə bilməyəcəyini görən sosial işçilər peşəkar mühakimə edərək məsuliyyətli addımlar atmalıdır (təhsil, tədqiqat, konsultasiya, rəhbərlik).
  1. Mədəni səriştə və mədəni müxtəliflik
  1. Sosial işçilər mədəniyyət və onun insan davranışı və cəmiyyətə olan təsirini anlamalıdır.
  2. Sosial işçilər müştərinin aid olduğu mədəniyyətə dair məlumata malik olmalı və iş prosesində müvafiq həssaslıq nümayiş etdirməlidir.
  3. Sosial işçilər etnik mənsubiyyət, dil, din, cins, əlillik statusu, siyasi əqidə, yaş, nikah, miqrant statusu və s. bu kimi statuslar əsasına olan müxtəliflik və onun insanlara təsirinə dair ətraflı məlumata malik olmalıdır.
  1. Maraqlar arasında münaqişə
  1. Sosial işçilər daima maraqlar arasında olan münaqişələrin qarşısmı almağa hazır olmalı və tərəfsiz qərar vermək iqtidarında olmalıdır. Bu cür hallar baş verdikdə sosial işçi müştərini məlumatlandırmalı və onun ən yaxşı maraqlarının təmin edilməsi üçün müvafiq addımları atmalıdır. Bəzi hallarda bunun üçün işin dayandırılması və digər mütəxəssisə istiqamətləndirmə də ola bilər.
  2. Sosial işçilər özlərinin şəxsi, dini, siyasi və ya biznez maraqlarını qorumaq naminə peşəkar münasibələrdə öz vəziyyətlərindən sui–istifadəyə yol verməməlidir.
  3. Sosial işçilər cari və ya keçmiş müştəriləri ilə ikili və ya çoxtərəfli münasibətlərdə bulunmamalıdır. Bu cür münasibətlər qaçılmaz olduqda sosial işçilər müştərini müdafiə etmək üçün aidiyyəti addımları atmalıdır.
  4. Sosial işçilər bir birilə hər hansı bir əlaqədə olan iki və ya daha çox insana xidmət göstərdikdə kimin sosial işçinin müştərisi olduğu və hər bir fərdə qarşı sosial işçinin peşəkar öhdəlikləri açıq-aydın izah edilməlidir. Aralarında maraqlar münaqişəsi baş verə biləcək şəxslərlə iş prosesində sosial işçi öz rolunu hər kəsə aydın izah etməli və yarana biləcək maraq münaqişəsinin minimuma salınması üçün səy göstərməlidir.
  1. Məxfilik
  1. Sosial işçilər müştərinin məxfilik hüququna hörmət etməlidir. Sosial işçi müştəridən məxfi məlumatı almağa o hallarda çalışmahdır ki, bu məlumat xidmətlərin göstərilməsi və ya sosial iş qiymətləndirilməsi və tədqiqatı üçün vacib olsun.
  2. Sosial işçi məxfi məlumatı lazım olduqda müştərinin və ya onun səlahiyyətli nümyəndəsinin razılığı ilə aça bilər.
  3. Sosial işçilər peşəkar xidmət prosesində alınmış bütün məlumatın məxfiliyini təmin etməlidir. Bu yalnız bəzi istisna hallara aid edilmir. Belə ki, əgər məxfi məl matın açılması müştərinin özünə və ya digər hər hansı bir şəxsə dəyə biləcək ciddi ziyanın qarşısını almağa yönəlibsə, məxfilik prinsipi pozula bilər. Lakin, burada da bəzi şərtlər gözlənməlidir. Belə ki, məxfi məlumatın açılması səviyyəsi birbaşa məqsədə müvafiq olmalıdır.
  4. Sosial işçilər məxfi məlumatın açılması və bunun potensial nəticələrinə dair uyğun olduqda müştərini məlumatlandırmalıdır.
  5. Sosial işçilər müştəri və digər maraqli şəxslərlə məxfilik və buna dair mümkün məhdudiyyətləri əvvəlcədən müzakirə etməlidir.
  6. Sosial işçilər ailələr, qruplar və s. müştərilərlə iş prosesində işə cəlb olunmuş bütün şəxslərin məxfilik hüququ və digərləri tərəfindən verilmiş məxfi məlumatın qorunmasına dair öhdəlikləri müzakirə etməlidir.
  7. Sosial işçilər ailə və ya qrup işinə cəlb olunmuş bütün fərdləri sosial işçinin və sosial iş agentliyinin məxfiliyin qorunmasına dair prosedurları ilə tanış etməlidir.
  8. Sosial işçilər məxfiliyin tam təmin olunmasına zəmanət almadan onlara verilmiş məxfi məlumatı müzakirə etməməlidir. Bu məlumat ictimai yerlərdə qətiyyən müzakirə edilə bilməz.
  9. Hüquqi prosedurlar zamanı sosial işçilər müştərilərinin məxfiliyini qanun icazə verdiyi səviyyədə qorumalıdır.
  10. Media nümayəndələri tərəfindən edilmiş sorğular zamam sosial işçilər müştərilərinin məxfiliyini qorumalıdır.
  11. Sosial işçilər müştərilərinin yazılı və electron məlumatlarının məxfiliyini təmin etməlidir. Bu məlumatların təhlükəsiz yerdə saxlanması təmin edilməlidir.
  12. Sosial işçilər digər şəxslərə electron ünsiyyət vasitələri ilə ötürülmüş məlumatın məxfiliyini təmin etməlidir.
  13. Sosial işçilər müştərilərinə aid bütün materialları ötürərkən müştərilərin məxfiliyi və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun hərəkət etməlidir.
  14. Sosial işçilər müvafiq tədbirləri görməlidir ki, onların işdən getməsi, ölümü və s. hallarda müştərinin məxfiliyi təmin edilmiş olsun.
  15. Sosial işçilər müştərinin razılığı olmadan onun şəxsiyyətini aşkar edən məlumatın təhsil/təlim proseslərində istifadə edə bilməz.
  16. Sosial işçilər müştərini digər konsultantlarla müzakirə edərkən onlara dair şəxsi məlumatı onların razılığı olmadan və ya bunun üçün ehtiyac olmadan açmalı deyil.
  17. Sosial işçilər rəhmətə getmiş müştərilərinin də məxfiliyini müvafiq standartlara əsasən qorumalıdır.
  1. Sənədlərin müyəssərliyi
  1. Sosial işçilər öz müştəriləri üçün onlara aid sənədlərin müyəssərliyini təmin etəlidir. Bu müyəssərliyin onlara ciddi anlaşılmazlıq nəticəsində ziyan vura biləcəyini görən sosial işçi onlara bu sənədlərdə olan materialı şərh etməyə yardım etməlidir. Bu cür müyəssərlik yalnız müştəriyə çox ciddi ziyan vura biləcəyi təqdirdə məhdudlaşdırıla bilər. Müyəssərliyin təmin edilməsi üçün həm müştərinin istəyi, həm də buna icazə verilməməsinə dair səbəblər sənədləşdirilməlidir.
  2. Müştərilərə səndlərin müyəssərliyini təmin edərkən, sosial işçilər diqqət yetirməlidir ki, bu sənədlərdə müzakirə olunmuş digər şəxslərin məxfiliyi qorunsun.
  1. Cinsi münasibətlər
  1. Sosial işçilər cari müştərilərilə heç bir halda könüllü və ya məcburi cinsi əlaqəyə girməməlidir.
  2. Sosial işçilər müştərilərinin qohumları və ya digər çox yaxınları olan insanlarla cinsi əlaqəyə girməməlidir əgər bu münasibətlər müştəriyə potensial zərər yetirə bilərsə. Bu cür hallarda sosial işçi ilə müştəri arasında olan peşəkar münasibətlər ciddi risk altına düşə bilər. Məhz sosial işçilər –– nə müştərilər, nə müştərinin qohumları nə də digər fərdlər– aydm, müvafiq və mədəni cəhətdən həssas sərhədlərin qoyulması üzrə məsuliyyət daşıyır.
  3. Sosial işçilər keçmiş müştəriləri ilə cinsi əlaqəyə girməli deyil çünki bu müştəriyə potensial ziyan vura bilər. Əgər bu cür hallar baş verirsə və sosial işçilər bunu bir istisna hal kimi əsaslandırırsa məhz onlar özləri keşmiş müştərilərinin bilərəkdən və ya bilmədən istismar, məcburetmə və ya manipulyasiyaya məcbur qalmadığını nümayiş etdirmək üçün birbaşa məsuliyyət daşıyır.
  4. Sosial işçilər keçmişdə cinsi əlaqələri olmuş şəxslərə klinik xidmət göstərməməlidir. Keçmiş cinsi partnyora klinik xidmətlərin göstərilməsi fərd üçün zərərli ola bilər, eyni zamanda, sosial işçi ilə müştəriyə peşəkar sərhədləri qorumağa mane ola bilər.
  1. Fiziki kontakt

Sosial işçilər tərəfindən edilən fiziki kontaktın (toxunmaq, sığallarnaq və s.) müştəriyə psixoloji ziyan vurması ehtimalı varsa sosial işçilər müştəriləri ilə fiziki, kontakta cəhd etməməlidir. Müvafiq fiziki kontakt olduğu halda məhz sosial işçilər bu fiziki kontaktın aydın, müvafiq və mədəni cəhətdən həssas olması üzrə əsas məsuliyyət daşıyır.

  1. Cinsi həqarət

Sosial işçilər müştərilərini cinsi həqarətə məruz qoymamalıdır. Cinsi həqarətə daxildir: cinsi münasibətlərin qurulmasına can atma, xahişlər və cinsi xarakterə malik digər verbal və ya fiziki davranış.

  1. Alçaldıcı dil

Müştərilərlə və ya onlar haqqında danışarkən sosial işçilər alçaldıcı dildən istifadə etməməlidir. Müştərilərlə və ya onlar haqqında danışarkən sosial işçilər səliqəli və hörmətli ifadələrdən istifadə etməlidir.

  1. Xidmətlərə görə ödəniş
  1. Xidmətlərə görə ödənişi təyin edərkən sosial işçilər qiymətlərin düzgün, normal və göstərilmiş xidmətə müvafiq olduğunu təmin etməlidir. Müştərinin maliyyə durumuna diqqət yetirilməlidir.
  2. Sosial işçilər öz peşəkar xidmətləri müqabilində müştərilərindən hədiyyə və ya digər xidmətlərin alınmasına yol verməməlidir. Bu cür münasibətlərin qurulması maraqlar arasında münaqişə, istismar və peşəkar münasibətlərin pozulması ilə nəticələnə bilər. Bu cür hallara yalnız istisna kimi yol verilə bilər və bu zaman dab u münasibətlərin peşəkar münasibətlərə mənfi təsir etməməsi üzrə əsas məsuliyyət məhz sosial işçinin üzərinə düşür.
  3. Sosial işçinin çalışdığı agentlik tərəfindən müştərilərə pulsuz xidmətlərin göstərildiyi hallarda sosial işçilər müştəridən əlavə heç bir məbləğ və ya hədiyyələr almamalıdır.
  1. Qərar qəbul etmə bacarığından məhrum olan müştərilər

Qərar qəbul etmə bacarığı olmayan müştərinin adından hərəkət edən sosial işçi müştərinin mraq və hüquqlarının qorunması və müdafiəsi üçün bütün müvafiq addımları atmalıdır.

  1. Xidmətlərin müvəqqəti dayandırılması

Yerdəyişmələr, xəstəlik, əlillik, ölüm və s. bu kimi hallar olduqda sosial işçilər bütün müvafiq addımları atmaqla xidmətlərin davamlılığmı təmin etməlidir.

  1. Xidmətlərin dayandırılması
  1. Peşəkar xidmətlər və münasibətlər müştərilər üçün artıq lazım olmadıqda və ya müştərilərin maraq və ehtiyaclarına uyğun olmadıqda sosial işçilər xidmətləri və peşəkar münasibətləri dayandırmalıdır.
  2. Sosial işçilər hələ də onların xidmətlərinə ehtiyacı olan müştərilərlə işi dayandırmamaq üçün lazımi addımları atmalıdır. Sosial işçilər yalnız qeyri–adi hallar baş verdikdə xidmətləri dərhal dayandırmalıdır, lakin bu zaman mümkün mənfi nəticələrin qarşısını almaq məqsədilə bütün faktorlara diqqət yetirilməlidir. Sosial işçilər lazım olduqda xidmətlərin davam etdirilməsi üçün müvafiq fəaliyyəti həyata keçirməlidir.
  3. Öd ənişli əsaslarda xidmətlərin göstərildiyi agentliklərdə borcu olan və ya xidmətlərə görə ödəniş etməyən müştərilərlə iş dayandırıla bilər, bu şərtlə ki, müştəri müqavilənin bütün şərtləri ilə əvvəlcədən tanış edilib, özü və ya ətrafdakılar üçün təhlükə təşkil etmir, və onun ödəniş etməməsinin kliniki və digər nəticələri artıq müştəri ilə müzakirə edilib.
  4. Sosial işçilər müştəri ilə sosial, maddi və ya cinsi münasibətlərin qurulması naminə ona xidmətlərin göstərməsi işini dayandırmalı deyil. Göstərəcəyi xidmətlərin müvəqqəti və ya daimi dayandırılacağını əvvəlcədən müəyyən etmiş sosial işçi müştərini əvvəlcədən ınəlumatlandırmalı və onun ehtiyac və tərcihlərinə əsasən onunla işin davam etdirilməsi üçün müvafiq istinad və yönəltmələri etməlidir.
  5. Işdən çıxan sosial işçilər öz müştərilərini digər mövcud alternativlər və onların üstünlük və çatışmazlıqları haqqında məlumatlandırmalıdır.
  1. Hörmət

(a) Sosial işçilər öz həmkarlarına hörmətlə yanaşmalıdırlar; və həmkarlarının kvalifikasiyasını (qualification), baxışlarım və öhdəçiliyini dəqiqliklə və kifayər gədər təqdim etməlidirlər

(b) Sosial işçilər digər mütəxəssislərlə və yaxud klientlərlə kommunikasiya zamanı öz həmkarlarını yersiz/əsası olmayan mənfi cəhətdən təngid etməkdən çəkinməlidirlər. Yersiz/əsası olmayan mənfi tənqidə aşağıdakılar daxil ola bilər:

  • Həmkarın səriştə səviyyəsini alçaldan iradlar
  • Həmkarın irgi, irsi, milliyəti, milli kökləri, dəri rəngi, cinsi, cinsi orientasiyası, yaşı, evlilik statusu, siyasi baxışları, dini və fiziki və yaxud agli əlilliyinə dair iradlar

(c) Əməkdaşlıq klientin rifahının yaxşılaşmasına xidmət etdiyini halda sosial işçilər öz sosial işçi həmkarları ilə və digər peşəyə aid olan həmkarları ilə əməkdaşlıq qurmalıdırlar

  1. Maxfiliyin qorunması

Sosial işçilər professional münasibətlər və sövdələşmələr zamam öz həmkarlarl ilə paylaşdıqları məxfi məlumata hörmətlə yanaşmalıdırlar. Sosial işçilər həmkarlarının sosial işçinin məxfiliyin qorunmasına hörmətlə yanaşma öhdəliyinin və buna dair istənilən istisnaların olmasını başa düşməsini təmin etməlidirlər. (Social workers should ensure that such colleagues understand social workers' obligation to respect confidentiality and any exceptions related to it).

  1. İnterdissiplinar əməkdaşlıq

(a) lnterdissiplinar qrupun üzvü olan sosial işçilər sosial iş peşəsindən irəli gələn perspektivləri, dəyərləri və təcrübəni əsas götürərək qrupun işində iştirak etməli və klientin rifahına təsir edəcək qərarların qəbuluna tövhə verməlidir. Interdissiplinar qrupun bir qrup kimi və onun üzvlərinin ayrı–ayrılıqda peşə və etik öhdəlikləri aydın şəkildə müəyyən edilməlidir.

(b) Qrup tərəfindən qəbul edilmiş qərar sosial işçilər üçün hər hansı bir etik məsələləri qaldırdıqda sosial işçilər bu fikir ayrılığını uyğun olan/müvafiq yollarla həll etməyə cəhd etməlidirlər. Fikir ayrılığını aradan qaldırmaq mümkün olmadığı halda sosial işçilər klientin rifahı ilə əlaqəli olan narahatlıqlarını/ concerns digər vasitələr/ yollar axtarmaqda davam edərək həll etməyə çalışmalıdırlar.

  1. Həmkarlarla mübahisələr

(a) Sosial işçilər nə isə bir iş/vəzifə əldə etmə xatirinə öz həmkarları ilə işə götürən arasında olan mübahisədən istifadə etməməlidirlər, sosial işçilər bu zaman öz şəxsi maraqlarıru qüdmüş olurlar.

(b) Sosial işçilər öz həmkarları ilə aralarında olan mübahisələr zamam klientləri istismar etməməlidirlər və klientləri sosial işçilərlə həmkarları arasında olan hər hansı münaqişələrin müzakirələrinə cəlb etməməlidirlər

  1. Konsultasiya

(a) Konsultasiya klientin ən yaxşı maraqlarının təmin olunması üçün qulluq edərsə sosial işçilər öz həmkarları ilə məsləhətləşməyə can atmalıdır.

(b) Sosial işçilər öz həmkarlarının ekspertiza sahələri və səriştələri haqda məlumatlı olmalıdırlar. Sosial işçilər yalnız konsultasiyarun mövzusuna dair öz bilik, bacarıq, səriştə və ekspertizasını nümayiş etdirmiş həmkarlarından məsləhət alrnahdırlar.

(c) Öz həmkarları ilə klientlərə dair konsultasiya edərkən sosial işçi konsultasiyanın məqsədinə çatmaq üçün zəruri olan məlumatı paylaşmalıdır (mümkün gədər məhdud məlumat verilməlidir, sadəcə zəruri olan məlumat paylaşılmalıdır).

  1. Xidmətə yönətmə/istiqamətləndirmə (referral)

(a) Sosial işçilər aşağıdakı hallarda klientləri digər mütəxəssisə yönəltməlidirlər:

  • Klientə lazımi xidmətin göstərilməsi üçün digər mütəxəssisin ixtisaslaşmış biliyi və yaxud ekspertizası tələb olunur
  • Sosial işçi inanır ki, o, klientlə iş zamanı bir o gədərdə effektiv deyil və yaxud klientlə işdə progress müşahidə olunmur və əlavə xidmətlərin cəlb olunması zərurəti var

(b) Klienti digər mütəxəssis yanına yönəldən sosial işçi öhdəliyin intizamlı/səligəli qaydada köçürülməsinə kömək etmək məqsədi ilə müvafiq addımlar atmalıdır. Klientləri digər mütəxəssislərə yönəldən sosial işçi klientin razılığı ilə yeni xidmət göstərənə aidiyyəti olan məlumatı ötürməlidir.

(c) Klienti digər mütəxəssisə yönəldən sosial işçi tərəfindən heç bir professional xidmət göstərilrnəyibsə sosial işçilərə yönəltməyə görə maliyənin/ödənişin alınması və yaxud edilməsi qadağandır.

  1. Cinsi əlagələr

(a) Supervisor və yaxud təlimci funksiyasını yerinə yetirən sosial işçilər öz tələbələri, supervise etdikləri, təlimləndirdikləri şəxslərlə cinsi əlagəyə girməməlidirlər. (over whom they exercise professional authority).

(b) Maraqlarm münagişəsinin yaranması mümkün olduqda sosial işçilər öz həmkarları ilə cinsi əlagələrdən çəkinməlidirlər. Öz həmkarı ilə cinsi əlagədə olan və yaxud cinsi əlagədə olması gözlənilən sosial işçi maraqların münagişəsinin yaranmasının qarşısmı almaq üçün zərürət yarandıqda öz peşə öhdəliklərini digər sosial işçiyə köçürməyə/ötürməyə borcludur.

  1. Cinsi həqarət

Sosial işçilər öz tələbələrinə, supervise etdikləri şəxslərə və həmkarlarına qarşı cinsi həqarət nümayiş etdirməməlidirlər. Cinsi həqarətə cinsi xarakter daşıyan verbal və yaxud fiziki davranış daxildir.

  1. Həmkarın fəaliyyət/əmək qabiliyyətinin itirilməsi

(a) Həmkarınm hər hansı bir şəxsi problemi nəticəsində, psixo-sosial distress nəticəsində, zərərli maddələrdən sui-istifadə nəticəsində əmək qabiliyyətinin itirilməsi haqda və bunun təcrübənin effektliliyinə təsiri haqda bir başa məlumatı olan sosial işçi mümkün olduğu təqdirdə həmən həmkarı ilə məsləhətləşərək onun müalicəvi istiqamətdə tədbirlər görməsinə kömək etməlidir.

(b) Həmkarının əmək qabiliyyətinin itirilməsini bilən və bunun nəticədə təcrübənin effektliliyinə təsir etdiyini müşahidə edən sosial işçi həmkarının bunu ünvanlamaq üçün heç bir tədbir görmədiyi halda müvafiq yollarla tədbir görməlidir (professional təçkilatların, etik məcəllənin, agentliklən, işə götürən şəxslərin, lisenziya və nizamlayici qurumların dəstəyi vasitəsi ilə).

  1. Həmkarın səriştəsizliyi

(a) Həmkarının səriştəsizliyi haqda bir başa məlumatı olan sosial işçi uyğun olarsa həmkarı ilə bu məsələyə dair məsləhətləşməli və həmkarına bu istiqamətdə tədbir görməyə kömək etməlidir.

(b) Həmkarının səriştəsizliyini bilən və onun bu istiqamətdə heç bir tədbir görmədiyini müşahidə edən sosial işçi digər uyğun yollardan istifadə edərək tədbirlər görməlidir (professional təçkilatların, etik məcəllənin, agentliklən, işə götürən şəxslərin, lisenziya və nizamlayici qurumların dəstəyi vasitəsi ilə).

  1. Həmkarın qeyri-etik davranışı

(a) Həmkarının qeyri–etik davranışının qarşısını almaq, üzə çıxarmaq, və düzltmək məqsədi ilə sosial işçilər müvafiq tədbirlər həyata keçirməlidirlər.

(b) Həmkarlarının qeyri–etik davranış məsələlərinin həllinə dair sosial işçi mövcud/qəbul olunmuş siyasət və üsullardan/prosedurlardan xəbərdar olmalıdır. Etik narazılılıqların həllinə dair sosial işçilər milli və yerli prosedurlardan xəbərdar olmalıdırlar. Bura etik məcəllə tərəfindən, lisenziya və nizamlayıcı qurumlar tərəfindən, işə götürənlər, agentliklər və digər professional təşkilatlar tərəfindən hazırlanmış və qəbul edilmiş siyasət və prosedurlar daxildir.

(c) Həmkarının qeyri–etik davranış nümayiş etdirdiyinə inanan sosial işçi həmkarı ilə, bu uyğun və məhsuldar olarsa, müzakirə edərək həlli yollarını tapmağa çalışmalıdır.

(d) Zərurət olduğu halda həmkarının qeyri–etik davraruş nümayiş etdirdiyinə inanan sosial işçi müvafiq formal yollardan istifadə edərək tədbir görməlidir (dövlət lisenziya qurumu ilə və yaxud nizamlayıcı qurumla əlagə saxlamaq, etik məcəllə üzrə komitə ilə əlagə saxlamaqan).

(e) Əsassız, ədalətsiz olaraq qeyri–etik davranış nümayiş etdirməkdə ittiham edilən həmkarını sosial işçi müdafiə edərək ona dəstək verməlidir. .

Sosial işçilərin təcrübə mühitinə qarşı etik öhdəlikləri

    1. Superviziya/case rəhbərliyi və konsultasiya

(a) Case rəhbərliyi və konsultasiya ilə məşğul olan sosial işçilər səmərəli rəhbərlik və konsultasiya edə bilmək üçün müvafiq bilik və bacarıqlara malik olmalı və yalnız öz ixtisas sahələri üzrə fəaliyyət göstərməlidir.

(b) Case rəhbərliyi və konsultasiya ilə məşğul olan sosial işçilər aydın, müvafiq və mədəni cəhətdən həssas sərhədləri qoymaq üzrə məsuliyyət daşıyır.

(c) Sosial işçilər nəzarətləri altında olan şəxslərlə onları potensial riskə ata biləcək hər hansı ikili və ya çoxtərəfli münasibətlər qurmamalıdır.

(d) Case rəhbərliyi ilə məşğul olan sosial işçilər nəzarət etdikləri şəxslərin fəaliyyətini ədalətli şəkildə qiymətləndirilməlidir.

    1. Təhsil və təlim

(a) Təlim/təhsil məsələləri ilə məşğul olan, eyni zamanda tələbələrlə sahə instruktoru kimi çalışan sosial işçilər təlimi yalnız öz bilik və bacarıqları çərçivəsidə etməlidir və verdikləri məlumat peşələri sahəsində olan ən son və yenilənmiş məlumata əsaslanmalıdır.

(b) Təlim/təhsil məsələləri ilə məşğul olan, eyni zamanda tələbələrlə sahə instruktoru kimi çalışan sosial işçilər tələbələrinin fəaliyyətini ədalətli şəkildə qiymətləndirməlidir

(c) Təlim/təhsil məsələləri ilə məşğul olan, eyni zamanda tələbələrlə sahə instruktoru kimi çalışan sosial işçilər xidmətlərin tələbələr tərəfindən verildiyi hallarda müştərilərin bu haqda məlumatlandırılmasını təmin etməlidir.

(d) Təlim/təhsil məsələləri ilə məşğul olan, eyni zamanda tələbələrlə sahə instruktoru kimi çalışan sosial işçilər nəzarətləri altında olan tələbələrlə onları potensial riskə ata biləcək hər hansı ikili və ya çoxtərəfli münasibətlər qurmamalıdır. Təlim/təhsil məsələləri ilə məşğul olan, eyni zamanda tələbələrlə sahə instruktoru kimi çalışan sosial işçilər aydın, müvafiq və mədəni cəhətdən həssas sərhədləri qoymaq üzrə məsuliyyət daşıyır.

    1. Fəaliyyətin qiymətləndirilməsi

Digər şəxslərin fəaliyyətinin qiymətləndirilməsi üzrə məsuliyyət daşıyan sosial işçilər bu məsuliyyəti ədalətli və həssas şəkildə və aydın təyin olunmuş meyarlar əsasında həyata keçirlməlidir.

    1. Müştəriyə dair qeydlər

(a) Sosial işçilər müştərilərin sənədlərinin səliqəli şəkildə aparıldığını və edilmiş xidmətlərin orada aydın şəkildə qeyd olunduğunu təyin etməlidir.

(b) Sosial işçilər xidmətlərin göstərilməsini və gələcəkdə bu xidmətlərin davamlılığını təmin etmək məqsədilə müvafiq sənədlərin vaxtı–vaxtında qeydlərə əlavə edilməsini təmin etməlidir.

(c) Sosial işçilərin apardıqları sənədləşmədə müştərinin verdiyi məlumatın məxfiliyi mümkün qədər və müvafiq şəkildə təmin etməli, eyni zamanda yalnız göstəriləcək xidmətlərə birbaşa aidiyyəti olan məxfi məlumat bu sənədlərə daxil edilməlidir.

(d)Sosial işçilər xidmətlər dayandırıldıqdan sonra prosesə aid sənədləri elə şəkildə arxivləşdirməlidir ki, onlar gələcəkdə də müəyyən səviyyədə müyəssər olsun. Sənədlərin saxlanma müddəti dövlətin müvafiq nizamnamələri və müqavilələrə tənzimlənniəlidir.

    1. Müştərilərin digər mütəxəssislərə yönəldilməsi

Hər hansı bir sosial xidmət agentliyindən xidmətlər alan bir müştəri digər bir sosial işçiyə müraciət etdiyi təqdirdə, sosial işçi onunla işə başlamazdan əvvəl onun ehtiyaclarıru diqqətli şəkildə nəzərdən keçirməlidir. Baş verə biləcək hər hansı bir münaqişə və ya qarışıqlığın qarşısını almaq məqsədilə sosial işçilər onlara müraciət etmiş şəxslərlə birlikdə onların indiyə qədər işlədikləri sosial işçilərlə olan münasibətlərini və yeni bir işçi ilə sosial işə başlamalannın mümkün fayda və risklərini müzakirə etməlidir.

    1. İdarəetmə

(a) Sosial iş idarəçiliyi ilə məşğul olan şəxslər müştərilərinin onların ehtiyaclarıru qarşılayacaq müvafiq resurslarla təmin edilməsi üzrə öz agentlikləri daxili və xaricində fəaliyyət aparmalıdır.

(b) Sosial işçilər resursların şəffaf və ədalətli şəkildə paylanması üzrə fəaliyyət aparmalıdır.

(c) İdarəetmədə çalışan sosial işçilər agentliyin resurslarının müvafiq superviziya edilməsi üçün yetərli olmasını təmin etməlidir.

(d) İdarəetmədə çalışan sosial işçilər müvafiq addımları atmaqla çalışdıqları mühitin sosial işçilərin etika kodekslərinə uyğun şəkildə qurulmasının təmin edilməsi üzrə məsuliyyət daşıyır.

    1. Təhsilin davam etdirilməsi və heyətin inkişaf etdirilməsi

Sosial iş administratorları və supervizorlar tabeçiliklərində olan bütün heyətin təhsilinin davam etdirilmasi və peşəkar inkişafı üirə müvafiq addımları atmalıdır. Təhsilin davam etdirilməsi və peşəkar inkişaf sosial iş sahəsində ən son yenilikləri özündə əks etdirməlidir.

    1. Müəssisə rəhbərlərinə qarşı öhdəliklər

(a) Sosial işçilər ümumilikdə müəssisə rəhbərləri və sosial agentliyə qarşı üzərlərinə götürdükləri öhdəliklərə sadiq olmalıdır.

(b) Sosial işçilər verdikəri xidmətlərin səmərəliliyi və çahşdıqları agentliyin siyasət və prosedurlarını təkmilləşdirmək məqsədilə çalışmalıdır.

(c) Sosial işçilər etik öhdəlikləri və bu öhdəliklərin sosial iş təcrübəsinə təsirinə dair Sosial işçilərin məlumatlı olmalarını təmin etməlidir.

(d) Sosial işçilər çalışdıqları təşkilatlar və agentliklərin siyasət və prosedurlarının onların etik sosial iş təcrübəsinə mane olmasmaimkan verməməlidir. Sosial işçilər çalışdıqları agentliklərin prosedurlarının etika kodeksinə uyğun olmasına can atmalıdır.

(e) Sosial işçilər çalışdıqları agentliklərin siyasət və prosedurlarında olan ayrı–seçkilik hallarının qarşısmı almağa və aradan qaldırmağa çalışmalıdır.

(f) Sosial işçilər yalnız ədalətli personal tau übəsi həyata keçirən agentliklərdə işə və ya tələbələr üçün təcrübə imkanlarına razılıq verməlidir.

(g) Sosial işçilər çalışdıqları agentliklərin resurslarınm qoruyuculan olmaqla, mümkün olduğu halda maliyyə vəsaitlərinin saxlanmasını və məqsədsiz şəkildə sərf edilməməsini təmin etməlidir.

    1. Əmək münaqişələri

(a) Sosial işçilər müştərilərə etdikləri xidmətlərin təkmilləşməsi yə iş şəraitinin yaxşılaşdırılması üçün həmkarlar ittifaqları da daxil olmaqla təşkilatlanmış şəkildə fəaliyyətdə iştirak edə bilər.

(b) İşin idarə olunması üzrə münaqişələrə, peşə tətillərinə cəlb olunmuş sosial işçilərin fəaliyyəti peşə dəyərləri, etik prinsip və standartlarla idarə edilməlidir. Tətil və ya digər bxşar fəaliyyətlərdə bulunan sosial işçilər arasında onların peşəkar olaraq ilkin öhdəliklərinə dair fikir ayrılıqları ola bilər. Sosial işçilər bu cür fəaliyyətə qoşulmaqdan Öncə müvafiq məsələləri və onların müştərilərinə olacaq təsirini diqqətlə nəzərdən keçirməlidir.

Sosial işçilərin peşəkarlar olaraq etik öhdəlikləri

  1. Səriştə

Sosial işçilər yalnız öz bilik və bacarıqlarına əsasən iş imkanlarını axtarmalıdır. Sosial işçilər peşəkar təcrübədə öz ixtisaslarını daima artırmağa meyl etməli və sosial iş sahəsi üzrə ən son yeniliklərdən xəbərdar olmalıdırlar. Sosial işçilər nəzəri biliklərini sosial iş təcrübəsi və etikası çərçivəsində tədqiqata əsaslanmış təcrübə ilə daima əlaqələndirməlidir.

  1. Ayrı–seçkilik

Sosial işçilər peşəkar təcrübə prosesində irq, etnik mənşə, milli mənşə, rəng, cins, cinsi oriyentasiya, gender, yaş, ·vətəndaş halı, siyasi əqidə, din, immiqrant statusu, fiziki və ya əqli əlillik əsasında həyata keçirilən ayrı-seçkiliyə yol verməməli, bu cür hallara laqeyd qalrnamalı, bu cür hallara yol verən insanlarla əməkdaşlıq etməməlidir.

  1. Vicdansızlıq və yalan

Sosial işçilər peşə təcrübələrində vicdansıth və yalana yol verməməli, bunu edən şəxslərlə əməkdaşlıq etməməlidir.

  1. Səlahiyyətlərini icra edə bilməmək

Sosial işçilər özlərinin şəxsi problemləri, psixoloji gərginlik, hüquqi problemlər, narkotik və s. maddələrdən istifadə və s. şəxsi problemlərinin onların peşə təcrübəsinə mane olmasına, eyni zamanda, müştərilərinin ən yaxşı maraqlarmın təmin olunmasına mane olmasına imkan verməməlidir. Əgər onların oxşar problemləri səlahiyyətlərinin səmərəli şəkildə icrasına mane olarsa, onlar yardım üçün müvafiq mütəxəsssislərə müraciət etməli, eyni zamanda, müştərilərinin maraqlarının müdafiəsi üçün bütün gərəkən addımları atmalıdır.

  1. Vəsatətlər

Sosial işçilər potensial müştəriləri üçün dəvətsiz şəkildə vəsatətlərlə çıxış etməli deyil.

 

Sosial işçilərin sosial iş peşəsinı qarşı öhdəlikləri

1. Peşənin bütövlüyü və toxunulmazlığı

Sosial işçilər peşə təcrübəsinin yüksək səviyyədə həyata keçirilməsi üzrə daima fəaliyyət göstərməlidir.

Sosial işçilər peşənin dəyərləri, etikası, bilikləri və missiyasına uyğun hərəkət etməli və onları daima inkişaf etdirməlidir.

Sosial işçilər müvafiq tədqiqatlar və təhsil, məsuliyyətli tənqid, fəal müzakirələr vasitəsilə peşələrinin inkişafını dəstəkləməlidir.

Şosial işçilər təcrübə, tədqiqat və etikaya dair biliklərini həmkarları ilə bölüşməkdə maraqlı olmalıdırlar.

Sosial işçilər sosial işin qeyri-peşəkar təcrübəsi ilə rastlaşdıqda onun qarşısmı almağa Çalışmalıdır.

2. Qiymətləndirmə və tədqiqat

sosial işçilər proqramlar və siyasətin həyata keçirilməsi və təcrübə müdaxilələrinin monitorinqini keçirməli və müvafiq qiymətləndirməni etməlidir.

Sosial işçilər nəzəri biliklərin artırılmasına töhvə verəcək qiymətləndirmə və tədqiqatın keçirilməsində maraqlı olmalıdır.

Sosial işçilər sosial iş üzrə meydana çıxan yeni nəzəri biliklərdən xəbərdar olmalı və onu tənqiqi təhlil etməyi bacarmalıdır ki, öz peşəkar təcrübələri prosesində qiymətləndirmə və tədqiqatdan istifadə edə bilsin.

Tədqiqat və qiymətləndirmədə iştirak edən sosial işçilər qiymətləndirmə və tədqiqat iştirakçılarının müvafiq müdafiəsinin təmin edilməsi üçün bütün aidiyyəti qaydalara riayət etməlidir. Müvafiq institusional komitələrlə bu istiqamətdə məsləhətləşmələr aparılmalıdır.

Qiymətləndirmə və tədqiqatlar keçirən sosial işçilər bütün iştirakçılardan könüllü və ya uyğun olduğu təqdirdə yazılı məlumatlı razılıq formaları almalı, və iştirakdan imtina hallarında, imtina etmiş şəxslərə qarşı heç bir tədbir etməməlidir. Məlumatlı razılıq dedikdə iştiraka dair ətraflı məlumat və iştiraka dait risklər və faydaya dair məlumat nəzərdə tutulmalıdır.

Sosial işçilər qiymətləndirmə və ya tədqiqat iştirakçılarına istədikləri vaxt onlar üçün heç bir mənfi nəticə olmadan prosesdən çıxmaq hüquqlarının olduğuna dair məlumat verməlidir.

Sosial işçilər qiymətləndirmə və tədqiqat iştirakçılarının müvafiq dəstək xidmətlərinin müyəssər olması üçün müvafiq addımlar atmalıdır.

Sosial işçilər tədqiqat iştirakçılarını əqli və ya fiziki zərər, təhlükə və ya məhrumolmalardan qorumalıdır.

Sosial işçilər qiymətləndirmə və tədqiqatda alınmış məlumatın və proses iştirakçılarının məxfiliyini tamamilə təmin etməlidir.

Sosial işçilər qiymətləndirmə və tədqiqatda alınmış məlumatı dəqiqliklə təqdim etməlidirlər. Onlar nəticələri olduğu kimi müvafiq hesabatlarda göstərməli, hesabat edilərkən hər hansı bir xəta edilibsə, onun düzəldilməsi üzrə müvafiq addımlar atılmalıdır.

Sosial işçilər qiymətləndirmə və ya tədqiqat iştirakçıları ilə ikili münasibətlərdə olmamalı və istənilən maraqlar münaqişəsinin baş verməməsi üçün bütün mümkün tədbirləri görməlidir.

Sosial işçilər özlərini, tələbələrini və həmkarlarını məsuliyyətli tədqiqat təcrübələrinə dair məlumatlandırmalıdır.

Sosial işçilərin bütövlükdə cəmiyyətə qarşı öhdəlikləri

Sosial rifah

Sosial işçilər istər yerli, istərsə də qlobal səviyyədə cəmiyyətin rifah hahnın artırılması üzrə fəaliyyət göstərməlidir. Sosial işçilər əsas insan ehtiyaclarmın ödənilməsi üçün şərait yaradacaq yaşayış şəraiti uğrunda mübarizə aparmalıdır, eyni zamanda, sosial ədalətin reallaşması üçün sosial, iqtisadi, siyasi və mədəni dəyərləri dəstəkləməlidir.

İctimai iştirak

Sosial işçilər sosial siyasət və institutların formalaşmasında geniş ictimaiyyətin iştirakına şərait yaratmalıdır. “

Fövqəladə hallar

Sosial işçilər mümkün səviyyədə fövqəladə hallar baş verdikdə müvafiq peşəkar xidmətlər göstərməlidir.

Tərcümə edilən ədəbiyyat

  1. https://www.socialworkers.org/About/Ethics/Code-of-Ethics/Code-of-Ethics-English